Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Xəbərlər ::: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə vəziyyətin sabitləşməsi üçün yorulmadan çalışır 5 Oktyabr 2016 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xəbərlər

Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə vəziyyətin sabitləşməsi üçün yorulmadan çalışır
5 Oktyabr 2016

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən sonra 6 ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesində irəliləyiş üçün yorulmadan çalışıb və bu səylər davam etdirilir.

Trend-in ATƏT-ə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Adəti üzrə tərəflər təmas xəttindəki vəziyyət, o cümlədən atəşkəs rejiminin pozulması haqqında məlumatları təqdim edirlər. Bu məlumatlar həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri daxil olmaqla, Minsk qrupunun üzvlərinə çatdırılır. Bizim iştirakımız zamanı baş verən atəşkəs rejiminin pozulması hallarını həmişə qeydə alırıq. Əks halda yerli hərbçilərin təqdim etdiyi məlumatlara əsaslanırıq".

Trend