Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Erməni vandalizmi ::: 31 Mart Soyqırımı ::: Zəngəzur qırğınları :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

31 Mart Soyqırımı

Zəngəzur qırğınları

Azərbaycan üçün, doğma xalqımızın müsibətləri baxımından faciələrlə dolu bir il - 1918-ci il əzəli türk torpaqları, olan Zəngəzur qəzasından da yan ötməmişdir. Lakin Zəngəzurun faciəsi və bəlalarının daha ağrılı tərəfi budur ki, bunlar təkcə 1918-ci ildə bitməmişdir, bu və ya başqa formada sonrakı illərdə də davam etdirilmişdir. Əlbəttə bunlara da dözmək olardı. Təki bu torpağın Azərbaycan Demokratik Respublikası başçılarının səyi və milli ordumuzun fədakarlığı sayəsində Azərbaycanın, ayrılmaz hissəsi kimi qorunaraq saxlanması bolşevik rejimi tərəfindən də təmin edilə idi. Lakin təəssüf ki, belə olmadı. Rus silahının gücü ilə hakimiyyətə gətirilən Azərbaycanın bolşevik hökuməti bu məsələdə xəyanətkarcasına hərəkət etdi. Xalqın qanı bahasına qorunub saxlanmış bu müqəddəs torpaqlar “uf da deyilmədən” Ermənistana peşkəş edildi. Görünür, elə bu “alicənablığımızın” nəticəsidir ki, onsuz da əzəli Azərbaycan torpaqları hesabına özlərinə ərazi və “respublika” düzəltmiş daşnaklar bu gün bir daha öz dişlərini Azərbaycan torpaqlarına qıcamış və həmin xülya uğrunda “mübarizə”də hələ ki, güclü hamilərin hesabına “parlaq nəticələr” əldə etməkdədirlər.
Zəngəzur torpaqlarında daşnakların 1918-ci ildə törətdiyi qanlı cinayətlərin mərkəzində yenə də qəddar cani və qatil, bu gün isə rəsmi Ermənistan, erməni lobbisi və diasporu tərəfindən “erməni xalqının milli qəhrəmanı” kimi dünya ictimaiyyətinə təqdim edilən tayqulaq general Andronik durur. Bu cinayətlərin başlanğıcı Ərzurumda qoyulmuş, Naxçıvanda, Göyçə mahalında, İrəvanda daha amansızlıqla davam etdirilmiş, Zəngəzur və Qarabağda əsl mənada vəhşilik səviyyəsinə çatdırılmışdı. Nəticədə on minlərlə azərbaycanlı, kürd əhalisi dəhşətli əziyyətlərə, məhrumiyyətlərə məruz qalmış, həlak olmuş və yaralanmışdı. Həlak olanların əksəriyyəti yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə qətlə, yetirilmişdilər. Bu da məlumdur ki, ölənlərin böyük əksəriyyətini qadınlar, qocalar və uşaqlar təşkil etmişdi. Bəli, yaxın tariximizin acı təcrübəsi və həqiqətləri belədir.
Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, Tatevos Əmirov və başqaları kimi daşnak cəlladların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər arasında üzvi bir əlaqə vardır. Bu qanlı cinayətlərin bir, məqsəd- “Böyük Ermənistan” sərsəmləməsi naminə törədildiyi və vahid mərkəzdən-Rusiyadan idarə olunduğu arxiv, sənədləri işıq üzü gördükcə daha çox aşkara çıxır. Əks təqdirdə, “Türkiyə Ermənistanı haqqında” Rusiya Sovet hökumətinin 29 dekabr 1917-ci il tarixli-dekreti ilə “türklərin zülmü altında inləyən” erməni qardaşlarının dadına çatmaq, Qərbi Ermənistanın müxtariyyatı məsələsini həll etmək üçün hətta Lenindən muvafiq mandat almış Şaumyan niyə Bakıda qalıb burada yerli sovet (əslində daşnak-bolşevik) hökumətinə başçılıq etməli idi? Məgər onu əvəz edəcək başqa bir adam yox imiş? Niyə Lenin Şaumyana hamıdan çox inanırdı? Bəlkə ona görə ki, o, on minlərlə azərbaycanlını məhv etmək hesabına Bakı neftini Rusiyaya axıtmaqda davam etmişdi? Əlbəttə, Şaumyanı əvvəldən də tanıdığı, onun millətçilik mərəzinə mübtəla olduğunu bildiyi halla, ona Azərbaycanın ürəyinin başında belə böyük səlahiyyətlər verməsi, heç şübhəsiz, qarşılıqlı, güzəştlər hesabına olmuşdu: Leninə-neft, Şaumyana - Böyük Ermənistan.
