Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Erməni vandalizmi ::: 31 Mart Soyqırımı ::: Şamaxı qırğını :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

31 Mart Soyqırımı

Şamaxı qırğını

XVIII əsrin əvəllərində erməni siyasətbazları İsrail Ori və Minas Tiqranyants Qafqazı, o cümlədən, Azərbaycanı ələ keçirmək üçün I Pyotra müxtəlif işğalçılıq planları hazırlayıb təqdim edərkən, Şamaxı şəhərini qədim erməni şəhəri kimi qələmə verirdilər. Onlar Rusiya imperatoruna göndərdikləri məktublarda bu şəhərin son dərəcə strateji əhmiyyətə malik olduğunu qeyd edir, Şamaxıda xeyli erməni əhalisinin yaşadığını göstərirdilər. Lakin erməni siyasətbazlarının məktublarında Şamaxı şəhərinin Azərbaycanın orta əsrlərdə siyasi-iqtisadi həyatında oynadığı rol, bu qədim tarixə malik yaşayış məskəninin uzun müddət Şərqdə mərkəzi şəhər olması faktı barədə Rusiya imperatoruna heç bir məlumat verilmirdi. Buna görə də elə həmin vaxtdan başlayaraq həm ermənilərin, həm də Rusiya hakim dairələrinin beyninə belə bir yanlış fikir yeridilmişdi ki, guya Şamaxı həqiqətən erməni şəhəri olmuş, sonralar azərbaycanlıların əlinə keçmişdir. Halbuki heç bir rus ziyalısı, erməni millətçisi XII, əsrdə Şamaxı şəhərindən çıxmış bir nəfər belə erməni şairinin, mədəniyyət xadiminin adına çəkə bilməz. Çünki bu şəhərdə həmin dövrdə heç bir erməni yaşamayıb. Bu şəhər tarixən Azərbayçan türklərinin yaşayış məskəni olmuşdur. XII əsrdə Şamaxıdan çıxmış bir çox görkəmli şairlər, o cümlədən, Xaqani Şirvani, Fələki Şirvani və bir çox başqa-başqa sənətkarlar bu qədim yaşayış məskəninin yalnız Azərbaycan türklərinə məxsus olduğunu aydın göstərir.
Erməni siyasətbazlarının Şamaxı şəhərini bir obyekt kimi seçib burada qırğın törətmələri heç də təsadüfi deyildir.
Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra onün bir çox şəhərlərində Türkiyədən və İrandan köçürülmüş ermənilər məqsədyönlü şəkildə yerləşdirilməyə başlandı. Bu dövrdə çarizm Azərbaycanda müstəmləkəçilik siyasətini işğal etdikləri torpaqlarda qeyri-müsəlman millətlərini yerləşdirməklə həyata keçirməyə çalışırdı. Çarizmin məhz bu məqsədyönlü siyasəti sayəsində Şamaxı şəhərində də xeyli erməni məskunlaşdırıldı.
Tarixi faktlar aydın göstərir ki, ermənilər bu qırğını həyata keçirmək üçün əvvəlcədən möhkəm hazırlaşmışdılar. Şamaxı şəhəri də başqa iri sənaye mərkəzləri kimi qırğın üçün əsas obyekt seçilmişdi.
Xalqımızın qəddar düşməni olan Stepan Şaumyanın rəhbərliyi altında respublikamızın bir çox ərazisində, eləcə də Şamaxı şəhərində müsəlman əhalisinin qırılması aktı hazırlanıb, 1918-ci ilin ilk aylarından başlayaraq planlı şəkildə həyata keçirilmişdir. Bolşevik siması altında Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçrən S.Şaumyan öz erməni soydaşları ilə əlaqəyə girərək bu mənhus planı hazırlamışdı. Onun müavini Atabekov bu soyqırımın proqramını hazırladıqca bolşevik maskası arxasında gizlənən daşnak əqidəli S.Şaumyana məlumat verir, ondan lazımi məsləhətlər alırdı. Atabekov məhz S.Şaumyanın yaxından köməyi və məsləhəti ilə Şamaxı qəza rəisinin köməkçiləri Serebryakov və Gülbəndov ilə əlaqə saxlamış, qısa müddət ərzində bu regionda bütün erməni əhalisni qabaqcadan silahlandırmışdı. Cəmi bir həftə ərzində Bakıdan göndərilən xeyli pulemyot və güllə ilə təchiz olunmuş Şamaxının erməni kəndləri mərkəzdən veriləcək əmri gözləyirdilər.
