azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

31 Mart Soyqırımı

Qarabağ faciəsi

Qarabağ torpaqlarının Ermənistana birləşdirilməsi üçün hələ 1918-1920-ci illərdə ən müxtəlif cəhdlər göstərilmiş, ən iyrənc vasitələrə əl atılmışdır. Bu məqsədlə azərbaycanlı əhalini qorxutmaq üçün çoxsaylı quldurluq hərəkətləri törədilmişdi. Təbii ki, bu hərəkətlərin çoxu cinayət xarakterli olmuşdur. Heç də təsadüfi deyildir ki, Azərbaycan Demokratik Respublikası hökuməti Bakıya köçdükdən sonra onun ilk qərarlarından biri Birinci dünya müharibəsi başlanandan sonra Zaqafqaziyanın müsəlman (azərbaycanlı) əhalisinin başına gətirilmiş müsibətlərin tədqiq edilməsi və dəymiş zərərin müəyyənləşdirilməsi üçün Fövqəladə İstintaq Komissiyasının yaradılmasından ibarət olmuşdur.
Sənəd və materialların nəzərdən keçirilməsi bir daha təsdiq edir ki, Qarabağ ətrafında söz-söhbət həm 1918-ci ildə, həm də sonrakı illərdə erməni liderlərinin separatçı hərəkətləri nəticəsində kəskinləşmiş və hər dəfə də Azərbaycan tərəfinin dərindən düşünülmüş tədbirləri ilə nizama salınmışdır. Hər dəfə erməni daşnakları bu diyarın azərbacyanlı sakinlərini qan dəryasında boğmağa cəhd göstərmiş, lakin bu qədim torpağımızı Azərbbaycandan qoparıb Ermənistana birləşdirmək arzusu ürəklərində qalmışdır. Araşdırmalar göstərir ki, Rusiya Qafqaz cəbhəsində hərbi əməliyyatları dayandırmazdan xeyli əvvəl cəbhə bölmələrindən qaçan çoxsaylı erməni əsgərləri Qarabağdakı kəndlərinə qayıdarkən özləri ilə çoxlu miqdarda tüfəng, puleymyot və hər cür döyüş sürsatı gətirmişdilər. Bu cinayətkar hərəkətlərə yerli erməni cəmiyyətlərinin nümayəndələri kömək edir, rus hakimiyyət orqanları isə göz yumurdular. Qarabağ azərbaycanlıları isə öz qonşularına çox inandıqlarından (1905-ci il erməni müsəlman toqquşmaları unudulmuşdu) heç ağıllarına da gətirmirdilər ki, bu silahlar nə vaxtsa onlara qarşı çevrilə bilər və buna görə də erməni kəndlərinə silah gətirilməsinin dayandırılması üçün heç bir tədbir görmürdülər.
Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra erməni kəndlərinə silah daşınması açıq-aşkar artdı və elə o zamandan da “mehriban” ermanilər birdən-birə dəyişərək azərbaycanlı əhaliyə düşmən kimi yanaşmağa və zorakılıq etməyə başladılar. Həm də ermənilər özlərinin çirkin ənənələrinə sadiq qalaraq məhz o yerlərdə fəal zorakı hərəkətlərə başlayırdılar ki, orada onlar mütləq çoxluq təşkil edirdilər, yaxud da azərbaycanlı kəndləri erməni kəndlərinin əhatəsində qalırdı. Daha doğrusu, ermənilər. o yerdə “qəhrəman”a dönürdülər ki, orada onlara qarşı silahsız azərbaycanlılar dururdu. Misal üçün, Cavanşir qəzasının Kolanı kənd cəmiyyətini götürək. 12 azərbaycanlı kəndiidən ibarət olan və əsasən dağətəyi ərazidə yerləşən bu cəmiyyət hər tərəfdək erməni, kəndləri ilə əhatə olunmuşdu. Buna görə də kolanlılar başlıca olaraq aran zonasında yerləşən azərbaycanlı kəndləri ilə yalnız erməni kəndlərindən keçməklə əlaqə saxlaya bilirdilər. Bu vəziyyət onların özlərini qorumaq üçün vaxtında silah tədarük etmək işini də xeyli çətinləşdirmişdi. Elə bu səbəbdən də ilk əvvəl Kolanı cəmiyyətinin kəndləri ermənilər tərəfindən basqın və talanlara məruz qalmışdı. Hələ 1917-ci il dekabrından erməni silahlı quldur dəstələri bu kəndlərə soxularaq sakinlərin evlərindən keşikçilər qoymağa, onlardan ermənilərə tabe olmağı tələb etməyə başlamışlar. Ermənistan Respublikası yarandıqdan (1918, 29 may) sonra vəziyyət daha da pisləşmişdi. Bu dəfə də Qarabağ erməniləri “Qarabağ Respublikası” yaratmaq eşqinə düşürlər. Azərbaycan kəndlərinin talan edilməsi, mal-qaranan sürülüb aparılması, dinc adamların döyülməsi, şikəst edilməsi, qətlə yetirilməsi və sair vəhşiliklər adi hal almışdı. Ermənilərlə barışığa girmək səyləri heç bir nəticə vermirdi. Beləliklə, kolanlılar 1918-ci ilin payızınadək (bəzi kəndlərdə hətta dekabradək) əsl mənada erməni asılılığı, şəraitində yaşamağa məcbur edilmiş, yalnız böyük itkilər hesabına mühasirəni yara bildikdən sonra birtəhər canlarını qurtarmışdılar. Toqquşmalar zamanı bir çox qaçqınlar, xüsusilə qocalar, qadınlar və uşaqlar halak olmuşdu. Bir neçə kənd (İmarət Qərvənd, Umudlu) ermənilərin təqibindən yaxa qurtarmaq üçün qarlı Murovdağın keçilməz yollarına üz tutmuş və daha çox itki vermişdilər.