Yaxud, tarixdən məlumdur ki, xəyanətinə görə türkər tərəfindən tayqulaq edilmiş general Andronik 1917-ci il dekabrın 19-da erməni milli şurasının iclasında həyasız bir bəyanat vermişdi: “Əgər siz məni Ermənistanın oğlu sayırsınızsa, mən günü sabah Ərzuruma yola düşərəm... turkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün öz rəşadətli dəstəmlə gedərəm və məni heç kəs dayandıra bilməz” (Arif Mansurov. Belıyepyatna istorii i perestroyka. Bakı, 1990, səh. 128). Bəlkə elə Apdronikin də dilini, açan, qulağının birinin kəsik olduğunu ona unutduran Türkiyə və Azərbaycan torpaqları hesabına yaradılacaq “Böyük Ermənistan” vədi olmuşdur?
Məlum olduğu kimi, Şaumyan və onun ətrafında hərlənən hər cür erməni tör-töküntüləri Bakıda azərbaycanlıların qırğınına hazırlıq görməyə məhz elə 1918-ci ilin əvvəllərindən başlamşdılar. Andronikin “müzəffər” yürüşlərinin başlanğıcı da elə həmin vaxtda qoyulmuşdu. Bakıda daşnakların “bolşevikləşməsi” prosesi də həmin dövrdən başlanmışdı və az bir vaxtda Azərbaycan xalqına nifrətini gizlətməyən çoxlu daşnak, qisasçı və başqa riyakarlar birdən-birə dönüb “bolşevik” olmuşdular. Andronik də 1917-ci ilin oktyabrında guya daşnak partiyasından çıxmışdı. Görünür, hadisələrin əlverişli gedişi onu da “bolşevikləşdirmişdi”. Halbuki bəşəriyyətə qarşı törətdiyn cinayətlərə görə ən azğın faşist cəlladları ilə bir cərgədə duran bu adam bütün - ömrü boyu daşnakların mənfur siyasətinin üzüyola və qəddar icraçısı olmuşdur. Sonra, Tiflisdə elə o dövrdə dərc olunan erməni qəzetlərindən birində yazılmışdır ki, general Andronik 1920-ci ilədək xaricdə daşnak hökumətini təmsil etmişdir. Bu faktın özü bir daha təsdiq etmirmi ki, o, ömrünün sonunadək cinayətkar daşnak siyasətinin sadiq icraçısı olaraq qalmışdır? (“Odlar yurdu” qəzeti, № 11. iyun, 1990-cı il). Bu fikri təsdiq edən daha bir misal. Akadmik Ziya Bünyadov göstərir ki, Azərbaycanda Sovet hakimlyyəti qurulması və XI Qızıl Ordu hissələrinin Bakıya daxil olması ərəfəsində 40 minlik Azərbaycan ordusu kimi ciddi bir təhlükə mövcud idi. Ordunun Bakını tərk etməsinə nail olmaq məqsədilə A. Mikoyan köhnə şefi, daşnak briqadasının komandiri Amazaspla (Mikoyan onun yanında komissar olmuşdu) və hələ onda Maku xanının xidmətində olan Androniklə əlaqə yaratdı və onlar öz briqadalarını Zəngəzurdan keçirib Qarabağa tərəf yönəltdilər. Yolüstü, daşnaklar Zəngəzur və Qarabağ kəndlərində azərbaycanlıları (qadınları, uşaqları, qocaları) insafsızcasına öldürürdülər. Onda Azərbaycan ordusu Bakıda 2000-ə yaxın əsgər saxlayaraq daşnakların üzərinə yeridi və Əskəran yaxınlığında Amazaspda Andronikin daşnakları məğlub olaraq qaçmağa üz qoydular (“Elm” qəzeti, 1 noyabr 1988-ci il).
