azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

31 Mart Soyqırımı

İrəvan qırğınları

Əsrlər boyu türk xalqları geniş ərazidə yaşamışlar. Qədim Oğuz yurdu olan indiki Ermənistan ərazisi də belə yaşayış məskənlərindən biridir. Bu elə bir tarixi həqiqətdir ki, həmin ərazidə mövcud olan türk mənşəli coğrafi adlar, bu ərazinin müxtəlif bölgələri ilə əlaqədar olaraq xalq arasında geniş yayılmış əfsanə və rəvayətlər, bir çox tarixi hadisələr, əsrlərin sınağından çıxmış möhtəşəm qalalar, qədim Oğuz qəbirləri, kurqanları bu fikri tam təsdiq edir. Daha çox Azərbaycan türklərinin məskunlaşdığı bu əraziyə ermənilər, əsasən, Türkmənçay müqaviləsindən sonra kütləvi şəkildə köçməyə başlamışlar. Lakin buna baxmayaraq, iyirminci əsrin birinci rübünə qədər Ermənistanda azərbcanlılar başqa xalqlara nisbətən böyük üstünlük təşkil etmişlər. Belə ki, hələ keçən əsrdə Türkmənçay müqaviləsi bağlandığı ərəfədə İrəvanda 1807 ailə, yəni 7331 nəfər azərbaycanlı yaşayırdısa, burada 567 erməni ailəsi, o cümlədən, 2369 nəfər erməni məskunlaşmışdı. Onu da qeyd edək ki, bu ermənilərin müəyyən qismi İrandan və Türkiyədən təzəcə köçüb gəlmişdi. Həmin dövrdə İrəvanda 4 xan, 41 bəy və sultan ailəsi, 50 axund və molla olubsa, burada cəmi 8 məlik və 13 keşiş yaşayıb fəaliyyət göstərmişdir. Həmin vəziyyət əsrimizin birinci rübündə də dəyişməmişdir. 1916-cı ilin yanvar ayına olan məlumata görə azərbaycanlılar İrəvan ərazisində əhalinin etnik tərkibində böyük üstünlük təşkil etmişlər. Belə ki, həmin dövrdə İrəvan qəzasında 74,2 min nəfər, yaxud əhalinin 48 faizi, Zəngəzur qəzasında 119,5 min nəfər, yaxud 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı yaşayıb (Bax: İ.Məmmədov, S.Əsədov. “Ermənistan azərbaycanlıları və onların acı taleyi”. Bakı, 1992, səh. 423). Hətta 1938-1939-cu illərdə belə Ermənistanın bəzi rayonlarında mənşəcə türk olan azərbaycanlılar ermənilərə nisbətən, demək olar ki, tam üstünlük təşkil edirdilər. Məsələn, Zəngibasar rayonunda həmin illərdə kəndlərin 95 faizi Azərbaycan kəndləri idi (Bax: “Elturan”. “Milli məsələlər”, 1992, № 1, səh. 15).
Bu gün Ermənistan ərazisində bir nəfər belə azərbaycanlının qalmaması, öz dədə-baba yurdlarını, Oğuz məskənini tərk edib didərgin, qaçqın vəziyyətində yaşamasının kökü əsrimizin əvvəllərinə, tarixin dərinliklərinə gedib çıxır. Zaman-zaman bu ərazidə ermənilər tərəfindən soyqırımı siyasətinin həyata keçirilməsi nəticəsində azərbaycanlıların bir qismi öz yaşayış məskənlərini qoyub qaçmış, bir qismi isə bu mənfur siyasətin qurbanına çevrilmişdir. 1905-1907-ci illər və 1918-1920-ci illərdə bu ərazidə azərbaycanlılara qarşı ən dəhşətli soyqırımı siyasəti həyata keçirilmişdir.