Danışıqlar vaxtı erməni numayəndəsinin həyasızlıqla dediyi: “bunlar nədir ki, görün hələ sizi qabaqda nələr gözləyir”- sözləri bu vəhşiliklərin planlı qaydada aparıldığına dəlalət etmirdimi? Sənədlərin birində oxuyuruq “... dekabrın 2-də Gülyataq ermənilərinin quldur dəstəsi Sırxavənd kəndinə hücum edib, 122 baş qaramal və 45 keçi aparmışlar. Həmin quldur dəstəsi Gülyataq, Canyataq, Kasapet ermənilərindən ibarət daha üçlü tərkiblə iki dəfə Qalayçılar kəndinə hücum etmiş və 105 baş qaramal sürüb aparmışlar, belə bir şayiə gəzir ki, Andronik Şuşa tərəfdən öz qoşunları ilə hücuma keçir, ermənilər isə bu qüvvələr peyda olana kimi buraları darmadağın etməklə müsəlmanları dağlıq hissədən sıxışdırıb erməni rayonu yaratmaq fikrindədir, bununla da buranı Azərbaycandan ayırmaq istəyirlər... Quldur dəstəsinin başçıları siyahısına Cavanşir qəzasının üçüncü sahəsi üzrə keçmiş xalq komissarı (kursiv bizimdir-K. M.) Karapet, ağdərəli Andresbek, Moses qardaşları və sairə daxil idi. Bu quldur dəstələrində Andronik tərəfindən göndərilmiş Türkiyə və İrəvan erməniləri də vardı” (“Gənclik”, 1989, № 3, səh. 5-6). Bu sənəddə, zənnimizcə, hər şey deyilmişdir.
Qarabağın aran kəndləri də daşnakların quldur hərəkətlərindən böyük ziyan görmüşdülər. Cavanşir. qəzasında onlar Tərtərsu hovuzuna tökülən kiçik çayların yolunu bağlayaraq axarını dəyişmiş, nəticədə azərbaycanlı kəndlərinin nəinki tarlaları və bağları suvarmaq üçün lazım olan sudan, hətta içməli sudan belə məhrum etmişdilər, su dəyirmanları dayanmışdı. Ermənilər, həmçinin, azərbaycanlı kəndlərinə öz mal-qarasını yaylaqlara çıxarmağa imkan verməmiş, Şuşa şəhərinə və qəzasına gedən yolu bağlayaraq aran zonasının əhalini daim gərginlikdə saxlamışdılar, təsərrüfat işləri tamam pozulmuşdu. Qəribə də olsa, azərbaycanlıları belə gərgin vəziyyətdə yaşamağa məcbur edən ermənilər özləri azərbaycanlı kəndlərindən sərbəst keçib gedir, hər həftə Tərtər bazarında ticarət edir, hətta azərbaycanlıların özlərindən oğurladıqları mal-qaranı onlara satmağı da unutmurdular (Azərb. EA Xəbərləri, 1989, № 3, səh. 132).