A. Bukşanın “Bakı kommunası - kommunarlarının son günləri” (Bakı, 1928) kitabında verilmiş Suren Şaumyanın məhkəmə ifadəsi də bu mənada əhəmiyyətlidir. O, ifadəsində bildirmişdi: “Həbsxanadan çıxmazdan əvvəl mən yoldaş Stepanla (BXKS-nin sədri S.Şaumyan nəzərdə tutulur.- K.M.) danışa bilmişdim. O, çox fikirli halda dedi:- Sonuncu cəhd göstərmək istəyirəm, bilmirəm nə alınacaqdır. Mən istəyirəm daşnaklar, ingilislərin onları aldatdığına əmin olduqdan sonra, snlarla yenidən əməkdaşlıq haqqında məsələ qaldıram. Mən buna az inanıram, lakin ola bilər ki, biz bu yolla Bakını xilas edə bilərik” (Arif Mənsurov, göstərilən kitab, səh. 108). Bu məqsədlə o, daşnaksütyun partiyasının banilərindən biri, o zaman Bakıda olan Rostom Zoryanın adına məktub yazmışdı. Erməni milli şurasından öz təklifinə rədd cavabı alan S.Şaumyan təəssüflə demişdi: “Aydındır ki, onlar bizim üçün və ümumi məqsədlər naminə heç nə etmək istəmirlər” (yenə orada, səh. 108).
Heç şübhəsiz, “ümumi məqsədlər naminə» əməkdaşlıq dedikdə Azərbaycanın hesabına “Böyük Ermənistan” yaratmaq ideyasını davam etdirmək nəzərdə tutulmuşdur. Bundan başqa, istər Şaumyanın, istərsə də Mikoyanır Andronikə necə böyük ümidlər bəslədiyi, ona necə inandıqları da yaxşı məlumdur. Məgər Androniki “xalq qəhrəmanı” kimi təbrik edən və onu bu adla da Leninə təqdim edən Şaumyan deyildimi? Şaumyanın həbsxanada olarkən Sentrokaspi hökumətinə verdiyi təklifləri barədə yəqin ki, çoxları bilmir. Həmin təkliflərində isə Şaumyan Andronikin dəstəsinin Bakıya dəvət edilməsini də irəli sürmüşdü (guya Bakının müdafiəsi üçün).
Yaxşı ki, Sentrokaspi hökumətində bu hiyləyə uyanlar, tapılmamış və məsələnin ilkin müzakirəsindən sonra Şaumyanım nümayəndəsi V.Sturuaya haqlı olaraq bildirilmişdi ki, Şaumyan və onun həmfikirləri Androniki Bakıya dəvət etməklə burada 1918-ci ilin mart hadisələrini təkrar etmək, yəni azərbaycanlıların qırğınını davam etdirmək istəyirlər, buna isə heç vəchlə yol vermək olmaz. Beləliklə, Şaumyanın Azərbaycanın şərqində və qərbində fəaliyyət göstərən daşnak quldur dəstələrinin səylərini birləşdirmək cəhdləri xoşbəxtlikdən baş tutmamışdı.
Sənədlər göstərir ki, Andronikin quldur dəstələrinin saxlanmasına birbaşa Bakıdan maliyyə yardımı da göstərilirmiş, 1919-cu il yanvarın 29-da “Qruziya” qəzetində maraqlı bnr sənəd dərc edilmişdir. Bu, əlahiddə erməni zərbə dəstəsi rəisinin (Andronikin) general mayor Biçeraxovun adına göndərilmiş 10 dekabr 1918-ci il tarixli minnətdarlıq məktubu idi. Məktubda bildirilirdi ki, Zəngəzur erməni milli şurasının üzvləri Arşak Şiranyan və Nikolay Osipov Bakıdan qayıdaraq özləri ilə bir milyon manat pul gətirmişlər. Sənədin altında rus dilində “erməni zərbə dəstəsi” sözləri yazılmış və ikibaşlı. qartal-təsvirli möhür vurulmuşdur (Azərb. EA xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, № 4. səh.95).
Başqa bir sənəddə isə Azərbaycan kəndlərinə basqınlar edərək qanlı cinayətlər törədən quldur dəstələrində vaxtilə bolşevik hərbi dəstələrində xidmət etmiş erməni zabitlərinin də vuruşduğu göstərilir. Məsələn, Zəngəzur zərbə dəstəsinin öldürülmüş zabitlərinin-Andrey Tevosovun və Bahan Komarovun adlarına verilmiş sənədlərdən aydın olur ki, onlar əvvəllər Lənkəran bolşevik dəstəsində xidmət etmişlər (yenə orada, səh. 146).