Şamaxı qırğınının başlıca təşkilatçıları bu ərazidə soyqırımı siyasətini həyata keçirmək üçün heç də təkcə erməni kəndlərinə arxalanmırdılar. İllər boyu qonşuluq şəraitində mehribancasına yaşayan bu xalqları birdən-birə düşmək edib ayağa qaldırmaq, bir-birinə qarşı vuruşdurmaq heç də asan məsələ deyildi, hətta soyqırımın təşkilatçıları bu işdə kəndlilərə bir o qədər də bel bağlamırdılar. Onlar bu məqsədlə xüsusi təşkil edilmiş quldur dəstələrinə daha çox ümid bəsləmişdilər. Çünki bu dəstələr başkəsən cəlladlardan təşkil edilmişdi.
Artıq 1918-ci ilin əvvəllərindən etibarən Şamaxının bir sıra kəndlərində soyqırımın həyata keçirilməsi üzrə ciddi hazırlıq işləri görulməyə başlandı. Bakıdan, habelə Ermanistanın müxtəlif nahiyələrindən Mədrə kəndinə, xeyli silahlı erməni dəstəsi gətirildi.
İnsan qanına susamış bu cəlladlar erməni kəndliləri arasında təbliğat işini gücləndirir, onların bu siyasətini rus bolşeviklərinin müdafiə etdiklərini bildirirdilər.
Erməni silahlı dəstələrinin Şamaxıda görünməsi, təbiidir ki, yerli müsəlman əhalisini narahat etməyə bilməzdi. Çünki 1905-1907-ci illərdə baş vermiş qanlı faciələrdən cəmi 10-12 il keçirdi. O vaxt baş verən milli faciənin canlı şahidləri hələ də Şamaxıda yaşayırdılar. Köhnə faciənin yenidən təkrar olunmaq təhlükəsi göz qarşısında idi.
Şəhərin müsəlman əhalisi baş verəcək qırğının qarşısını almaq məqsədilə təcili olaraq ermənilərlə danışıqlar aparılmasını zəruri hesab etdi. Məsləhətləşib öz aralarından nümayəndə heyəti ayırdılar və Mədrəsə kəndinə göndərdilər.
Erməni silahlı qüvvələrinin başçıları öz milli psixologiyalarına uyğun olaraq müsəlmanlara yalandan vəd verdilər, arxayın etdilər ki, guya onların yerli Azərbaycan əhalisi ilə heç bir işi olmayacaqdır. Riyakarlıqdan uzaq olan azərbaycanlılar ermənilərin bu vədlərinə inandılar. Lakin erməni məkri çox davam edə bilmədi, danışıqlar hələ başa çatmamış azğın erməni quldurları öz vəhşi niyyətlərini həyata keçirməyə başladılar. Tszliklə Şamaxı şəhəri top atəşinə tutuldu. Axşamüstü isə silahlı erməni dəstələri şəhərə daxil olub, əvvəlcədən nəzərdə tutduqları qırğını həyata keçirtdilər.
İki gün ərzində şəhərdə azərbaycanlıların evi yandırıldı, talan edildi, günahsız insanlar amansızcasına qətlə yetirildilər.
Heç bir silahı olmayan dinc əhali özünü müdafiə edə bilmədi.
Hadisənin üçüncü günü soyqırımı müvəqqəti olaraq dayandırıldı. Vahimə içində olan şəhər əhalisi qorxudan küçəyə çıxa bilmir, müqavimət göstərmirdi. Hadisələrin qarışıqlığından istifadə edən ermənilər Şamaxıda özlərinin yerli hökumətini yaratdılar. Qondarma erməni hökuməti hamıya evdə oturmaq, küçəyə çıxmamaq barədə göstəriş verdi. Əhaliyə belə bir fikir aşılandı ki, küçəyə çıxmayanlara qarşı heç bir cəza tədbirləri görülməyəcəkdir. Əslində isə bu, qondarma erməni hökumətnin məkrli niyyəti idi. Bir qədər sonra bu niyyət üzə çıxdı. Şəhərə tam hakim kəsildikdən, yəni yiyələndikdən sonra erməni silahlı dəstələri salamat qalmış, yandırılmamış müsəlman evlərinə soxuldular, silah, hədə qorxu gücünə soyğunçuluq etməyə başladılar. Onlar kişiləri guya “idarəyə aparırıq” adı ilə evdən çıxarıb kütləvi şəkildə öldürdülər.
