Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Xəbərlər ::: XİN: Türkiyə Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyanatını müsbət qiymətləndirir 15 Oktyabr 2016 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xəbərlər

XİN: Türkiyə Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyanatını müsbət qiymətləndirir 15 Oktyabr 2016

Ankara Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin müsbət rol oynaması imkanı barədə səsləndirdiyi bəyanatını müsbət qiymətləndirir. Bu barədə Türkiyə XİN-dən Trend-ə eksklüziv müsahibədə deyiblər.

Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda jurnalistlərə bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.

Agentliyin müsahibi bildirib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın arxasındadır və problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır.

XİN rəsmisi qeyd edib: “Türkiyə şübhəsiz ki, bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bununla əlaqədar ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyə münaqişənin nizamlanması prosesini diqqətlə izləyir və Azərbaycanla sıx əlaqələr qurmaqla prosesin həllinə yardım etməyə çalışır.

Trend