Əlbəttə, belə sənədlərin sayını artırmaq mümkündür. Bu sənədlər istər Şaumyanın istərsə də Andronikin eyni ideallara xidmət etdiyini yalnız təsdiq edir və buna olan şübhələrli yoxa çıxarır. Məhz belə “qəhrəman” və “rəhbərlərini” azğın fəaliyyətləri nəticəsində hər dəfə azərbaycanlıların yeni soyqırım faktları aşkara çıxırdı. N. Nərimanovun haqqlı olaraq göstərdiyi kimi, hər dəfə ölənlərin 99% -ni yalnız müəyyən mllləti (yəni azərbaycanlıların) nümayəndələri təşkil edirdi.
1918-ci ilin yayından başlayaraq Zəngəzurda baş verən qanlı hadlsələr erməni cəlladların belə qeyri-insani əmələrdə nə qədər səriştəli olduqlarını bir daha dünyaya məlum etdi.
Andronik Zəngəzur qəzasına hücum etməzdən əvvəl, necə deyərlər, Göyçə mahalında “zəngin təcrübə qazanmış”, Naxçıvanda “(Sovet hakimiyyəti elan etmiş”, məhz Leninin gözündə “xalq qəhrəmanı kimi” yüksəldikdən sonra o zaman Azərbaycanın ayrılmaz hissəsi olmuş Zəngəzura hücum etməyə cəsarət göstərmişdir. Törətdiyi cinayətlər üçün heç kəs qarşısında məsuliyyət daşımaması onu daha, da azğınlaşdırmışdır. Naxçıvanda törədilmiş vəhşiliklərdən ayrıca söhbət açılacağını nəzərə alaraq, biz Andronikin Göyçə mahalının təkcə Basarkeçər bölgəsindəki “qəhrəmanlıqları” üzərində bir qədər ətraflı dayanmaq fikrindəyik.
1918-ci ilii əvvəllərində Andronikin quldur dəstələri Basarkeçərə gəlmiş və burada 6 erməni kəndi istisna olmaqla Azərbaycan kəndinin hamısında hərbi postlar qoymuşdular. Andronikin sağ əli rotmister Silikov qardaşlarının və mayor Vahramın başçılıq etdiyi qərargahın tapşırığı ilə Azərbaycan kəndləri üçün xərac müəyyən olunmuşdu. Andronik vəhşiliklərinə xas olan belə, bir səciyyəvi cəhəti də göstərmək lazımdır, ki, onlar məhz camaatın var-yoxunu əlindən aldıqdan sonra kəndlərdə kütləvi qırğınlara başlayırdılar. Burada da belə olmuşdu. Əvvəlcə kəndlər arasında gediş-gəliş qadağan olunmuş, sonra isə bölgənin erməni əhalisi arasında Andronikin xüsusi əmrini yaymışdılar ki, hansı erməni türkə kömək etsə, onu gizlətsə, yerindəcə güllələnəcəkdir. Bundan sonra daşnaklar özlərinin bədxah niyyətlərini birbaşa həyata keçirmiş və Novruz bayramına bir gün qalmış azərbaycanlıları kütləvi surətdə qırmağa, onların evlərini yandırmağa başlamışdılar. Həmin məsum gecədə Andronikin cəlladları təkcə Şişqaya kəndində 640- nəfəri yandırmış və güllələmişdilər (onlardan 380 nəfəri uşaq, qadın və qoca olmuşdur). Erməni yaraqlıları Kiçik Məzrə kəndində 90 nəfəri öldürmüş, iki qadını əsir götürmüş, Hüseynquluağalıda 30, Daşkənddə isə 21 adamı öldürmüş, evləriii yandırmışdılar. 40 mindən artıq adam öz doqma yurdlarını tərk edərək Kəlbəcər-Qumlubulaq aşırımı ilə Azərbaycana qaçmışdılar (“Vətən səsi” qəzeti, 4 iyul 1990-cı il). Şişqayada azərbaycanlı ağsaqqalların bir qrupu daşqalaq edilmiş, adamların belinə qaynar samovar bağlamaqla onların qətlə yetirilməsi kimi vəhşiliklər törətmişdilər. Heç şübhəsiz ki, tarix belə qeyri-insani ölüm hallarının “kəşfi üçün” erməni “xalq qəhrəmanı” Andronik barədə öz obyektiv sözünü deyəcəkdir.