Şamaxı qırğınının sədası tezliklə hər tərəfə yayıldı. Ermənilər Gəncədən müsəlmanların silahlı dəstələri gələnə qədər öz çirkin fəaliyyətlərinin davam etdirir, hər yerdə azərbaycanlıları vəhşicəsinə öldürürdülər. Gəncədən köməyə gələn silahlı dəstələr Şamaxı şəhərini tezliklə bu qaniçənlərdən azad etdilər. Xalq bu qırğın zamanı qətlə yetirilənləri hələ ayırd etməmiş, dəfn eləməyə macal tapmamış Bakıdan gələn erməni silahlı dəstələrinin təzyiqi altında Gəncə silahlıları şəhəri tərk etməyə məcbur oldular, Şamaxı yenə də ermənilərin əlinə Şamaxı əhalisinin başına bu dəfə daha dəhşətli bəlalar açıldı. Şəhərdən qaça azərbaycanlılar qarşılarına çıxan müsəlman əhalisinə öz canlarını xilas etməyə, Şamaxının mərkəzində ermənilərin görünməmiş vəhşiliklər elədiuini bildirdilər. Amma - Göyçaydan gəlmiş bir nəfər axund bu şayiələrə inanıb qaçmamağı, ermənilərlə danışıqlar aparacağını və bundan sonra müsəlman əhalisinə heç bir xətər toxunmayacağını vəd etdi.
Başlarına min bir müsibət gətirilən azərbaycanlılar axundun dediyinə, danışıqların bir səmərə verəcəyinə inanıb qaçmadılar. Şəhər sakinlərinin xeyli hissəsi ev eşiklərini tərk etməyib daha bu dəhşətli qırğına məruz qalmayacaqlarına inandılar.
Bir neçə gün sonra isə Şamaxı ikinci dəfə qan ocağına çevrildi. Azərbaycanın başqa ərazilərində qırğınlar törədən erməni quldurları Şamaxıda misli görünməmiş cinayətlərə əl atdılar. Onlar qadınların və kişiləri tənasüf üzvlərini kəsmiş, körpə uşaqları yerə mıxlamış, meyidlərin başına min bir oyun açmışdılar.
Əhalinin qabağını kəsib şəhərdən çıxmağa qoymayan, onlara şirin vədlər verən axundun özü də ermənilərin qəzəbinə düçar olmuşdu. Əvvəlcə onun dilini, qulaqlarını, burnunu kəsmiş, sonra isə başının dərisini soymuşdular.
Şamaxı qırğınının başlıca təşkilatçılarından biri Stepan Lalayev, Samson Aspirov və Saatsazbəyov ilə birlikdə böyük bir erməni silahlı dəstəsi şəhərə gələrək yerli erməni sakinlərinin başçısı Gülbəndov və başqalarına məscidi mühasirəyə almağı tapşırdı. S.Lalayev yaxşı bilirdi ki, Azərbaycan əhalisinin böyük bir qismi-qocalar, qadınlar və uşaqlar qırğından salamat qalmaq üçün Allahın evinə-məscidə pənah gətirib, burada gizlənmişlər. Qaniçən quldur azərbaycanlıları öldürməkdən həzz alırdı. O, məscidi yandırmağı, eşiyə çıxanlara aman vermədən güllə ilə öldürməyi əmr eləmişdi.
Məscidə toplanmış yüzlərlə dinc əhali, xüsusən qocalar, qadınlar, uşaqlar, bir sözlə, dəhşətli qırğından qaçıb canlarını xilas edə bilməyən və ümidlərini Allahın dərgahına bağlayan günahsız insanlar diri-diri bu məsciddə yandırıldılar. Eşiyə qaçmaq istəyənlər isə dərhal güllələndilər. S.Lalayevi əmri ilə erməni quldurları cavan qadınları, qızları onun Şamaxıdakı evinə aparırdılar. Burada onları soyunduraraq, əvvəlcə spirtli içki içdirir, sonra da silah gücünə onları zurna altında rəqs elətdirir, elə oradaca zorlayır və bir qismini öldürür, bir qismini isə hündür eyvandan küçəyə atırdılar. Şamaxıya türk qoşunlarının gəlməsi ilə bu qadınlardan cəmi 8 nəfəri xilas edilə bildi. Erməni azğınları bu köməksiz qadınları, qızları öz vəhşətlərinin, ehtiraslarının qurbanı etdikdən sonra, vəhşicəsinə öldürmüşdülər.