Cəbrayıl qəzasında da ermənilərə inam bəslənilməsi onun sakinlərini çətin vəziyyətdə qoymuşdu. Beləki, cəbrayıllılar hər dəfə qonşu qəzalarda erməni vəhşilikləri barədə məlumatlar alanda, burada yaşayan ermənilər onları arxayın salırmışlar. Bu arxayınçılıq əhval-ruhiyyəsi 1918-ci ilin dekabrına kimi davam etmişdi. Dekabrda isə ermənilər vahid mərkəzdən verilən komanda ilə qəzanın azərbaycanlı kəndlərinə basqınlar etməyə, talanlar düzəltməyə, adamları öldürməyə, yandırmağa, mal-qaranı sürüb aparmağa başlamışdılar.
Dekabrın 2-də erməni silahlı quldur dəstəsi Aşıq Məlikli kəndini yandırmış, kənd əhalisinin əmlakını talan etmiş, mal-qarasını isə sürüb aparmışdılar; dekabrın 5-də Qarakollu kəndinə basqın edilmiş və kənd sakinlərinin qoyunları sürülüb aparılmışdı; dekabrın 7-də Arış kəndi belə bir hücuma məruz qalmışdı; dekabrın 18-də Sirik kəndi dağıdılmış və yandırılmışdı. Əlbəttə, bu siyahını uzatmaq mümkündür. Lakin, zənnimizcə, erməni riyakarlığına misal üçün bunlar da kifayətdir.
Sənədlər erməni quldurlarının Qarabağ torpaqlarında törətdikləri qanlı cinayətlər barədə də müfəssəl məlumat verir. Məsələn, Cavanşir qəzasının Umudlu kəndində ermənilər Süleyman Qazaxaslan oğlunu, Məmməd Məşədipaşa oğlunu və Kazım Atam oğlunu öldürmüş və tikə-tikə doğramışdılar, həmkəndliləri onları bu vəziyyətdə tapmışdılar, Hacı Qərvənd kənd sakini Zeynəb Şirin qızının meyidi döşləri kəsilmiş halda tapılmışdı. Sırxəvənd Bollu Qaya kənd sakini Soltanəli İman oğlu Qazançı kəndi yaxınlığında saxlanmış, vəhşicəsinə öldürülmüş və yandırılmışdı; güney Qaya Sırxavənd kənd sakinləri Şərif İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun başları kəsilmiş və aparılmışdı; Cəbrayıl qəzasına mənsub Hadrutun Muxan və Noromanik kəndlərinin erməniləri Balyand kənd sakinləri Cəfər Ələkbər oğlunu və Nəsir Məhərrəmoğlunu qarət etmiş, sonra isə öldürmüşdülər, ölənlərin meyidləri çılpaq vəziyyətdə tapılmışdı; Axıllu kəndində 2 kişi, 3 qadın və 1 uşaq öldürülmüş, 1 kişi yaralanmışdı; Evatlı kəndində 1 kişi, Məzrə kəndində 6 kişi, Sirik kəndində isə 11 kişi, 10 qadın və 14 uşaq öldürülmuşdü... Əlbəttə, erməni quldurları öz arxalarında Ermənistan Respublikası rəhbərlərinin və tayqulaq general Andronikin nəfəsini duymasaydılar, belə qanlı, niyətlər törətməyə heç vaxt çəsarət etməzdilər. Bunu sübut edən faktlar isə istənilən qədərdir.
Məlumdur ki, hələ 1918-ci il avqustun əvvəllərində Andronik öz başkəsənləri ilə qəflətən Zəngəzur və Qarabağ torlaqlarında görünmüş və dinc azərbayçanlı əhaliyə qanlı divan tutmağa başlamışdı. Bu münasibətlə Azərbaycan mokratik Respublnkası hökuməti özünün 1918-ci il 15 qust tarixli 461 №-li rəsmi məktubu ilə Erlmənistan hökumətinə müraciət edərək bu rüsvayçılıqlara son qoymağa və Andronikin quldur dəstəsini Azərbaycan ərazisindən geri çəkməyi tələb etmişdi. Ermənistan hökuməti həmin məktuba cavabında riyakarlıqla bildirmişdi ki,”...general Andronik, həm də onun dəstəsi artıq çoxdan erməni qoşunlarının tərkibindən və siyahısındandır, bundan sonra onlar Ermənistan rəhbərliyinə, onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər.
Beləliklə, general Andronik və onun dəstəsinin Ermənistanın milli qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxdur və Ermənistan Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə çavabdeh deyildir” (“Gənclik”, 1989, № 11, səh. 5).