Lakin bu heç də o demək deyildir ki, erməni cəlladlarının azğınlığı həmişə “zəfərlə” başa çatmışdı və necə deyərlər, onların burunları heç yerdə ovulmamışdı. Ayrı-ayrı yerlərdə işğalçılar ciddi müqavimotə rast gəlmişdilər. Məsələn, Zod kəndində toqquşma zamanı erməni dəstə komandiri rotmistr Silikov qardaşları, kornet Xaçaturov, adyutant və daha 15 daşnak məhv edilmişdi, (Azərb. EA Xəbərləri, 1989, 4, səh. 91-92).
Andronikin Göyçə mahalında törətdiyi cinayətlər nəticəsində Çamırlı, Mədinə, Bığlı, Anağızoğlu, Qışlaq, Qulalı, Küsəcik, Alçalı, Kiçik Qaraqoyunlu və Dəliqardaş kəndləri yerlə yeksan edilmiş, xarabazarlığa çevrilmişdi. Basarkeçərdə “qəhrəmanlırı” ilə xususi fərqlənmiş Andronikin yaxın silahdaşı, mayor Vahramın aşağıdakı sözləri bu cinayətkarların əsl simasını və məqsədini necə də aydın ifadə edir: “Mən heç nəyə fərq qoymadan Basarkeçərin turk əhalisini məhv etdim. Lakin bəzən gülləyə heyfim gəlir. Bu itləri qırmaq üçün ən yaxşı vasitə odur ki, döyüşdən sonra sağ qalanların hamısını yığıb quyulara doldurasan və üstündən ağır daşlar qoyasan ki, onlar bu dunyada qalmasınlar. Mən belə də etdim: bütün kişiləri, qadınları və uşaqları yığıb quyulara tökdüm, quyuların ağzını daşlarla bağlayaraq onların işini bitirdim” (A.Lalayan-Kontrevolyutsionnıy daşnaksutyun i imperialastiçeskaya voyna 1914-19181q. Azərb. EA Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, №4 səh. 50). Bəli, insanlıq simasını itirmiş bu insanabənzər yırtıcıların yeganə məqsədləri ondan ibarətdi ki, hansı vasitələrlə olursa-olsun, Azərbaycan torpaqlarını azərbaycanlılardan təmizləsinlər və onu gələcəkdə Erməmistan elan etsinlər. “Azərbaycan” qəzetinin 1919-cu il 14 (1) yanvar tarixli sayında tamamilə haqlı qeyd edildiyi kimi, məhz - bu məqsədlə “... Ermənilər minlərlə musəlmanı doğrayır, qanımız sel kimi dağlara, səhralara axıdılır, yüzlərlə kənd yerlə yeksan edilir, ermənilərin ayaqları altında namusumuz tapdalanır. Hara baxırsansa bax, hər yerdə musəlman qaçqınlarıdır, hər yerdə qadınların, qızların ağlaşması eşidilir… Ermənilər bu torpaqları müsəlmanlardan təmizlədikdən sonra bizim xalqdan artıq burada bir iz də qalmayacaq...”
Andronikin əsl cəllad siması 1918-ci ilin yayında özünü büruzə verdi. Bu vaxt türk, ingilis və almanlar arasında Zaqafqaziya respublikalarına münasibətdə baş verən ziddiyyətlərdən istifadə etməyə çalışan, Bakıda Şaumyanın erməni hökumətinin ağır vəziyyətə düşməsindən sonsuz dərəcədə məyus olan Andronik öz quldur dəstələri ilə Azərbaycan sərhədlərini keçərək qəflətən Zəngəzura hücum etdi. Onun quldur və başkəsənləri çoxlu sayda Azərbaycan kəndlərini dağıdıb yandırdılar, əhalini qırıb məhv etdilər, yurdlarından didərgin saldılar. Onların yalnız bu hucumları zamanı Zəngəzur qəzasında 20-ə qədər kəndin əhalisi öz doğma yurdunu tərk edib İrana, Qarabağa və İrəvana qaçmaqla canlarını xilas etdilər. (“Gənclik”, 1989, № 11 səh. 7.)