S.Lalayev Şamaxı əhalisinin əlindən çox yanıqlı idi. 1905-ci ildə baş vermiş erməni-müsəlman qırğını zamanı onun atası və əmisi müsəlmanlar tərəfindən öldürülmüşdü. Həmin dövrdə Atabekov isə Şamaxı müsəlmanlarının köməyi sayəsində şəhər komissarı vəzifəsindən çıxarılmışdı. Hər iki cəllad bu tarixi faktı yaddan çıxarmayıb, əllərinə fürsət düşən kimi Şamaxı əhalisindən bu cür qisas aldılar, onlar minlərlə günahsız insanı vəhşicəsinə qətlə yetirdilər, evlərini yandırdılar, kəndlərini dağıtdılar. Bir sözlə, Şamaxı şəhəri görünməmiş faciələrlə qarşılaşdı.
Bu qanlı hadisədən bir neçə ay sonra, Şamaxı qırğınından xilas olmuş Hacı Soltan Zamanov, Hacı Mir İsmayıl və başqaları Bakıya gəlmiş müttəfiq qoşunlarının baş komandanı Tomsona yazdıqları məktubda Stepan Lalayev barədə bildirirdilər ki, vəhşiləşmiş bu insanı şamaxılıların başına gətirdiyi müsibətlərə görə hərbi məhkəməyə vermək lazımdır. Məktubda göstərilir ki, S.Lalayev mart ayında özü quldur dəstəsi ilə Şamaxıya gələrək bütün kəndləri, yaşayış məskənlərini dağıtmış, yandırmış, əhalisini isə, demək olar, bütünlüklə qırdırmışdır. Bütün kişiləri şəhərdə qılıncdan keçirmiş, hətta oğlan uşaqlarına belə rəhm etməyərək öldürmüşlər. Kişilərin və qadınların gözü qarşısında qadınları, qızları zorlamışlar. Şəhər tam soyulub talandıqdan sonra yandırılmış, bir məscid belə salamat qalmamışdır. Şəhərdə mövcud olan beş min evdən yalnız məktəbin binası salamat qalmışdı. Hazırda Şamaxı şəhəri qəbiristanı xatırladır. Bütün bu faciənin əsas günahkarı yalnız S.Lalayevdir. Belə bir cəllad cəzasız qalmamalıdır.
Şamaxı qırğınında təsadüfən salamat qalmış şahidlər bu qanlı faciənin təfsilatı barədə elə o vaxt hökumət dairələrinə müəyyən məlumat vermişdilər. Bu gün əlimizdə artıq ifşaedici sənədlərə çevrilmiş bu məlumatlar uzun illər boyu arxivlərdə yatıb qalmış, xalqdan gizlədilmişdir. Erməni təbliğatçıları bizim əleyhimizə hər cür bədnam məqalələr yazdığı, uşaqlarını türklərə qarşı nifrət ruhunda böyütduyü bir halda, Azərbaycanda başımıza açılmış müsibətləri özündə əks etdirən tarixi sənədlər arxivlərdə öz tədqiqatçılarının yolunu gözləmişdir. Həmin sənədlərin bir neçəsinə diqqət yetirək.
Şamaxı şəhərinin sakini Mövsüm bəy Sadıqbəyov Azərbaycan hökuməti yanında təşkil edilmiş fövqəladə İstintaq Komissiyası tərəfindən dindirilərkən bildirmişdir ki, mən hələ Kürdəmirdə olduğum vaxt eşitdim ki, ermənilər Mədrəsəyə yanvar ayının əvvəllərindən başlayaraq on iki, yaxud on altı araba silah gətirmişlər. Bundan ehtiyat edən müsəlmanlar ermənilərə öz etirazlarını bildirərkən, onlar özünümüdafiə dəstələri yaratmaq üçün hazırlıq gördüklərini, müsəlmanlara heç bir xətər toxunmayacağını demişlər.
1918-ci il martın ortalarında şəhərdə belə bir fikir yayıldı ki, iki min nəfərə yaxın erməni əsgəri silah, hərbi sürsat yüklənmiş altmışa yaxın araba ilə Şamaxıya gəlir.
Beləliklə, bu xəbəri eşidən Şamaxının müsəlman əhalisi silah arabalarının gətirilməsinin hər bir vəchlə qarşısını almağa çalışdı. Lakin böyük silahlı qüvvəyə malik olan ermənilər bütün maneələrə baxmayaraq, gətirdikləri yükləri Mədrəsə kəndinə çatdırdılar.
M.Sadıqbəyovun istintaqından məlum olur ki, ermənilər ertəsi gün müsəlman əhalisi ilə danışıqlar aparıb sülh bağlamışlar. Elə bu da onlarda arxayınlıq yaratmışdır. Müsəlmanlar sülh bağlamaqla təhlükənin sovuşduğunu güman etmişlər.