Bu çavab həqiqətən də riyakarlıq nümunəsi sayıla bilər. Əgər Androniklə rəsmi Ermənistan arasııda doğrudan da heç bir əlaqə yox idisə, bəs o zaman niyə Azərbayçan torpaqlarına basqın edərək günahsız adamların qanını axıdan bu tayqulaq quldurun azərbaycanlılara ilk müraciəti Ermənistan Respublikasına tabe olmaqdan ibarət olurdu? Axı, sirr deyildir ki, məhz tabe olmayanlar ilk növbədə təhqir olunur, qətlə yetirilir, yaxud da ən yaxşı halda doğma yurdlarından qovulurdular. Digər tərəfdən, Azərbaycan hökuməti öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görməyə başlayan kimi, bunlar Ermənistanda böyük narazılıqla qarşılanır və onun ərazi hüquqlarına qəsd kimi qiymətləndirilirdi? Məsələn, 1919-cu ilin əvvəli üçün Azərbaycan hökuməti öz ərazi bütövlüyünü vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə Şuşa, Cəbrayıl və Zəngəzurda general-qubernatorluq təsis etmişdi. Onun fəaliyyəti ermənilərin işğalçılıq və seperatçılıq planları qarşısında ciddi sədd yarada bilərdi. Vəziyyəti belə görən Ermənistan hökuməti yubanmadan üzündən “müqəddəs əzabkeş” maskasını kənara atmış və utanmadan adları çəkilən qəzaların ərazisinin böyük hissəsinin guya Ermənistan ərazisi olduğu üçün general qubernatorluğun təsis olunmasına qəti etiraz etmişdi. Azərbaycan hökuməti öz cavabında tamamilə haqlı olaraq bildirmişdi: “Sizin hökumətli Azərbaycqn Respublikasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur rayonlarında müvəqqəti genzral-qubernatluğun təsis edilməsinə etirazı əsasızdır. Çünki bu rayonlar Azərbaycanın ayrılmaz, hissəsidir. Ali idarəetmə qaydasında Azərbaycan hökumətinin təkcə hüquqi deyil, hətta mənəvi borcu qayda-qanunun bərpası üçün ölçü götürmək və milliyyətindən asılı olmyaraq öz ərazisində yaşayan vətandaşların həyatını, şələfini, əmlakını məsuliyyətsiz şəxslərin zorakılığından qorumaqdır. Buna görə də general-qubernatorluğun təsis edilməsi barədə bizim hökumətin qərarı heç cür ermənistanın ərazi hüquqlarına əl atmaq hesab edilə bilməz və Sizin hökumətin bununla əlaqədar etirazını bizim suverenliyimizə qəsd daxili işlərimizə qarışmaq cəhdi hesab etmək olar”. (“Gənclik” 1989, № 11, səh. 14-15). Görürsünüzmü, əgər 1988-ci ilin fevralında da Dağlıq Qarabağdakı bir ovuc avanturist seperatçıları müdafiə edən Ermənistan rəhbərlərinə belə qəti cavab verilsəydi və müvafiq tədbirlər görülsəydi, yəqin ki, son səkkiz ildə şahid olduğumuz faciələr başımıza gəlməzdi...
1918-ci ildə Qarabağda baş vermş qanlı hadisələrdən bəhs edərkən Şuşa haqında ayrıca danışmamaq olmaz. Axı, Andronikin agentləri Qarabağda erməni əhalisinin qiyama təhrik etdikdən sonra Şuşa daşnaklar tərəfindən “Qarabağ Respublikası”nın (“Kiçik Ermənistan”) paytaxtı elan edilmişdi. Andronik şəxsən üç dəfə bu qalaşəhəri tutmağa cəhd göstərmiş və hər dəfə də burnu ovularaq böyük itkilərlə öz yuvasına - Gorusa geri çəkilməyə məcbur olmuşdu. (Bax: Aydın Balayev. Azerbaydcanskoye nasionalno-demokratiçeskoye dviceniye. Bakı, 1990, səh. 51). Bəs qəhrəman Şuşa əhli 1918-ci ildə buna necə nail olmuşdu? 1918-ci ilin qanlı hadisələri, bütün Qarabağda olduğu kimi, Şuşada da mürəkkəb vəziyyət yaratmışdı. O zaman 40 minlik Şuşa əhalisinin təqribən yarısı azərbaycanlılardan, yarısı isə ermənilərdən ibarət idi. Şəhər hər tərəfdən 12 erməni kəndi ilə əhatə olunmuşdu. Onların arasında yeganə azərbaycanlı kəndi Malıbəyli idi.