Tarixi araşdırmalar artıq çoxdan sübuta yetirmişdir ki, iki xalq arasında bu cür mənfur soyqırımının tətbiq olunması həmin dövrdə üçüncü bir qüvvənin-çar Rusiyasının böyük hegemonçuluq siyasətinə, müstəmləkəçilik mənafeyinə tam uyğun idi. Xüsusilə həmin illərdə rus ordusunda hərbi xidmətdə olan rus zabitlərinin xatirələrində bu məsələ tam çılpaqlığı ilə öz əksini tapmışdır. Birinci dünya müharibəsi başlandıqdan sonra çar Rusiyasının Osmanlı imperiyasına qarşı yeritdiyi siyasət Türkiyə ərazisində yaşayan ermənilərin baş qaldırmasına və öz hökumətlərinə qarşı xaincəsinə çıxışlarına səbəb oldu. Ermənilər rus ordusu vasitəsilə Türkiyə ərazisinin bir hissəsini ələ keçirməyə və bununla da uydurduqları “Böyük Ermənistan” ərazisini yaratmağa dərin ümid bəsləyirdilər. Xüsusilə Türkiyənin Ermənistana yaxın əraziləriidə yaşayan ermənilər arasında güclü təbliğat işi aparılır, hazırlıq görülürdü. Onlar 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsində nail ola bilmədikləri bu məqsədə bu dəfə maneəsiz çatacaqlarına tam əmin idilər.
Lakin Türkiyə hökuməti ermənilərin bu xəyanətindən vaxtında xəbər tutdu. Daha doğrusu, ermənilər silahsız, dinc türk əhalisinin başına min bir oyun açıb, onlara qarşı əsl soyqırımı tətbiq etdikdən sonra hakim dairələr qəti qərar qəbul etmək məcburiyyəti qarşısında qaldı. Ermənilər bu addımı atmaqla arxa cəbhədə və orduda ixtişaşlar törətmək, rus qoşunlarının irəliləməsinə şərait yaratmaq məqsədi güdürdülər.
Türkiyə hökuməti daha bu xəyanətə göz yuma bilməzdi. Həm döyüşən ordu sıralarında, həm də arxa cəbhədə böyük xəyanətlər törədən Türkiyə erməniləri tezliklə öz layiqli cəzalarına çatdılar, müharibə zonalarından milliyətcə erməni olan bütün Türkiyə vətəndaşları vaxtında sürgün edildi. Beləliklə, öz törətdikləri xəyanətlərin qurbanına çevrilən ermənilər həm Türkiyə ərazisində, həm də qədim İrəvan torpağında əsl soyqırımı siyasəti həyata keçirməyə başladılar. Hesablamalar göstərir ki, ermənilər təkcə Türkiyə ərazisində həmin dövrdə təxminən 2-2,5 milyona yaxın türk vətəndaşını öldürmüşlər.
Vəhşicəsinə, insan ağlına sığmayan ölüm üsulları ilə qocaların, qadınların, uşaqların öldürülməsi təkcə Türkiyə ərazisində deyil, eləcə də Ermənistanda, habelə Azərbaycanın bir çox yerlərində amansızcasına həyata keçirilirdi. “Daşnaksütyun” partiyasının geniş proqramı əsasın, da həyata keçirilən bu qırğın, əsasən, etnik təmizləmə məqsədi daşıyırdı.
1924-cü ildə İstanbulda çap olunan “Müxtəsər Azərbaycan tarix” kitabında Cahangir Aslanoğlu bu qırğınlar ilə əlaqədar olaraq yazmışdır: “Bakıda mart hadisəsini törədən və Şərqi Azərbaycanı tamamilə dəmir və atəşdən keçirən daşnaklar Cənubdada sakit oturmadılar. İrəvan vilayətinin bütün kəndləri Andronik, Dro və sair sərkərdələr tərəfindən yer ilə yeksan və əhalisi məhv edildi. Bu qırğından qurtulanların hamısı Gəncəyə döndülər. İrəvan hadisəsi Seymin 5, 7, 19, 20 fevral iclaslarında böyük gurultulara səbəb, olmaqla İrəvana heyətlər göndərildi. Bu heyətlər tədqiqat apararaq qayıtdı və İrəvan vilayətində 211 türk göyünün (Azərbaycan kəndinin - V. H.) təxrib və yüz minə qədər əhalisinin məhv edildiyini isbat etdilər. Beləcə, İrəvan vilayətində olan müsəlman türklər məhv edildilər və çarizm zamanında İrəvan vilayətində üç yüz min türkdən indi üç min belə qalmamışdır”.