Lakin martın 18-də sübh tezdən ermənilər Mədrəsədə yerləşdirilmiş toplardan Şamaxı şəhərinə atəş açdılar. Yuxudan hövlnak duran şəhər əhli pal-paltarını geyinmədən hara gəldi qaçmağa başladı. Şamaxıda yaşayan molokanlar da ermənilərə qoşularaq şəhərin müsəlman əhalisinə qarşı vuruşdular. Demək olar, heç bir silahlı müqavimətə rast gəlməyən ermənilər şəhərin aşağı hissəsinə daxil oldular. Onlar evlərə soxulub, qabaqlarına çıxan müsəlmanları öldürür, evləri talan etdikdən sonra yandırırdılar.
Bu hadisənin şahidi olan Şamaxı sakini Məhiyyəddin Əfəndi oğlu isə bu barədə belə ifadə vermişdir: “Ermənilər Şamaxını top atəşinə tutduqdan sonra əhali küçəyə qaçdı və gördü ki, erməni silahlıları şəhəri üç tərəfdən, molokanlar isə bir tərəfdən mühasirəyə almışlar. Bir neçə saatdan sonra ermənilər şəhərə basqın edib, evləri yandırmağa və adamları güllələməyə başladılar. Bu qırğına Qavril, Qaraoğlanov, poçt-teleqraf idarəsinin rəisi Gülbəndov, Qaramanov, dəllək Samvel, dəllək Ovanes, Stepan Lalayev, mədrəsəli Sidrak və bir çox başqaları rəhbərlik edirdilər.
Bu qırğından birtəhər canlarını qurtarıb qaçan azərbaycanlılar Kürdəmirdə, Gəncədə özlərinə sığınacaq tapmaqla Şamaxıya erməni əsirliyində qalmış müsəlmanları xilas etmək üçün lazımi tədbirlər görürdülər. Martın 28-də İsmayıl xan çox da böyük olmayan bir dəstə ilə Şamaxıya daxil oldu. Ermənilər silahlı toqquşmadan ehtiyat edərək Qozluçay kəndinə çəkildilər və burada qüvvə toplamağa başladılar. İsmayıl xan Qozluçay kəndindən nümayəndə çağırıb erməni quldurlarını təhvil verməyi tələb etdi. Molokanlar vəziyyətin çox kəskin şəkil aldığını görüb onlara iki gün möhlət verilməsini bildirdilər. İki gündən sonra isə molokanlar erməniləri verməyəcəklərini və onlarla birgə Şamaxıdan gedəcəklərn barədə xəbər göndərdilər.
İsmayıl xan məcburiyyət qarşısında qalıb Qozluçaykəndi üzərinə hücum əmri verdi. Lakin atışma başladıqdan bir qədər sonra o, erməni silahlı qüvvələrinin ona üstün gələcəyini görüb, Şamaxıya geri çəkildi.
Həqiqətən, ermənilərin hərbi qüvvəsi İsmayıl xanın dəstəsindən bir neçə dəfə çox idi. İsmayıl xanın dəstəsi elə həmin gün axşamüstü Şamaxını tərk elədi. Yenidən Şamaxının qara günləri başlandı.
Gəncə silahlı qüvvələrinin başçısı İsmayıl xan Ziyadxanov Şamaxıdan gedərkən əhaliyə şəhəri tərk etməyi tapşırmışdı. Qozluçay kəndindən molokanların himayəsində olan ermənilər Bakıdan xeyli hərbi qüvvə almaqlarına baxmayaraq, yenə də Şamaxıya bir müddət hücum etməyə cəsarət eləmədilər. Onlar İsmayıl xan Ziyadxanovun dəstəsinin hələ orada olmasından ehtiyat edirdilər. Gəncə silahlı dəstəsi getdikdən yalnız altı gün sonra ermənilər şəhərə daxil oldular. İ.Ziyadxanovun sözünə məhəl qoymayıb şəhərdə qalan əhalinin, demək olar ki, hamısı vəhşicəsinə qırğına məruz qaldı”. Şahid Siracəddin Əfəndiyevin dediyi məlumatdan aydın olur ki, ermənilər insanları təkcə öldürməklə kifayətlənmirdilər, onlar qadın və kişi meyidləri üzərində xüsusi vəhşiliklər törədirdilər, öz əməllərinə baxıb həzz alırdılar, azyaşlı uşaqlara və qadınlara paz çalırdılar. Şamaxı qırğınından salamat qalan qaçqınlar Göyçay qəzasının müxtəlif rayon və kəndlərinə pənah aparmışdılar. Qaçqınların bir qismi Kürdəmirə gəlmişdi. Lakin bu qırğından təxminən iyirmi-otuz gün sonra ermənilər Kürdəmirə də basqın edib evləri yandırdılar, əhalini gülləboran etdilər. Əhali xilas olmaq üçün Göyçay qəza mərkəzinə qaçdı. Amma Qarasu deyilən bataqlığı keçə bilmədiklərindən elə oradaca qalmalı oldular. Qaçqınlar həftələrlə burada qalıb, hər cür məhrumiyyətə dözdülər, bataqlığın suyundan içdiklərinə görə xəstələndilər. Qarasu yüzlərlə qaçqını öz ağuşuna aldı... Beləliklə, qırğından xilas olub, aclığa, soyuğa, hər cür ağır məhrumiyyətə dözən mətanətln bu zavallı qaçqınlar bataqlıqdan içdikləri sudan kütləvi şəkildə qırıldılar.
