Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Xəbərlər ::: Latviya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq... 13 Fevral 2017 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xəbərlər

Latviya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütləq... 13 Fevral 2017

Dağlıq Qarabağ münaqişəsi nüfuzlu beynəlxalq təşkilatlar fəal cəlb olunmadan həll edilə bilməz.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycanda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Nazir qeyd edib ki, Latviya öz dəyişməz mövqeyini təsdiq edir: "Dövlətlərin ərazi bütövlüyü - bu, bir nömrəli prinsipdir. Biz hər zaman bütün "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyəcəyik və hesab edirik ki, münaqişələrin yeganə həlli yolu dinc danışıqlardır".

Onun sözlərinə görə, Latviya daim bu məsələni rəsmi Bakı və Yerevanla müzakirə edir:

"ATƏT-in Minsk qrupu tərəfindən işlənmiş prinsiplərə riayət olunmalıdır. Biz Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində atəşkəs rejiminin pozulması hallarından narahatıq. Bu bizi təşvişə salır. Diplomatik planda gücləndirilmiş işə ehtiyac var".

Trend