Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Şəhidlərimiz ::: Məmmədov Nizami Murad oğlu (1958-1992) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Məmmədov Nizami Murad oğlu
(1958-1992)

Məmmədov Nizami Murad oğlu

12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Xankəndi şəhər Yaşıllaşdırma İdarəsində, daha sonra isə Qarabağ İpək kombinatında çalışmışdır. Daha sonra isə Bakı Xüsusi Orta Milis Məktəbinə daxil oldu.
Oranı bitirdikdən sonra Xankəndi şəhər Polis Şöbəsində növbətçi köməkçisi işləməyə başladı. Daha sonra isə işini vəziyyətlə əlaqədar olaraq, Şuşa Rayon Polis Şöbəsində davam etdirir. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi.
Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci il mart ayının 29-da qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.