Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Şəhidlərimiz ::: Quliyev İslam İdris oğlu (1957-1992) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Quliyev İslam İdris oğlu
(1957-1992)

Quliyev İslam İdris oğlu

1957-ci il iyulun 1-də Laçın rayonunun Fingə kəndində anadan olmuşdu. Laçında doğulsa da, İslam uşaq yaşlarından Kərkicahanda yaşamış, orta məktəbi orada bitirmişdi.
Erməni təcavüzünün ilk vaxtlarında Kərkicahanda özünümüdafiə dəstəsinin yaradıcılarından biri olmuş, ona rəhbərlik etmişdir. Müdafiə Nazirliyi nəzdində yaradılmış partizan dəstəsinin komandiri olmuşdur. Kərkicahan, Kosalar, Şuşa, Ağdərə döyüşlərində özü və rotası həmişə seçilibdir. Onun rəhbərlik etdiyi Kərkicahan rotası Şuşanın işğalı zamanı axıra qədər döyüşüb və oranı axırıncı tərk edənlərdən olublar.
1992-ci il avqust ayının 25-dən sonra eşidir ki, Şuşa batalyonu Ağdərə istiqamətində döyüşə gedib. O, Kərkicahan döyüşçülərini də götürüb Ağdərəyə gəlir. Avqustun 31-də Mehmanə kəndi istiqamətində irəliləyib yollardan minaları təmizləyərək kəndi alırlar. 1992-ci il sentyabrın 1-də faciəli şəkildə həlak olub.
Mərhum Prezidentimiz Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.