azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Elm və mədəniyyət ocaqları

1970-ci illərdə Dağlıq Qarabağa göstərilən qayğı, vilayəti müasir sənayesi, qabaqcıl kənd təsərrüfatı, müasir infrastrukturu olan, yüksək dərəcədə inkişaf etmiş regionlardan birinə çevirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə DQMV-nin sosial-iqtisadi vəziyyətinin inkişafına xüsusi diqqət bəsləməsivilayətin sakinlərinin xoşbəxt, firavan gələcəyinə zəmin yaratmışdı. Dağlıq Qarabağ hadisələri başlayan dövrdə də vilayət hərtərəfli inkişaf etmiş bir bölgə kimi 1970-ci illərin bəhrəsini yaşayırdı. Təsadüfi deyildir ki, 1988-ci ilin əvvəllərində DQMV hadisələri başlayarkən münaqişənin səbəbini “Azərbaycan tərəfindən DQMV-nin sosial-iqtisadi vəziyyətini məqsədyönlü şəkildə geridə qoyulmasında” görən şovinist əqidəli erməni siyasətçilərinin ideyaları ən səlahiyyətli və özü də milliyyətcə erməni olan yüksək rütbəli iqtisadçı mütəxəssislərin iştirak etdiyi yoxlamalarda təkzib olunmuşdur.
1988-ci ilin martında SSRİ Elmlər Akademiyasının akademiki, əsas fondların, əsaslı vəsait qoyuluşlarının və yeni texnikanın iqtisadi səmərəliliyi problemləri üzrə elmi şuranın sədri Tiqran Xaçaturov Azərbaycana gəldi. Bakıda, Xankəndində DQMV-nin sosial-iqtisadi və mədəni sahələrdəki real vəziyyəti geniş, xırda detallarına qədər təhlil olundu, yoxlamalar aparıldı. Nəticədə milliyyətcə erməni olan tanınmış iqtisadçılar etiraf etməli oldular ki, DQMV-də iqtisadi-sosial və mədəni sahələrdəki vəziyyət erməni siyasətbazlarının bütün dünyaya təqdim etdikləri vəziyyətdən tamamilə müsbət istiqamətdə fərqlidir. Belə olan halda, akademik Tiqran Xaçaturov təhlillər nəticəsində tərtib olunmuş aşağıdakı cədvəldəki göstəriciləri Kremlə təqdim etməyə məcbur idi:

  Azərbaycan SSRDQMVSSRİErmənistan SSR
110 min nəfər hesabı ilə
xəstəxana çarpayıları ilə
təminat (vahid)
97,7101,7130,186,2
210 min nəfər hesabı ilə bütün ixtisaslardan olan həkimlərlə təminat38,429,142,738,6
310 min nəfər hesabı ilə orta tibb heyəti ilə təminat93,5122,7114,793,5
410 min nəfər hesabı ilə kütləvi kitabxanaların sayı (vahid)6134,84,1
510 min nəfər hesabı ilə klubların sayı (vahid)5154,83,8
610 min nəfər hesabı ilə kino qurğularının sayı (vahid)311,25,42,9
7Uşaqların məktəbəqədər müəssisələrlə əhatə olunması
(müvafiq yaşda əhalinin sayına görə faizlə)
20355739
8Bir nəfər sakin hesabı ilə mənzil sahəsi (kv.m.)74,392,578,287,8
9Birinci növbədə məşğul olan şagirdlərin sayı (şagirdlərin ümumi sayına görə faizlə)10,914,614,913,7
O cümlədən:
Şəhər yerlərində12,214,614,313,1
Kənd yerlərində9,214,616,115,0

Hikmət Cəmilzadə. Dağlıq Qarabağ: Şəxsiyyət ömründən səhifələr. B., 2004

 

