Şəhidlərimiz
Həsənov Tofiq Bəylər oğlu
(1970-1990)
1970-ci ildə Kərkicahanda anadan olmuşdur. 1990-cı ildə Ukraynadan Sovet ordusu sıralarından qayıdaraq, yenidən döyüş həyatına atılmışdır. Gənclik ruhu və həvəsi ilə kəndin müdafiəsində dayanıb. Sadə, səmimi və mədəni idi. Böyük vətənpərvərlik hisslərinə malik idi.
Qəfil düşmən gülləsi də Tofiqdən yan keçmədi. Kəndin aşağı hissəsində gülləyə tuş gələn Tofiqi ağır yaralı halda Ağdam rayon xəstəxanasına çatdırmışlar. Həkimlərin ciddi-cəhdlərinə baxmayaraq, onu vaxtsız ölümün əlindən almaq mümkün olmadı. O, 1990-cı il oktyabr ayının 23-də əbədiyyətə qovuşdu. Subay idi.