Əhalisi
Aşağıda verilən təhlil qərəzli erməni politoloqlarının DQMV-dəki demoqrafik vəziyyətə dair irəli sürdükləri qeyri-obyektiv qiymətə cavab olaraq 1988-ci ilin fevralında hazırlanmışdır. Burada həmçinin 1984-cü ildə Fransanın Strasburq şəhərində keçirilən kollokviumda edilən çıxışdan da istifadə olunmuşdur. Ekstremal dövrdə hazərlanmış bu tədqiqatda isə əsas diqqət yalnız erməni saxtakarlarının respublikada vəziyyəti gərginləşdirmək məqsədilə bilə-bilə təhrif etdikləri məsələlərə yönəldilmişdir. Onlar sosial-iqtisadi, demoqrafik proseslərin dərinləşməsinin obyektiv səbəblərini təhlil etmədən çox narahatçılıqla qeyd edirdilər ki, Azərbaycanda ermənilərin sıxışdırılması siyasəti yerinə yetirilir. Bu zaman onlar erməni əhalisinin dinamikası ilə bağlı aşağıdakı proseslərə, meyllərə istinad edirdilər:
1. Zaqafqaziya respublikalarının əhalisinin ümumi sayında azərbaycanlıların payının artması, ermənilərin payının azalması müşahidə olunur;
2. Naxçıvan MSSR əhalisinin ümumi sayında azərbaycanlıların payı artır, ermənilərin payı azalır;
3. DQMV əhalisinin ümumi sayında azərbaycanlıların payı artır;
4. Bakı şəhəri əhalisinin milli tərkibində azərbaycanlıların payının artması, qeyri-millətlərin, o cümlədən ermənilərin payının azalması meyli özünü göstərir.
1988-ci il 1 yanvar tarixinə olan məlumata görə DQMV əhalisinin sayı 182,4 min nəfərdir. 1926-1988-ci illər ərzində burada əhalinin sayı 57,1 min nəfər və ya 45,6 faiz artmışdır. Orta illik artım 0,6 faiz təşkil etmişdir. Həmçinin ayrı-ayrı siyahıya alınma dövrləri arasında artım sürəti müxtəlif olmuşdur.
Vilayət əhalisinin sayının azalması yalnız 1939-1959-cu illərdə müşahidə olunmuşdur ki, bu da çoxu Böyük Vətən müharibəsindəki itkilərlə, həm də DQMV əhalisinin başqa regionlara köçməsi ilə əlaqədar olmuşdur.
İllər | Əhalinin sayı, min nəfər hesabı ilə | Əvvəlki dövrə nisbətən artım, min nəfər hesabı ilə | Əvvəlki ilə nisbətən artım, faizlə | Göstərilən dövr ərzində orta illik artım, faizlə |
1926 | 125,3 | - | - | - |
1939 | 150,8 | 25,5 | 20,4 | 1,45 |
1959 | 130,4 | -20,4 | -13,5 | -0,7 |
1970 | 150,3 | 19,9 | 15,3 | 1,3 |
1979 | 162,2 | 11,9 | 8,1 | 0,85 |
1988 | 182,4 | 20,2 | 12,5 | 1,3 |
1970-1979-cu illərdə DQMV-də azərbaycanlıların sayı 4,9 faiz artmış, ermənilərin sayı isə 4,6 faiz azalmışdır. Ümumilikdə isə 1979-cu il əhalinin siyahıya alınmasına görə respublikada yaşayan ermənilərin sayının 25,9 faizi DQMV-nin payına düşür. Erməni politoloqları vilayətin əhalisinin ümumi sayında ermənilərin payının azalması faktlarına dair əsassız fikirlər irəli sürürlər. Elmi təhlil isə bu nəticəyə gəlməyə imkan verir ki, bu meyl əsasən doğumun aşağı səviyyədə olması ilə şərtlənir. Belə ki, 1959-cu ildə erməni əhalisi arasında 1000 nəfər hesabı ilə doğulan uşaqların sayı 34,4, 1970-ci ildə 17,5, 1979-cu ildə isə 17,2 təşkil etmişdir ki, bu da azərbaycanlı ailələrdə doğulanlardan azdır.
Vilayətin azərbaycanlı əhalisinin guya kənardan gətirilənlər hesabına artması barədə erməni alim və politoloqlarının dəlilləri də əsassızdır. Əgər 1959-1979-cu illər ərzində vilayətin azərbaycanlı əhalisi respublikanın digər regionlarına köçməsəydi, işğala qədərki dövr ərzində azərbaycanlıların sayı daha da artıq olardı.
1979-cu il yanvar ayında aparılan siyahıya alınmanın nəticələrinə əsasən demək olar ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisinin 30%-i Ağdərə, 25%-i Xankəndi, 10%-i isə Şuşa rayonunun payına düşürdü.
R a y o n l a r | ||||||||
əhali (cəmi nəfərlə) | Xankəndi | Şuşa | Ağdərə | Əsgəran | ||||
38948 | 16019 | 44586 | 20094 | |||||
Azərbaycanlılar | nəfər | % | nəfər | % | nəfər | % | nəfər | % |
4303 | 11,0 | 12955 | 80,8 | 7050 | 15,8 | 5231 | 26,0 | |
Ermənilər | 33898 | 87,0 | 2881 | 17,9 | 37050 | 83,0 | 14772 | 73,5 |
Digərləri | 747 | 1,9 | 183 | 1,1 | 486 | 1,1 | 91 | 0,5 |
R a y o n l a r | ||||||
əhali (cəmi nəfərlə) | Xocavənd | Hadrut | DQMV | |||
16019 | 44586 | 20094 | ||||
Azərbaycanlılar | nəfər | % | nəfər | % | nəfər | % |
5486 | 19,7 | 2239 | 15,1 | 37264 | 23 | |
Ermənilər | 21986 | 79,2 | 12489 | 84,4 | 123076 | 75,9 |
Digərləri | 270 | 0,7 | 64 | 0,5 | 1841 | 1,1 |
Cədvəldən də göründüyü kimi, 1979-cu il məlumatına əsasən Xankəndi şəhərində 38948 nəfər əhali yaşamışdır ki, onlardan 4303 nəfərini azərbaycanlılar, 33898 nəfərini ermənilər, 747 nəfərini isə rus və digər millətlərdən olanlar təşkil edirdi. 1988-ci il məlumatları Qarabağ hadisələrinin yeni başladığı dövrə təsadüf etdiyindən aparılan siyahıya alınmalarda təhriflərin olması çox güman ki, qaçılmazdır. Həmin dövrün məlumatlarına əsasən isə Xankəndi şəhərində 60 minə yaxın əhali yaşayıb ki, bunun da 15 min nəfərini azərbaycanlılar təşkil edib.