Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Xəbərlər ::: ATƏT azərbaycanlı əsgərin nəşinin qaytarılmasında köməyinə görə vasitəçilərə minnətdarlıq bildirib 6 Fevral 2017 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Xəbərlər

ATƏT azərbaycanlı əsgərin nəşinin qaytarılmasında köməyinə görə vasitəçilərə minnətdarlıq bildirib 6 Fevral 2017

ATƏT-in avstriyalı sədrliyi azərbaycanlı əsgərin nəşinin Ermənistan tərəfindən qaytarılması məsələsində köməyinə görə vasitəçilərə minnətdarlıq bildirib.

Trend bildirir ki, bu barədə qurumun Twitter səhifəsində yazılıb.

Məlumatda qeyd olunub: “Azərbaycanlı əsgər Çingiz Qurbanovun nəşi qaytarılıb. Bu məsələdə göstərdiyi səylərə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə minnətdarlığımızı bildiririk və tərəfləri Həştərxan sazişinə əməl etməyə çağırırıq”.

Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Şəhid Ç.Qurbanov bu gün Qusar Şəhidlər xiyabanında dəfn olunub.

Trend