Bu faktlar heç də əhaliyə qarşı tətbiq edilən vəhşilikləri hələ tam, açıb göstərmir. Qırğın rayonlarından başını birtəhər götürüb qaçmış azərbaycanlalar Gəncə əhalisi tərəfindən böyük ürək ağrısı ilə qarşılanırdı. Əksəriyyəti ayaqyalın, başıaçıq, ac vəziyyətində olan bu məzlum insanların hər biri erməni qırğınında öz əzizini itirmişdi. Qaçqınların bu vəziyyəti barədə sonralar Daxili İşlər Nazirinə məlumat göndərən Gəncə qubernatoru bu haqda belə yazmışdır: “Erməni vəhşiliyi yanında orta əsrlərdə törədilmiş vəhşiliklər, cinayətlər çox solğun görünür. İnsan inana bilmir ki, iyirminci əsrdə bütün Avropada öz mədəniyyətindən dəm vuran bir xalq köməksiz, dinc əhaliyə qarşı vəhşiliklərin bütün üsullarını tətbiq etmiş olsun. Hər gün quberniyanın hər yerindən alınan raportların, məlumatların yaratdığı dəhşətlərlə bu sətirləri yazmaq çətindir: qadınlar zorlanır, uşaqlar odda yandırılır, dillər, qulaqlar kəsilir, işgəncələr, təhqirlər...” (Azərbaycan tarixi. Sənədlər və nəşrlər üzrə. Bakı, 1990, səh. 192-194).
Ermənistan ərazisində 1918-1920-ci illərdə müsəlmanlara qarşı həyata keçirilən soyqırımı, zorakalıq və cinayətlər sonrakı dövrdə ayrı-ayrı erməni tarixçiləri tərəfindən də etiraf edilmişdir. Belə ki, A.A.Lalayan “Daşnaksütyun” partiyasının əksinqilabi rolu” məqaləsində bu məsələyə toxunaraq yazırdı ki, “Daşnaksütyun” partiyası hakimiyyətdə olduğu otuz ay müddətində Zaqafqaziyada erməni əhalisinin otuz beş faizini və türk (azərbaycanlı) əhalisinin altmış faizini məhv etmişdir.
“Daşnaksütyun” Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı silahlı mübarizə apararaq, dövlət tələblərinin yerinə yetirilməsi bəhanəsi ilə dinc əhalini talayır və öldürür, bütöv kəndləri məhv edirdilər” (Bax: Cəmil Həsənov. “Ağ ləkələrin qara kölgəsi” Bakı, Gənclik, 1991, s.76).
Tədqiqatlardan aydın olur ki, Ermənistanda daşnakların hakimiyyəti dövründə azərbaycaynlıların sayı yetmiş yeddi faiz, kurdlərin sayı 98 faiz, yezidlərin sayı isə 40 faiz azalmışdır (Yenə orada, s. 77) Yəni bu əhalinin böyük əksəriyyəti ermənilər tərəfindən öldürülmüşdür Qeyd etmək lazımdır ki, Ermənistan ərazisində azərbaycanlılara qarşı təkcə 1918-ci ildə deyil, əvvəlki dövrdə də soyqırımı siyasəti həyata keçirilib. Jurnalist Qulu Kəngərli “Erməni lobbisi, Azərbaycan faciəsi” kitabının giriş hissəsində bu mənfur siyasətin hələ bir qədər də əvvəl başladığını bildirir. Dərələyəz mahalında bir çox kəndləri ermənilər hələ 1916-cı ildə yandırmışlar. 1917-1918-ci illərdə isə bu mahalın bir sıra kəndlərinin əhalisi ermənilər tərəfindən amansızcasına qırılmışdır.
