Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Şəhidlərimiz ::: Həsənov Telman Yelmar oğlu (1939-1991) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Həsənov Telman Yelmar oğlu
(1939-1991)

Həsənov Telman Yelmar oğlu

1939-cu il noyabrın 15-də Kərkicahanda anadan olmuşdur. 1991-ci il sentyabrın 30-da kənddə ağır döyüş zamanı qətlə yetirilmişdir.
Kərkicahanda orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Yanğından Mühafizə komandaları məktəbini bitirmişdir. 1970-ci ilə qədər həmin məktəbdə işləmişdir. Leytenant rütbəsi ilə Yanğından Mühafizə idarəsində baş müfəttiş vəzifəsində çalışmışdır. 1972-ci ildə növbəti rütbə alaraq, Xankəndində yerləşən idarəyə rəis müavini göndərilmişdir. Bir neçə ildən sonra isə erməni millətçilərinin fitvası ilə həmin vəzifədən uzaqlaşdırılmışdır.
1988-1989-cu illərdə Xocalı tikintidə, 1990-cı ildə isə Kərkicahanda iş icraçısı olmuşdur. Heç nədən qorxmayan, ölümün gözünə dik baxmağı bacaran, haqsızlıqlarla barışmayan, işgüzar bir insan idi. Vilayətdə azərbaycanlıların hüquqlarının tapdalanmasına dözə bilmirdi. Məzarı şəhid Kərkicahan qəbiristanlığındadır.