1918-ci ilin sentyabr ayından Andronikin quldur dəstələrinin Zəngəzur qəzasına hücumları sistemli şəkildə həyata keçirilməyə başlandı. Nəticədə Zəngəzur bölgəsinin Rut, Darabe, Aqadu, Baqudı kəndləri talan edildi: Arxalı, Şyakur, Məlikli, Pulkənd, Şəki, Qızılcıq azərbaycanlı kəndləri, habelo Qarakilsə, İrlik, Pəhlulu, Dərəbas, Qurdlar, Kotanan, Sisiyan və Zəbəzdur kəndlərinin azərbaycanlılar yaşayan hissələri yandırıldı, bu zaman qaçıb xilas olmağa imkan tapmamış 500 nəfər kişi, qadın və uşaq öldüruldü. (Azərb. EA xəbərləri; 1989, № 4 səh. 85). 1918-ci il sentyabrın sonundan Andronikin dəstələri Zəngəzurun birinci bölgəsinin azərbaycanlı əhalisini ardıcıl olaraq qətlə yetirmiş, bir çox kəndləri tamamilə dağıtmışdılar. Tarixin lal şahidləri - rəngləri solmuş arxiv sənədləri Andronik cəlladlarının keçib getdiyi Azərbycan kəndlərinin dəhşətli vəziyyətindən xəbər verir. Bu sənədlər inkaredilməz şəkildə təsdiq edir ki, dinc azərbaycanlı əhalinin hər yerdə kütləvi surətdə qırılması əsl milli fəlakət səviyyəsinə çatdırılmışdır. Andronikin hər yerə ölüm, səfalət, dilənçilik gətirən cəlladlarının alçaq əməlləri 1918-ci il noyabr ayının ortalarında daha geniş miqyas almış və Zəngəzurun əksər bölmələrini əhatə etmişdir.
Onu da qeyd etmək lazımdır ki, Zəngəzur qəzasının təbii coğrafi şəraitinin mürəkkəbliyi də onun müdafiəsinin təşkili üçün təcili tədbirlər görülməsini xeyli çətinləşdirirdi. Yüksək dağlıq ərazidə yerləşən qəzanın Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə əsasən əlaqəsi kəsilmişdi. Xüsusilə erməni kəidlərinin arasında qalan Azərbaycan kəndləri ağır vəziyətə düşmüşdü. Əlverişli mövqedə yerləşmələrindən və əksəriyyət təşkil ernələrindən cəsarətlənən ermənilər təşəbbüsü ələ alaraq Azərbaycan kəndlərini üzük qaşı kimi əhatəyə aldıqdan sonra öz bəd əməllərinin icrasına başlayırdılar. Məsələn, 1918-ci il dekabrın 14-ə olan məlumatda deyilirdi ki, Andronikin dəstəsi yerli ermənilərlə birlikdə 9-cu bölmənin Nüvədi kəndini mühasirəyə almışlar, müsəlmanların qırğını gedir. Qaladərəsi kəndi ətrafında öyüşlər getməkdədir. Başqa bir məlumatda isə göstərilirdi ki, ingilis-fransız nümayəndə heyətinin xəbərdarlığı əsasında müsəlmanlar öz mövqelərini tərk etdikdən sonar ermənilər Andronikin komandanlığı altında qəflətən müsəlman kəndlərinə basqın etmişlər. Onlar cinsə yaşa fərq qoymadan azərbaycanlıları vəhşicəsinə öldürür, onların meyitlərini təhqir edirlər, təkcə dekabrın 9-da 12-dən artıq kənd yandırılmışdır (Yenə orada, s. 86). zərbaycanın digər qəzaları ilə muqayisədə Zəngəzur qəzasının vəziyyətinin ağır olması, həm də onunla əlaqədar idi ki, deyildiyi kimi, burada yerli erməni kəndlnlərinin silahlı quldur dəstələrindən başqa, general Andronikin komandanlığı altında yaxşı təşkil olunmuş qoşun hissəsi də var idi.