Müxtəlif memarlıq üslubunda çoxsaylı binaların inşa edilməsi, mədəniyyət abidələrinin ucaldılması Azərbaycanın dinamik inkişaf edən şəhərlərindən biri kimi Xankəndi şəhərinin görkəmini qısa müddət ərzində dəyişdirmişdi. Burada iqtisadiyyatla yanaşı, təhsil, elm və mədəniyyət də böyük inkişaf yolu keçmiş, mətbuat, ədəbiyyat və incəsənət tərəqqi etmiş, ali və orta ixtisas təhsili şəbəkəsi genişlənmiş, uşaq müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmişdir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Xankəndi şəhərində elm, təhsil və mədəniyyət sahələrinin tərəqqisi üçün geniş imkanlar açıldı. Təsadüfi deyildir ki, 1970-1985-ci illər Xankəndi şəhərində mədəniyyətin inkişafında mühüm dövr olmuş və Xankəndi şəhəri dinamik inkişaf etmiş mədəniyyətə malik şəhərlərindən birinə çevrilmişdir.
Ən böyük nailiyyətlərdən biri isə Xankəndində müəllimlər institutunun açılması oldu. 1938-ci ildə açılmış bu institut DQMV-dəki yeddillik məktəblərini hazırlıqlı müəllimlərlə təmin edirdi. Artıq 1940-cı ildə institutun iki bölməsi var idi. 1950-ci ildə isə Xankəndi Müəllimlər İnstitutunun daha 3 şöbəsi yaradıldı. 1970-1985-ci illərdə Xankəndi şəhərində peşə təhsili sistemi sürətlə inkişaf edirdi. Belə ki, şəhərin 8 orta məktəbində şagirdlərə müxtəlif peşələr öyrədilirdi.
Mədəni-maarif müəssisələrinin geniş şəkildə yaradılaraq inkişaf etdirilməsi DQMV-nin əhalisi üçün böyük əhəmiyyətə malik olmaqla vilayətdə savadsızlığın ləğvi üçün xeyli iş gördü.DQMV-də kitabxana və qiraətxanaların açılması üçün xüsusi diqqət yetirilmişdir. Artıq 1920-1940-cı illər ərzində vilayətdə 66 müstəqil kitabxana fəaliyyət göstərirdi. XX əsrin 30-cu illərində Xankəndi şəhərində mədəni-maarif müəssisələri kimi klublar da mövcud olmuşdur. Artıq 1940-cı ildə DQMV-də təxminən 150-yə yaxın klub fəaliyyət göstərirdi.
Əhalinin maariflənməsində, ictimai-siyasi fəaliyyətinin artmasında təbii ki, mətbuatın rolu əvəzsizdir.1960-cı illərin sonunda respublika üzrə 118 qəzet nəşr olunurdu ki, onlardan 6-sı DQMV-nin payına düşürdü. Həmin qəzetlərin 1-i azərbaycan, 1-i isə rus dilində olmaqla, digər 4 qəzet erməni dilində nəşr olunurdu.
Zəngin, maraqlı və rəngarəng repertuarı olan Xankəndi Dövlət Mahnı və Rəqs ansamblının 1959-ci ildən fəaliyyətə başlaması əhalinin mədəni səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır.
1970-1985-ci illər ərzində Xankəndi şəhərində bir sıra elmi idarələr fəaliyyət göstərirdi ki, bu idarələr bölgənin xalq təsərrüfatı sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün yeni-yeni səmərəli təkliflər irəli sürməklə işlər aparır, yeni ixtiralar edirdilər. Həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin təbii sərvətlərinin dərindən öyrənilməsində, həm kənd təsərrüfatı bitkilərinin, həm də heyvandarlıqda məhsuldarlığının artırılmasının həlli yollarının tapılmasında mühüm işlər görülürdü. Xankəndi Aqrar Sənaye Birliyi, Xankəndi Zona Təcrübə Stansiyası, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin DQMV filialı, Qarabağ Elmi Təcrübə bazası, AMEA-nın Dağlıq Qarabağ filialı bu qəbildən olan idarələrdən idi.
Xankəndi şəhərində Müəllimləri Təkmilləşdirmə İnstitutu, Pedaqoji İnstitut, Kənd Təsərrüfatı Texnikomu, Azərbaycan Yazıçılar İttifaqının Xankəndi filialı, 2 musiqi məktəbi, texniki-peşə məktəbləri, Tarix-Diyarşünaslıq Muzeyi, M.Qorki adına Xankəndi Dram teatrı, kitabxanalar, idman meydançası, istirahət parkları, istirahət evləri, mahnı-rəqs dərnək və ansamblları fəaliyyət göstərirdi.