Bu hadisənin şahidi olan S.Əfəndiyev qeyd edir ki, Şamaxıda meyid əlindən tərpənmək mümkün deyildi. Hər addımbaşı müsəlmanların vəhşicəsinə öldürülmüş meyidlərini görürdüm. Bir yerdə gördüyüm dəhşətli mənzərə heç vaxt yadımdan çıxmayacaqdır. İki nəfər insanın-öldürülmüş kişi və qadın meyidləri üzərində yarıya bölünmuş 3-4 yaşlı uşaq meyidi qoyulmuşdur.
Erməni cəlladları neçə-neçə ailənin, nəslin kökünü bax beləcə kəsmiş, nə uşağa, nə qadına rəhm etməmişdilər.
Tarixi araşdırmalar göstərir ki, bu hadisələrdə Şamaxının kəndləri daha dəhşətli soyqırımına məruz qalmışdır. Şamaxının Ərəbqədim kəndində 200 nəfər kişi, 100 nəfər qadın, 78 nəfər uşaq, Dilman kəndində 300 nəfər kişi, 235 nəfər qadın, 50 nəfər uşaq, Tağılı kəndində 360 nəfər kişi, 412 nəfər qadın, 152 nəfər.uşaq vəhşicəsinə öldürülmüşdür. Eyni vəziyyət başqa kəndlərin də başına gətirilmişdir. Bütövlükdə yalnız Şamaxının kəndlərində 5000 nəfərdən çox kişi və qadın, 1000 nəfərə yaxın uşaq qətlə yetirilmişdir. 1918-ci ilin mart ayında aparılan hesablamalara görə Şamaxının 58 kəndində soyqırımının həyata keçirilməsi nəticəsində 7 min nəfərdən çox azərbaycanlı öldürülmüşdür.
Lakin qeyd etməliyik ki, bu həmin faciənin bütün tam mənzərəsini açıb göstərən rəqəm deyildir. Çünki Şamaxıda və onun ətrafında ermənilərin törətdiyi soyqırımı sonralar da həyata keçirilmişdir ki, bu hadisələr, qətllər o vaxt hökumət dairələri tərəfindən müfəssəl uçota alınmamışdır.
Stepan Lalayevin dəstəsi 1918-ci ilin aprel ayında da Şamaxının kəndlərinə basqın etmiş, qırğından canlarını birtəhər qurtarmış azərbaycanlılar üçüncü dəfə soyqırımına məruz qalmışlar. Şamaxı qəzasının Qalaybucurt kəndinin sakinləri Məmmədzər Qəhrəman oğlu, Mustafa və Əbdüləli Əbdüləzim oğlu 1918-ci il aprelin 25-də başlarına açılan müsibət barədə belə məlumat vermişlər: “Şamaxı faciəsindən bir neçə gün sonra kəndimizə 100 nəfərlik bir silahlı dəstə gəldi. Molokanlardan və ermənilərdən ibarət olan bu dəstəyə Stepan Lalayev başçılıq edirdi. Bu, dəstəd Çuxuryurd kəndinin sakinləri Baros-Ovanes oğlu, Palanq və Semyon Qara İvan oğlu, Polovinkin və Yakov Qara İval oğlu, Semyon Popov və Matvey Qarayev və tanıdığımız başqa ermənilər də var idi. Stepan Lalayev özünü bizim padşahımız elan edib bildirdi ki, əmlakımız və özümüz ona məxsusuq. O, mal-qaranı, əmlakımızı və bütün varidatımızı bir yerə toplamaq barədə əmr verdi.