Dərələyəz mahalında quldurluqda, azərbaycanlıların qanına susamaqda ad çıxarmış Yaponun dəstəsi Zeytə, Qabaqlı, Qurdqulax, Yengicə, Əmağu kəndlərinin əhalisinə hiylə işlədərək qalib gəlmişdi. Kənd camaatının birliyini qıra bilməyən Yapon onlarla barışıq etdiyini, daha vuruşmayacağını bildirmiş və bütün kəndlərdən silahları yığdırmışdı.
Sadəlövh kənd camaatı silahları təhvil verdikdən sonra aldandıqlarını başa düşür. Yapon verdiyi barışıq vədini pozur, qadınları və uşaqları kişilərdən ayırır, onlara işgəncələr verdirməyə başlayır.
Qulu Kəngərli həmin hadisələrin şahidlərinə isnad edərək göstərir ki, “ermənilər qadınları soyundurub musiqi sədaları altında yallı getməyə məcbur eləyiblər. Oynamayanları yerindəcə doğrayıblar. Kişiləri soyundurub sağ və sol nahiyyələrdən budunu kəsib əlini də kəsilən yerə qoydurub soruşurmuşlar: hə, necədi təzə şalvarın?
Kişilərin və qadınların böyük bir hissəsini kəndin ayağında olan qayadan aşağı töküblər (Arpa qayası təxminən 200 metr hündürlüyündədir). 2 min adamdan, deyildiyinə görə, iki nəfər sağ çıxıb. Bir kişi və bir qadın. Onları qayadan atanda qadının tumanı, kişinin isə şineli çətir kimi onları əzilməkdən qoruyub. Belecə qırıblar beş para kəndin camaatını” (Q.Kəngərli, Erməni lobbisi, Azərbaycan faciəsi, səh. 10-11).
Qaraxaça kəndinin aqibəti daha ağır olub. Ermənilər 500-dən artıq kənd sakinini bir yerə yığıb qılıncdan keçiriblər, zavallı, müdafiəsiz əhalinin bir qismini isə böyük bir dama dolduraraq od vurub yandırıblar.
Samson və Matos Qazaryan qardaşlarının vəhşilikləri bu günə qədər Ermənistan camaatının dilindən düşməyib. Bu vəhşilər körpə uşaqları süngüyə, keçirir, göyə qaldıraraq yerə çırpırmışlar.
Bəzi erməni quldurları müsəlmanlar üzərində yeni işgəncə metodlarını tətbiq etməklə öz iyrənc əməllərindən həzz alırdılar. Kişiləri öldürməzdən əvvəl onlara müxtəlif işgəncələr verir, sonra isə kürəklərinə qaynar samovarı bağlayaraq insan əzablarından həzz, ala-ala deyirmişlər ki, için bu çaydan, axı sizin çay içməklə aranız çox yaxşıdır” (Bax: Yenə orada, səh. 11).
Erməni vəhşiləri azərbaycanlılara qarşı törətdikləri cinayətlərdə çox vaxt gülləyə belə qənaət edirdilər. Onlar azərbaycanlıları silahla yox, təbii üsullarla öldürməkləri ilə fəxr edir, hətta öz aralarında bu metodu geniş tətbiq etməyi quldur həmkarlarına tövsiyə edirdilər.
