Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Şəhidlərimiz ::: Səmədov Gündüz Hidayət oğlu (1957-1992) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Səmədov Gündüz Hidayət oğlu
(1957-1992)

Səmədov Səbuhi Gündüz oğlu

1957-ci ildə Kərkicahanda anadan olub. Daxili xidmət leytenantı Gündüz Səmədov 1977-1979-cu illərdə uzaq Sverdlovsk şəhərində hərbi xidmətdə olub. 1986-cı ildən isə Şuşadakı 1 saylı həbs evində nəzarətçi, 1992-ci ilin mart ayından isə Şuşa həbs evinin rəisinin növbətçi köməkçisi vəzifəsində çalışmışdır. O, M.Ə.Rəsulzadə adına BDU-nun Hüquq fakültəsinin əlaçı tələbələrindən idi.

O, ətrafında baş verənlərə açıq gözlə, düşünən beyinlə baxmağı, çətin anlarda hadisələrdən məharətlə baş çıxartmağı bacarırdı. Kərkicahanda ilk özünümüdafiə dəstəsinin yaradılmasının təşəbbüskarı və təşkilatçılarından biri olmuşdu. Eyni zamanda Kərkicahan döyüşçülərinin döyüş sursatı ilə təmin olunmasında əvəzsiz xidmətləri olmuşdur.

Gündüz Şuşa-Kərkicahan yolunu həmişə piyada gedib gələrdi. “Niyə piyada gedirsən?” sualına həmişə belə cavab verərdi: “Əl ağacı ilə yolları yoxlayıram ki, əgər mina partlayarsa, mən ölüm, camaata heç nə olmasın”.

1991-ci il dekabrın 28-dən sonra Kərkicahanın bir neçə dəfə ermənilərdən alınmasında Gündüzün də döyüş xidmətləri olmuşdur. O, Kərkicahanın işğalını heç bir vəchlə qəbul edə bilmirdi. Ona görə də, doğma yurdunun işğalından sonra, Şuşanın müdafiəsində mərdanə dayanmağa başladı. Onun döyüş yolu həmişə ağır sınaqlar qarşısından çıxmağı bacarmışdı.

1992-ci il may ayının 8-i... Şuşa uğrunda gedən mübarizədə düşmən həbsxana tərəfdən güclü qüvvə ilə hücuma keçir. Ağır zirehli texnikadan atılan mərmilərin qarşısını almaq çətin idi. Bütün bunlara baxmayaraq, əl qumbarası ilə düşmənin canlı qüvvəsini məhv edən Gündüz Səmədov son anda həbsxananın qülləsinə çıxır. Avtomat silahı ilə düşməni susdurduğu an başından aldığı snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Evli idi. Məzarı Bakı şəhərində Şəhidlər xiyabanındadır.

Gündüz Səmədov Şuşanın işğalı günü Şuşa həbsxanasında cəza çəkən 27 azərbaycanlı məhbusu ermənilərə əsir düşməməsi üçün azad etmiş, silah-sursat verərək onların da Şuşanın müdafiəsinə qatılmalarını təmin etmişdir. Həmin gün məhbuslardan biri qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 30 iyun tarixli 867 saylı sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.