Sonra bizi heyvan sürüsü kimi qabaqlarına qatıb aparmağa başladılar. Meşəyə çatdıqda, S.Lalayev hamını güllələmək əmri verdi. Yüzlərlə günahsız, dinc əhali meşədə amansızcasına öldürüldü. Bu qırğından cəmi dörd nəfər xilas ola bildik”.
Azərbaycan Demokratik Respublikası qurulduqdan sonra Bakı, Quba və Şamaxıda erməni cəlladlarının törətdikləri qırğınları təhlil etmək məqsədilə dərhal təcili fövəladə komissiya yaradıldı. Bu komissiya öz dövrünə görə xeyli iş görməsinə baxmayaraq, onun tərtib etdiyi materiallar, sənədlər, şahidlərin dindirilmə protokolları, çox təəssüf ki, vaxtında işıq üzü görmədi, dünya içtimaiyyətinin diqqətinə çatdırılmadı.
Lakin onu da qeyd edək ki, bu komissiya yaradılana qədər dövrün bir sıra qəzetləri bu faciəyə öz qiymətini vermiş, ermənilərin vəhşi simasını açmış, törətdikləri qırğınlar barədə ətraflı materiallar dərc etmişdilər.
1918-ci il oktyabrın 21-də “Azərbaycan” qəzeti bu barədə yazırdı ki, biz Şamaxı əksinqilabçılarının başına nə gəldiyini bilmirik, amma onu bilirik ki, başda sosialist “Əmirov və Lalayev” olmaqla qırmızı sosialist dəstəsi Şamaxıda olan bütün müsəlman əhalisini kəsib doğramış, 40-a qədər kəndi dağıtmışdılar. Lalayevin Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşiliklər bu müddət ərzində gördüklərimiz bütün dəhşətləri kölgədə qoyur.
Bu mətndən aydın olur ki, Şamaxıya göndərilən erməni silahlı dəstələri guya əksinqilabçıları cəzalandırmalı idilər. Əlbəttə, bu, gözdən pərdə asmaq, əsl həqiqəti ört-basdır etmək məqsədi daşıyırdı. Bu dövrdə Şamaxıda əksinqilabi qüvvələr yox idi. Şamaxı kəndlərinə gətirilən silah arabalarına görə əhalinin narazılığı əks inqilabi çıxışlar kimi irəli sürülmüşdür. Əvvəlcədən planlaşdırılmış bu qırğın guya sosialist qüvvələrinin əksinqilabçılara qarşı çıxışı kimi qələmə verilmişdi.
Lakin buna baxmayaraq ermənilərin Şamaxıda törətdikləri vəhşiliklər o qədər dəhşətli oldu ki, hətta o dövrdə bolşevik mətbuat orqanları belə baş vermiş bu faciələrə öz münasibətlərini gizlədə bilmədi. Qəddar S.Lalayevin hərəkətləri bircə cümlə ilə ifadə olundu: “Dinc əhaliyə qarşı da bəzi haqsızlıqlar törədildi”.
Göründüyü kimi, bolşevik mətbuatı minlərlə günahsız, dinc əhalinin vəhşicəsinə öldürülməsinə, evlərin yandırılmasına, işğal edilməsinə “bəzi haqsızlıq” aktı kimi yanaşmışdır.
Həmin dövrdə “Azərbaycan” qəzeti bu fakta vaxtında öz münasibətini bildirərək yazırdı ki, “müsəlman əhalisinin bütünlüklə qırğına məruz qalmasına, hamilə qadınların qarnının cırılması, ismətlərinin ayaqlar altına atılıb tapdanması, sonra isə diri-diri odda yandırılması və sair vəhşiliklərin daşnakların “bəzi haqsızlığı” kimi qələmə verilməsi nə dərəcədə düzgündür?
Ermənilər Zaqafqaziyada bütün müsəlman kəndlərinin ahalisini qırmaq üçün geniş proqram hazırlamışdılar. 1918-ci il noyabrın 9-10-da aparılan istintaq protokolunda qeyd edilmişdir ki, ermənilərin əsas nümayəndəsi Stepan Şaumyanın Tiflisdə niyyəti uğurla nəticələnmədiyindən, o, Bakı quberniyasında türklər gələnə qədər müsəlmanları qırdırmışdır, Şamaxı, Quba qırğınları da məhz onun bilavasitə rəhbərliyi altında həyata keçirilmişdir. Təsadüfi deyildir ki, 1918-ci ilin noyabr ayında Şamaxı qırğınını təhqiq edən Fövqəladə Komissiyanın protokolunda onun adı S.Lalayevə havadarlıq edən bir şəxs kimi hallanır.
