Şəhidlərimiz
Zeynalov Osman Bahadur oğlu
(1959-1991)
1959-cu il yanvarın 12-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. Səmimi, işgüzar, ailəcanlı idi. Qəsəbənin seçilib, sayılan oğlanlarından biri olmaqla, el-obasının müdafiəsində həmişə ən ağır sahələrdə keşik çəkərdi.
1991-ci il dekabrın 27-dən 28-ə keçən gecə ermənilər bütün qüvvələrindən istifadə edərək, Kərkicahana hücuma keçmişdilər. Həmin gecə Osman keşikdə dayandığı postdan itkin düşüb. Bu günə kimi taleyi haqqında heç bir məlumat yoxdur.