azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Nəcəfov Alov Nəsib oğlu
(1966-1991)

Necefov Alov Nesib oglu

1966-cı ildə Kərkicahanda anadan olub. Orta təhsilini Kərkicahanda almış, sürücülük məktəbini bitirərək doğma kəndində sürücü işləyirdi.
O da, həmkəndliləri ilə birlikdə Kərkicahanın müdafiəsinə qalxmışdı. Daim qaynar nöqtələrdə kəndin keşiyində dayanardı. Ermənilər Kərkicahana qanlı qırğınlar törədəndə neçə-neçə uşağın, qadının, qocanın həyatını xilas edərək, təhlükəsiz yerə çıxartmışdır. O, öz həyatını kəndin və onun sakinlərinin qorunması yolunda həmişə təhlükə qarşısında qoyardı.
1991-ci il dekabrın 15-də Kərkicahan ən ağır və son günlərini yaşayırdı. Məhz həmin gün Yağlı təpədən atılan namərd gülləsi Alovu əbədiyyətə qovuşdurdu. Subay idi.