Ermənilərin törətdiyi bu vəhşilik faktı son vaxtlarda Türkiyə ərazisində tez-tez aşkar olunur. Bu qanlı faciələrin törətdildiyi vaxtdan az qala bir əsrə yaxın müddətin keçməsinə baxmayaraq hələ də insan cəsədləri ilə doldurulmuş quyular üzə çıxır. Erməni vəhşiliyinin iyrənc simasını ifşa edən bu quyularda uşaq cəsədlərinin çoxluğu az qala insanın damarlarında qanını dondurur. Bəşəriyyət görəsən erməni qədər rəzil, qəddar, insan qanına susamış nkinci bir məxluq, millət tanıyırmı? Şahidlərin dediyinə görə ermənilərin bir qismi öldürülmüş. müsəlmandarın gözlərini yığır, onları ipə düzərək qurudur, qulaqları kəsərək özləri üçün kolleksiya düzəldir, bir sözlə, insanlıq adına yaraşmayan bu vəhşilikləri törətdiklərinə görə öyünür, həzz alırdılar.
İrəvan quberniyasının ərazisində müsəlmanlara qarşı həyata keçirilən soyqırımı siyasətini bir neçə mərhələyə bölmək olar. Əgər Azərbaycanın başqa-başqa regionlarında ermənilər - tərəfindən tətbiq edilən soyqırımı, əsasən, 1918-ci ilin mart-aprel aylarını əhatə edirsə, qədim Oğuz yurdu olan İrəvanda bu vəziyyət bir qədər başqa cürdür. Ermənilər öz arxalarını çar ordusuna dayayaraq bu ərazidə hələ xeyli əvvəllərdən başlayaraq, müsəlmanlara qarşı müxtəlif soyqırımı siyasəti həyata keçirirdilər. Dəfələrlə öz evlərindən didərgin düşən əhali müvəqqəti olaraq dağlara qaçır, yaxın yaşayış yerlərində məskunlaşmış qohumlarının yanında sığıncaq tapır, ara sakitləşdikdən sonra isə yenidən öz ev-eşiyinə, yurduna sahib olmaq üçün geri qayıdır. Beləliklə, 1918-ci il erməni-müsəlman qırğınları genişlənib hər tərəfi bürüyənə qədər bu ərazidə yaşayan bəzi kəndlərin zavallı sakinləri öz acı taleləri ilə barışmalı olmuşlar. 1918-ci ildə isə Ermənistan azərbaycanlıları daha böyük fəlakətə düçar olmuş, Türkiyə ordusunun, habelə vaxtilə Rus ordusunda xidmət edən erməni silahlılarının qəzəbinə gələrək ev-eşikləri yandırılmış, var-yoxları əldən çıxmış, uşaqları, ailə üzvləri işgəncə ilə öldürülmüşdür. Bu dövrdə Andronikin, Xmbapet Dronun və Yaponun quldur dəstələri bütün Ermənistan ərazisində müsəlmanlara qarşı böyük soyqırımı həyata keçirirdilər. Tarixi məlumatlara isnad etdikdə, aydın olur ki, 1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında müsəlmaların qırğını Xmbapet Dronun rəhbərliyi altında yerinə yetirilib. Onun göstərişi sayəsində azərbaycanlıların yaşadığı 60-dan çox kənd dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən qatı tədbirlər görülmüşdür. Bu quldur işğal etdiyi, əhalisini qırdığı kəndlərdə kişiləri ağır işgəncələrlə öldürtdürər, qəşəng qadınları isə seçib öz əsgərlərinə verərdi. “Azərbaycan” qəzeti həmin dövrdə Ermənistanın Şorca kəndində başına min bir müsibət gətirilmiş bir qadının məlumatına əsaslanaraq yazır ki, ermənilər bu kənddə bütün kişiləri qırmış, uşaqları təndirə ataraq yandırmış, sonra isə bütün kənddək 8 nəfər qadın seçərək özləri ilə aparmışlar. Bu zavallıları 20 gün saxlayıb şərəfini alçatdıqdan sonra buraxmışlar (Bax: “Azərbaycan”, 1919, 9 fevral).
