Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Xəbərlər ::: Səfir: Almaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərini məqsədyönlü danışıqlara cəlb etməyə çalışır 4 Oktyabr 2016 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xəbərlər

Səfir: Almaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərini məqsədyönlü danışıqlara cəlb etməyə çalışır 4 Oktyabr 2016

Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ciddi şəkildə dəstəkləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.

Səfir qeyd edib ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya Minsk qrupunun üzvüdür:

"Şübhəsiz ki, Almaniya münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin yenidən başlamasına səy göstərir. Bildiyiniz kimi, bu yay ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Azərbaycanda oldu. Nazir də qətiyyətlə bildirdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Biz anlayırıq ki, hazırkı vəziyyətdə status-kvo qəbuledilməzdir. Biz tərəflərin hər biri ilə daim əlaqədəyik və onları məqsədyönlü danışıqlara cəlb etməyə çalışırıq ki, münaqişə öz həllini tapsın, həmçinin münaqişə bir də alovlanmasın".

Trend