Azərbaycan Fövqəladə İstintaq Komissiyasının üzvü Mixaylovun məlumatlarına görə, sərəncamında əhəmiyyətli hərbi qüvvə və silahlı erməni kəndlilərinin və yəqin ki, Ermənistan Respublikasının müvafiq direktivləri olan Andronik Azərbaycan hüdudlarına soxulduqdan sonra, müsəlman əhalisinə ultimatum verərək onlardan erməni hökumətinə tabe olmağı, yaxud da qəza ərazisini tərk etməyi tələb etmişdi; o, bu ərazini Ermənistan Respublikasının tərkibinə daxil etmək istəyirdi. Qəza müsəlmanları öz kəndlərində bütün dünyadan təcrid olunmalarına, heç yerdən müdafiə və kömək gözləmdiklərinə, ayrı-ayrı kəndlərin zəif silahlanmalarına baxmayaraq, yenə də ermənilərin tələblərinə tabe olmamışdılar. Ermənilər isə bunun müqabilində müdhiş qəddarlığa əl atmışdılar. Öz respublikalarının ərazisini genişləndirməyə cəhd göstərərkən ermənilər, hətta müsəlmanlar könüllü surətdə doğma ocaqlarını tərk etdikdə belə, onlara rəhm etmir, kəndləri yandırır, yerlə yeksan edir, sakinləri vəhşicəsinə öldurür, mal-qaranı sürüb aparır, onların əkin sahələrini şumlayırdılar. Bu vəhşiliklər nəticəsində 918-ci ilin yalnız yay və payızında Zəngəzurda 115 Azərbaycan kəndi məhv edilmiş, dağıdılmış və yandırılmışdı (A. Balayev, Azerbaydcanskoye nasionalno-demokratiçsskoye dviceniye, Baku, 1990, s. 50). Lakin bu rəqəmin özü də vəziyyəti tam əks etdirmirdi. Çünki 2-5 evdən ibarət olan 10-a yaxın xırda yaşayış məntəqəsi bura daxil edilməmişdi. 1918-ci ilin yay və payız talanlarından sonra qəzada aşağıdakı acınacaqlı vəziyyət yaranmışdı: Qəzanın Sisiyan mahalının 1-ci polis məntəqəsinin bütün Azərbaycan kəndləri, 2-ci məntəqənin böyük hissəsi, 3-cü, 4-cü və 5-ci məntəqələrinin xeyli hissəsi tamamilə məhv edilmişdi. Bəzi kəndlər tam mənada yerlə yeksan edilmiş, biri isə ermənilər tərəfindən hətta şumlanmışdı. 50 min nəfərədək azərbaycanlı doğma ocağını tərk edərək qəzanın 4-cü məntəqəsində və Cəbrayıl qəzasında yerləşmişdi (Azərb. EA xəbərləri, 1989, № 3, səh. 137).
Andronik cəlladlarının Zəngəzur qəzasında törətdikləri vəhşiliklər xüsusi təhqiqat mövzusudur. Bu barədə vaxtilə də xeyli təhqiqat aparılmış, müvafiq akt və sənədlər tərtib edilmişdir. Yəqin ki, bu sənədlərin araşdırılması və dərc olunması gələcəkdə də davam etdiriləcəkdir. Lakin elə vəhşiliklər vardır ki, onların barəsində susmaq, danışmamaq, sadəcə olaraq, bundan sonra da milləti yuxuya vermək demək olardı. Buna görə də kiçik həcmli məqalənin imkanları nəzərə alınmaqla bu vəhşiliklər barəsində müxtəsər bəhs etmək, zənnimizcə, yerinə düşər.
Zəngəzur qəzasının kəndlərində tam olmayan məlumatlara görə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Beləliklə, qəzadan hər iki cinsdən ölənlərin, yaralananların və şikəst olanların sayı 10068 nəfərə çatmışdır. Lakin bu rəqəmin özü də erməni vəhşiliklərini yalnız qismən əks etdirir, çünki daşnak quldurların ölüm gətirən, rəhm, əfv nə olduğunu bilməyən hucumlarından sonra qəzada yaranan dəhşətli qarışıqlıq şəraitində azərbaycanlıların vahiməyə düşərək qaçması nəticəsində verilmiş bir çox qurbanlar, əlbəttə, aydınlaşdırılmamış qalmışdı.