1918-ci ilin mayında Zaqafqaziyada üç müstəqil respublikanın yaranması ilə Şuşada da erməni-azərbaycanlı münasibətləri gərginləşdi. Ermənilər, “Qarabağ Respublikası” yaratmaq planı ilə azərbaycanlıların razılaşmasına nail olmaq üçün şəhərə gələn bütün yolları bağlamışdılar. Əsgəran, vasitəsilə Ağdamla əlaqələr kəsilmişdi. 4 ay ərzində şəhərə ərzaq daxil olmamış, şəhərdən çıxmaq istəyənlər gülləyə tutulmuşdu. Andronikin qoşunlarının şəhərə yaxınlaşması xəbəri Şuşa ermənilərinin xüsusilə həyasızlaşmasına səbəb olmuşdu. Onlar silahlanmış halda şəhərin azərbaycanlı hissəsinə sərbəst gəlib-gedir, lakin erməni hissəsinə gedən azərbaycanlıları tərksilah edirdilər. Aclıq təhlükəsi yaranırdı. Ermənilər məhz aclığın köməyi ilə azərbaycanlıları “Qarabağ Respublikası”nı tanımağa məcbur etmək niyyətində idilər. Bu vaxt Azərbaycan hökuməti çox müdrik bir addım ataraq Həsən Bəsri bəyi Şuşaya, Kazım bəyi Qaryaginə (indiki Füzuli), Fəxri bəyi isə Ağdama komendant təyin etdi. Ermənilər komendantların hakimiyyətini, tanımayaraq iki həftə ərzində qurultay keçirmiş, “Qarabağ Respublikası”nın yaradıldığını bəyan etmiş və bu “respublikanın” bütün inzibati vəzifələrini daşnaklar arasında bölüşdürmüşdülər.
Belə ağır zamanda Şuşa azərbaycanlılarının müdafiə sahəsindo gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Onlar 4 könüllü dəstə yaratmış, 15 yaşından 60 yaşınadək bütün silah tuta bilən kişiləri siyahıya almışdılar. Gənclər dəstələrə cəlb edilmiş, 45 yaşından yuxarı olanlar isə ehtiyata götürülmüşdü. Əhalini silahlandırmaq üçün komitələr yaradılmışdı. Şuşada olan zabitlərin başçılığı ilə gənclər hərbi işi öyrənirdilər, bu məqsədlə qərargah yaradılmışdı. Ətrafdakı erməni kəndlərdən gözlənilən hücumun qarşısını almaq üçün tədbirlər görülmüş, şəhərin azərbaycanlı hissəsi dörd tərəfdən səngərlərlə əhatə olunmuşdu, səngərlərdə gecə-gündüz keşikçilər qoyulmuşdu. Şəhərdə ərzağın, suyun çatışmadığı bir zamanda Bakının türk və Azrbaycan qoşunları tərəfindən azad edilməsi xəbəri onun müdafiəçiləri arasında böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Onlar bu böyük qələbəni vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq bayram kimi qeyd etmişdilər.
Bu zaman Şuşa azərbaycanlılarını sevindirən ikinci bir hadisə baş vermişd. Həmin sevinci onlara bu dəfə ermənilər “bəxş etmişdilər”. Şuşaya yaxınlaşan və təbii dayaq məntəqəsi olan Qaladərədə Şahnazaryanın quldur dəstəsi burada Şuşadan gələn erməni dəsdələri ilə birləşməli, sonra isə Şuşa üzərinə yeriməli idilər. Bu plan kürd süvarilərinə məlum olmuş və onlar Şahnazaryanın dəstəsinə hücum edərək onu pərən-pərən salmışdılar. Bunu görən Şuşa erməniləri tələsik geri dönərək, səhvən onları azəzbaycanlı dəstələri hesab etmiş öz erməniləri tərəfindən gülləyə tutulmuşdular.
Bəli, 1918-ci ildə Şuşa azərbaycanlılarının qətiyyətli hərəkətləri şəhərin düşmən tapdağı altına düşməsinə yol verməmiş, onu ləyaqətlə qorumuşdu. Tezliklə şuşalıların bu fədakarlığı layiqincə qiymətləndirildi. İsmayıl Həqqi bəyin başçılığı altında şəhərə yaxınlaşan türk və Azərbaycan qoşunları 1918-ci il sentyabrın 25-də Şuşanı ermənilərin mühasirəsindən xilas etdilər. “Qarabağ Respublikası rəhbərləri”nin itaət göstərməkdən və Azərbaycan dövlətini tanımaqdan savayı yolu qalmadı. Şuşanı 4 ay müddətində qoruyub saxlamış müdafiəçilərinin fədakarlığı əsl mərdlik nümunəsi sayıla bilər və heç şübhəsiz, milli tariximizin şanlı səhifələrindən birini təşkil edir.

KAMİL MUXTAROV

V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.

1918-ci il qırğınları. Tarixi araşdırmalar
B.: “Öyrətmən”. 1995. 90 səh.