Xəbərlər
Türkiyədə daha bir "Qarabağ" parkı açılacaq
15 Fevral 2017
Boluda "Azərbaycan-Qarabağ" parkı açılacaq.
Trend-in məlumatına görə, 2600 kv.m sahədə Bolu bələdiyyəsi tərəfindən yaradılan park fevralın 22-də açılacaq.
Açılış mərasimində Azərbaycanın millət vəkili Qənirə Paşayeva iştirak edəcək.
Parkda Qarabağın simvolu olan xarıbülbül çiçəyinin heykəli də qoyulub. 4 metr hündürlüyü olan bu abidənin memarı Akif Əsgərovdur.
Trend