Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Şəhidlərimiz ::: Zeynalov Tahir Bahadur oğlu (1963-1992) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Zeynalov Tahir Bahadur oğlu
(1963-1992)

Zeynalov Tahir Bahadur oğlu

1963-cü ildə Kərkicahan qəsəbəsində anadan olub. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra, Murmansk vilayətində hərbi xidmətdə olmuş, baş serjant rütbəsi ilə doğma Kərkicahana qayıtmışdı. Bir müddət Xankəndində işləmiş, 1988-ci ildən Kərkicahanın müdafiəsi işinə qoşulmuşdu. Şəhid olduğu vaxt Azərbaycan İqtisad İnstitutunun IV kurs tələbəsi idi.
Kərkicahan polis bölməsi yaradıldıqdan sonra, bölməyə işə qəbul olunmuş, döyüş yolunu davam etdirmişdi. Qardaşı Osmanın itkin düşməsi Tahirdə düşmənə qarşı nifrəti qat-qat artırmışdı. 1992-ci il mayın 8-də qayınları Natiq və Namiqlə bir yerdə Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, Natiq həlak olmuş, Namiq isə itkin düşmüşdü.
Şuşanın işğalından sonra Ağdam, Ağdərə bölgələrində vuruşmuş, Ağdərə polis şöbəsinin əməkdaşı olmuşdur.
1992-ci il noyabrın 8-də vəzifə borcunu yerinə yetirərkən, faciəli surətdə həlak olmuşdur. Məzarı Ağdam rayonunun Şəhidlər xiyabanındadır.