Qeyd etməliyik ki, İrəvan azərbaycanlıları bu dövrdə erməni təcavüzünə qarşı bacardıqları kimi mübarizə aparmışlar. Xüsusilə türklər Zaqafqaziya ərazisindon çəkildiyi vaxt erməni qoşunları boşalmış rayonları dərhal ələ keçirir, burada yeni qırğınlar törədirdilər. Bu da müsəlman əhalisinin bu təcavüzkarlığa qarşı ayağa qalxmasına, birgə mübarizə aparmasına səbəb olurdu. Bu dövrdə Vedibasarlı Abbasqulu bəy Şadlinski öz ətrafına yığdığı silahlı dəstə ilə ermənilərin müsəlmanlara qarşı törətmək istədikləri bir çox planları alt-üst etmiş, minlərlə insanın həyatını xilas eləmişdi.
Lakin buna baxmayaraq, ermənilərin nizami silahlı dəstələri, demək olar, Ermənistanın bütün əyalətlərində müsəlman kəndlərinə basqınlar edir, xalqın başına min bir fəlakət gətirirdilər. Bəzi kəndlərdə türk qoşunları getdikdən sonra müsəlman əhalisi erməniləri mehribanlıqla qarşılasalar da, müəyyən vaxtdan sonra yenidən güclü təzyiqə məruz qalırdılar. Belə olduqda müsəlman əhalisi başqa kəndlərdə olduğu kimi, qırğına düçar olmamaq üçün öz yaşayış yerlərini dəyişirdilər. Müsəlman əhalisinin böyük əksəriyyəti Böyük Vedidə yaxşı silahlanmış Abbasqulu bəy Şadlinskinin yanına gedirdilər.
Ermənilər dəfələrlə Böyük Vedi üzərinə hücuma keçsələr də, Abbasqulu bəyin yaratığı “Qırmızı tabor”un döyüşçüləri azğın düşmənə aman vermirdilər. Hətta sinəsinə döyüb fəxrlə “Abbasqulu bəyə mən qalib gələcəyəm” deyən Dro belə Böyük Vedi üzərinə hücum zamanı 1000-dən, artıq itki verərək geri çəkilmişdi.
Lakin Ermənistanın heç də hər yerində vəziyyət belə deyildi. Əhalinin böyük əksəriyyəti köməksiz, silahsız olduğundan amansız düşmənin əlində rəhmsizcəsinə öldürülür, ev-eşiyi dağıdılıb yandırılırdı. Düşmən əlinə keçməmək üçün dağlara qaçan müsəlman əhalisi soyuqdan, şaxtadan, aclıqdan tələf olurdu. Onların çox az bir hissəsi hər cür məhrumiyyətlərə dözərək üzülmüş halda, ölümü görə-görə başqa müsəlman kəndlərinə güclə gəlib çıxırdılar. Bu insanların bütün əkinləri, varidatları əllərindən çıxmış, yalnız quru canlarını götürərək erməni təcavüzündən qaçıb gəlmişdilər. Göyçə gölünün şimal sahilində yaşayan Azərbaycan kəndlərinin dağıdılması barədə əldə olunan məlumatlar xüsusilə ürək ağrıdır. Həmin dövrdə Ermənistanda daşnak hökumətinin yeritdiyi siyasətdən narazı qalan Q.Muradyan qeyd edir ki, bizim hökumətin gördüyü tədbirlər nəticəsində bu kəndlərin əhalisi Ermənistanın sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orada bir pişikdən, sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək”. (Bax: İ. Məmmədov, S. Əsədov. “Ermənistan azrbaycanlıları və onların acı taleyi”, səh. 41).
