Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Xəbərlər ::: Azay Quliyev: Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs layiq olduğu cəzanı alacaq 8 Fevral 2017 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xəbərlər

Azay Quliyev: Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs layiq olduğu cəzanı alacaq
8 Fevral 2017

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi mühim hadisədir.

Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev qeyd edib ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bu şəxs haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2-ci (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açmasını və göndərilən sorğuya əsasən Belarusda həbs edilərək ölkəmizə təhvil verilməsini tələb etməsini alqışlayır:

"Belarus Respublikasının hüquq-mühafizə orqanlarına və şəxsən Prezident Lukaşenkoya göstərdiyi prinsipiallığa görə təşəkkür edirəm. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq və bundan sonra belə bir qanunsuz əməllərə əl atmaq niyyətində olanları əvvəlcədən hərtərəfli düşünməyə vadar edəcək".

A.Quliyev vurğulayıb ki, Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur: "Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduğu cəzanı alacaq".

Trend