azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Səfərov Orduxan Aydın oğlu
(1961-1989)

Orduxan Aydın oğlu Səfərov

1961-ci ildə Kərkicahanda anadan olmuşdur. Sürücü idi. Kəndin sosial inkişafı və müdafiəsi üçün qeyrətlə çalışırdı. Ağdamdan gətirdiyi tikinti materialları ilə yeni obyektlərin, əsasən də məktəbin tikintisində əvəzsiz xidmətləri olmuşdur. Qoxmaz, mərd, cəsur oğlan idi. Qarabağ müharibəsi başlayan gündən mübarizə meydanına atılmışdı.
1989-cu il iyul ayının 9-da Ağdamdan Şuşaya gələrkən, ermənilər Əsgəranda azərbaycanlıların sərnişin avtobusunun qarşısını kəsib camaatı daş-qalaq etdiyini görür. Yüklü “KAMAZ” maşınını ermənilərin üstünə sürüb camaatı xilas etmişdir. Elə həmin gün ermənilər onun maşınını Həsənabad ərazisində daşa basmış, başından ağır yaralanmışdır. O, ağır yaralanmasına baxmayaraq, özünü xilas edə bilmişdir. Onun yarasını Xocalıda sarıyıb, Ağdam xəstəxanasına qoymuşdular. O, xəstəxanadan qaçaraq vertolyotla kəndə gəlmək üçün Şuşaya gəlmişdir. Onu Şuşa xəstəxanasına qoymağa çox səy göstərmişdilər, lakin o kəndə gedəcəyini israr etmişdir.
Əfsuslar olsun ki, bu səfər Kərkicahanın cəsur oğlu Orduxan üçün sonuncu səfər oldu. 1989-cu ilin iyul ayının 12-də piyada Şuşadan Kərkicahana gələrkən, yolda bulaqdan su içdiyi anda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.
Kərkicahanın ilk şəhid oğlu Orduxanın məzarı şəhid Kərkicahan qəbiristanlığındadır.
İki övladı yadigar qaldı.