1918-ci il noyabrın 29-da Bakı şəhərində yaşayan bir qrup Şamaxı sakini müttəfiq qoşununun ali komandanı Tomsona müraçiət edərə yazırdılar ki, bizə məlum olduğuna görə hazırda Stepan Lalayev həbs edilərək sizin sərəncamınızda saxlanılır. Sizdən acizanə xahiş edirik ki, ədalət və insanpərvərlik naminə bu vəhşi insanın şamaxılılara vurduğu ziyanlara, vəhşiliklərə görə onu hərbi məhkəməyə verəsiniz. O, mart ayında öz dəstəsi ilə Şamaxıya gələrək yol boyu bütün kəndləri yerlə yeksan etdi, bütün əhalini qırdı.
Fövqəladə Hərbi İstintaq Komissiyasının başçısı Kocemyako Şamaxı hadisələrindən bir qədər sonra, yəni qırğından xilas olmuş şamaxılıların müraciətinə əsasən qatil Stepan Lalayevi həbs etmək istərkən, o, Kocemyakonu söymüş, elə onun yanından Stepan Şaumyana zəng vurub əhvalatı ona danışmışdır. Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan elə oradaca Kocemyakonu telefona çağırıb demişdi: “Lalayevi həbs etmək yaxşı iş deyil, bu nə deməkdir?”.
Beləliklə, S.Lalayev həbs olunmamış və öz mühafizəçiləri ilə birgə Bakı küçələrində yenə var-gəl edərək müsəlmanlara qarşı yeni cinayətlər törətməyə başladı. Bir neçə gün sonra isə hərbi İstintaq Komissiyası ləğv edildi (“Azərbaycan” qəzeti, 30 mart 1919-cu il).
Bu məlumatdan göründüyü kimi, 1918-ci ildə Bakı bolşeviklərinin rəhbəri S. Şaumyan erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdyi cinayətləri ört-basdır etmiş, bu qırğınların törədicilərini, əsl təşkilatçılarını xalq cəzasından qorumuş, hətta həbs olunmasına belə razılıq verməmişdir. Məhz buna görə də xalqımızın S.Lalayev kimi düşmənləri vaxtında öz layiqli cəzalarına çata bilməmişlər.
Nəriman Nərimanov Şamaxıda mart qırğını barəda 1918-ci ilin iyulunda ürək ağrısı ilə yazırdı:” Mən Şaumyana yazdım: “Siz Azərbaycan xalqını göstərməlisiniz ki, mart hadisələri bizim iradəmizlə, yəni Sovet hakimiyyətinin iradəsiylə baş verməyib. Bu hadisələr xainlər və Sovet quruculuğunun düşmənləri tərəfindən törədilib..,”. Ancaq bədbəxtlikdən, mənim sözlərimə əhəmiyyət verilmədi”. (“Odlar yurdu” qəzeti, 8-9 aprel 1990-cı il).
Məşədi Əzizbəyov Şamaxı qırğınını eşidən kimi dərhal ora getmiş və dəhşətli faciələri öz gözləri ilə görmüşdü. N.Nərimanov həmin məktubda bu haqda belə yazmışdır: “Şamaxıdan qayıdandan sonra mənim əziz yoldaşım M.Əzizbəyov göz yaşı içində şahidi olduğu faciəni mənə danışdı. T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları öldürdülər; onlar hələ dünyada görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları məscidə toplayıb gerosin töküb yadırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda Sovet hakimiyyəti daşnaklardan, asılıdır. Bu da aydındır ki, erməni bandaları tərəfindən azərbaycanlı əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının Sovet hakimiyyətindən üz döndərməyə öz burjuaziyasının hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı, var idi”. (“Odlar yurdu” qəzeti 8-9 aprel, 1990-cı il).
Şamaxı qırğınından xeyli müddət keçməsinə baxmayaraq, hələ də onun vurduğu yaralar qəlblərdə qövr eləyir. Çox təəssüf ki, xalqın başına açılan bu müsibətlər, faciələr indiyədək ətraflı tədqiq olunmayıb. Erməni müsəlman qırğınının qurbanlarına bu günədək heç bir abidə qoyulmayıb.
Şübhə yoxdur ki, tədqiqatçılarımız bu qanlı faciədən daha geniş yazılar, kitablar yazacaq, əsl həqiqəti olduğu kimi xalqa çatdıracaqlar.
Bunu tarix tələb edir.

VƏLİ HƏBİBOĞLU

V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.

1918-ci il qırğınları. Tarixi araşdırmalar
B.: “Öyrətmən”. 1995. 90 səh.