Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Şəhidlərimiz ::: Şahmuradov Natiq Əmirxan oğlu (1963-1992) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Şahmuradov Natiq Əmirxan oğlu
(1963-1992)

Şahmuradov Natiq Əmirxan oğlu

1963-cü il avqustun 14-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. 1981-1983-cü illərdə Xarkov və Sevastopol şəhərlərində hərbi xidmətdə olmuşdur. Bu illər ərzində rabitə elminin dərin sirlərinə yiyələnmişdi. 1985-1987-ci illərdə sürücülük və kino-mexaniklik peşələrinə yiyələnmişdir. Hərbi xidməti başa vurduqdan sonra DQMV Polis İdarəsində polis vəzifəsinə qəbul olunmuşdur. 1989-cu ildə həmin idarənin göndərişi ilə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilmişdir. Bu məktəbi əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Saatlı rayonuna göndərilib. O, bu göndərişdən imtina edərək od-alov içində yanan Qarabağa göndərilməsini təkid etmişdi. Ona görə də, kəlbəcərli Qənimət İmanovla “Mübariz keşikdə” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə çıxış etmişdilər. Nəhayət, onu Şuşa polis şöbəsinə göndərmişlər.

Natiq Kərkicahanın ağır günlərini nəzərə alaraq, öz xahişi ilə Kərkicahanda işləyə-işləyə döyüş meydanına atılmışdı. Onun rus dilində səlis danışması ermənipərəst hərbçilərlə Kərkicahan əhalisi arasında müəyyən ünsiyyət yaratmışdı.

Kərkicahanın işğalından sonra Natiq Şuşanın müdafiəsində dayanır. 1992-ci il may ayının 8-də Şuşa uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Evli idi. Kərkicahan qəsəbə orta məktəbi onun adını daşıyır. Məzarı Bakı şəhərində Şəhidlər xiyabanındadır.