Şəhidlərimiz
Həsənov Vahid Mövsüm oğlu
(1958-1991)
1958-ci il oktyabrın 27-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. Qəsəbə uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, Vətənə, torpağa bağlı bir insan idi. Qarabağın, Azərbaycanın bütövlüyü uğrunda gedən mübarizədə heç bir zaman geriyə çəkilməmişdi.
1991-ci il dekabr ayının 21-də Kərkicahan uğrunda gedən ölüm-dirim savaşı zamanı faciəli surətdə həlak olmuşdur. Məzarı şəhid Şuşa qəbiristanlığındadır.