Mixaylovun məlumatlarında göstərilən, xüsusilə fərqləndirilmiş vəhşiliklərin bəzilərini oxucuların nəzərinə çatdırmaq istərdik. Bəlkə, vaxtilə başımıza gətirilmiş bu müsibətlərdən düzgün nəticə çıxarmadığımıza görə, üstündən 70-75 il keçdikdən sonra təkrarən həmin bəlalara düçar olmağımızın səbəblərini araşdırmaqda bunun müəyyən köməyi dəyər bağışlayan Allah bizi bir daha bu cür bəlalara düçar etməz. 1) Baqudı, kəndində erməni əsgərlərinə verilmiş 15 gözəl qız şərəfsizlik azabına və həmçinin, cismani ağrılara dözməyərək tələf olmuşdular. 2) Yenə həmin kənddə 400 nəfər azərbaycanlı talan vaxtı məscidə toplaşmışdılar, ermənilər məsciddən çıxış yollarını bağlamış, əvvəlcə onun pəncərəsindən içəri əl qumbaraları atmış, sonra isə məscidi içəridəki bütün adamları ilə birlikdə yandırmışlar. 3.) Yenə həmin kəmddə azərbaycanlı Qadama Tahir qızı xəncərlə doğranmışdır, onun döşünü kəsmiş və yanında uzanmış körpə balasının ağzına dürtmüşdülər. 4) Həmin kənddə Yolçu Şıxhüseyn oğlunu öldürərkən ermənilər onun cinsiyyət üzvünu kəsərək, öldürülmüş bir başqasının ağzına keçirmişdilər. 5) Yenə həmin kənddə gənc qızlar Nisə Əmin qızı, Əcəb Nuhbala qızı, Sona Cəfər qızı və Şahnulu Cəlal qızı can verənə kimi zorlanmışlar. 6) Yenə həmin kəndin yaxınlığında Gülməstə Qasım qızı öldürülmüşdür, onun döşləri kəsilmiş, onurğa sutununa nal vurulmuşdur. 7) Nuvədi kəndində yatağında hərəkətsiz uzanmış yüz yaşlı qoca Əsəd bəy Məlikabbasov süngü ilə deşik-deşik edilmişdir. 8) Yenə həmin kənddə ermənilər qılınc və xəncərlə küçələrdə qaçan qadın və uşaqların başlarını kəsmişlər. 9) Şəki kəndinin küçələrində döşləri kəsilmiş qadın və tən ortadan ikiyə bölünmüş uşaq meyitləri qalmışdı. 10) İyirmi kənddə talan vaxtı ermənlər körpə uşaqları süngüyə keçirmişdilər, parça-parça doğranmış qadın meyitləri tapılmışdı. 11) Aqudı kəndində ermənilər azərbaycanlılardan xristianlıq dininə keçməyi tələb etmiş, qadınların döşlərini kəsmiş və uşaqların ağzına soxmuşlar. 12) Aqudı kəndində ermənilər Qulaməli Şəkər oğlunun gözləri baxa-baxa topuğunu kəsmiş, sonra isə süngü və qamçı ilə öz qanını axıdıb ölənə kimi ayaq üstə yeriməyə məcbur etmişlər. 13) Həmin kənddə bütün gözəl qızları əvvəlcə zorlamış, sonra isə öldürmüşlər. 14) Çullu kəndində ermənilər yataqda uzanmış 9 nəfər xəstəni qılıncdan keçirmişlər. 15) Bağırbəyli kəndində erməiilər 7 nəfər kişi və qadını bir evə toplamış və evə od vuraraq onları diri-diri yandırmışlar. 16) Müsəlmanlar kəndində meyitlər o qədər eybəcərləşdirilmiş və tanınmaz hala salınmışdı ki, əllərin, ayaqların, başların kimlərə məxsus olduğunu müəyyənləşdirmək mümkün deyildi. 17) Qatar kəndində hörmətli ağsaqqal Məşədi Qələndər Məşədi Qulu oğlunu öldürmüş, üstünə ağ neft töküb yandırmışlar. 18) Yeni kənddə ermənilər Kərbəlayı Allahverdi Hüseynəli oğlunun əllərini və ayaqlarını bağlayaraq boğazını kəsmişlər. 19) 1-ci Vartanazur kəndində xüsusilə çox sayda qadın və uşaqlar xəncərlə doğranmışdır. 20) İrəvan quberniyası Yeni Bəyazid qəzasının Rəhman əfəndi kəndində İbrahim Hacı Hüseyn oğlu adlı qocanın gözlərini çıxarmış, sonra isə onu öldürərək meyitini yandırmışlar.
Deyildiyi kimi, bu vəhşiliklər Andronik cəlladlarının o zaman Azərbaycanın ayrılmaz hissəsi olmuş Zəngəzur qəzasında törətdikləri ağır cinayətlərin yalnız cüzi bir hissəsidir. Belə cinayətlərin sayı isə yüzlərlə, minlərlədir.

KAMİL MUXTAROV

V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.

1918-ci il qırğınları. Tarixi araşdırmalar
B.: “Öyrətmən”. 1995. 90 səh.