Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Şəhidlərimiz ::: Hüseynov Hüseyn Şükür oğlu (1956-1993) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Şəhidlərimiz

Hüseynov Hüseyn Şükür oğlu
(1956-1993)

Hüseynov Hüseyn Şükür oğlu

1956-cı il mart ayının 1-də Şuşa rayonunun Şırlan kəndində anadan olub. Daha sonralar ailəsi ilə birlikdə Kərkicahan qəsəbəsinə köçüb. 1977-ci ildə ailə həyatı qurub. İctimai işlərdə həmişə yaxından iştirakı ona el hörməti qazandırmışdı.
1988-ci ildən başlayaraq torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qoşulub. Kərkicahanda yaradılan ilk özünümüdafiə dəstəsinin üzvlərindən biri də Hüseyn idi. Kərkicahanın, Qaybalının, Şuşanın müdafiəsində yaxından iştirak etmişdir. Başqa ailələr kimi Hüseynin də ailəsinin taleyinə köçkünlük yazıldı. O, ailəsi ilə birlikdə Naftalan şəhərində məskunlaşdı. Lakin Qarabağda doğma ocağını itirən Hüseyn sakit həyatla razılaşmır, döyüş bölgələrinə getməyə can atırdı. 1993-cü ilin mart ayında Milli Qvardiyanın tərkibinə daxil olaraq cəbhə xəttinə gedir.
1993-cü il aprelin 7-də Füzuli bölgəsində növbəti əməliyyat zamanı qəhrəmancasına həlak olub. Məzarı Naftalan şəhərində Şəhidlər xiyabanındadır.