Müsəlman əhalisinin boş qalmış, kəndləri Türkiyədən qaçqın vəziyyətinə düşmüş ermənilər tərəfindən zəbt edilib mənimsənilirdi. Təhlükə sovuşandan sonra geri qayıdan bir çox müsəlman kəndlərində yenidən ermənilər və müsəlmanlar arasında savaş başlayırdı. Ermənistanda qaçqınların vəziyyəti məsələsi ilə məşğul olan nazirliyin məlumatında göstərilir ki, Ermənistanda baş verən hadisələr, xüsusilə 1919-cu ilin yayında Sürməli, Eçmiədzin, Vedibasar qəzalarında müsəlmanların vəziyyəti çox pisləşmişdir. Bu regionda yaşayan müsəlmanların böyük əksəriyyəti bu hadisələrlə əlaqədar olaraq qaçqına çevrilmişdir. Onlar öz kəndlərinə qayıtdıqda isə Türkiyədən qaçmış ermənilər tərəfindən döyülmüş, öldürülmüş, evləri və torpaqları ələ keçirilmişdir. Ermənistanda Yeni Bəyazid, Eçmiədzin və İrəvan qəzalarında belə qaçqınların miqdarı 200 min nəfərə çatmışdır (Azərbaycan tarixi: sənədlər və nəşrlər üzrə, Bakı, 1990, səh. 176).
Nəzərə almaq lazımdır ki, bu məlumat Ermənistanda daşnak hökumətinin vaxtında verilib. Yəni Ermənistan müsəlmanlarının vəziyyəti o qədər ağır, dözülməz olub ki, hətta daşnak hökumətinin üzvləri belə bunu etiraf etmək məcburiyyətində qalıb. Həmin nazirliyin başqa bir məlumatında qeyd edilir ki, İrəvan quberniyasında müsəlman əhalisinin vəziyyəti çox ağırdır. Onların nə ehtiyat taxılları, nə toxumları, nə də mal-qaraları yoxdur, Ev-eşikləri dağıdılmış, hər şeydən məhrum olmuş vəziyyətdə yaşayırlar. Quberniyada müsəlmanlar aclıqdan xeyli vaxt tədricən tələf olurlar (Bax: Yenə orada, səh. 176).
Erməni quldurlarının yaratdığı bu ağır vəziyyət təkcə burada deyil, qədim İrəvan ərazisinin, demək olar ki, hər yerində belə idi. Məsələn, Sisyan mahalında polis sahələrinə daxil olan xeyli müsəlman kəndi dağıdılmış, əhalisinin böyük əksəriyyəti qırılmışdır. Tədqiqatçılar İ. Məmmədov və S. Əsədovun hesablamalarına görə kəndlərdə 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş, 3000-ə qədər insan isə yaralanmışdır. Bütün qəza üzrə isə 10 min nəfərdən çox müsəlman erməni vəhşiliyiiin qurbanı olmuşdur.
Bu dövrdə “Azərbaycan” qəzeti İrəvan müsəlmanlarının soyqırımı ilə əlaqədar bəzi materialları dərc edir, Azərbaycan Demokratik Respublikası hökumətinin diqqətini bu məsələlərə yönəldirdi. Qəzet 1919-cu il 17 may tarixli sayında yazırdı ki, artıq aprelin 13-də Ararat respublikasının qoşunlarının Yeni Bayazid qəzasınıi Göyçə rayonundakı müsəlman kəndləri üzərinə hücumu olmuşdur. Bu hücumun əsas məqsədi Göyçə gölünün şərq və şimal sahillərində yaşayan müsəlman əhalisini həmin ərazidən qovub çıxarmaqdır. Hazırda bu vəhşilik aktı yerinə yetirilmiş, 60 mindən çox əhalisi olan 22 kənd dağıdılmış və yandırılmışdır.
Qəzet həmin faciə barədə ətraflı məlumat verərək ürək ağrısıyla bildirmişdi: bədbəxt müsəlman əhalisi erməni qoşunlarının top atəşi altında amansızcasına öldürülür. Erməni hökuməti öz müsəlman təbəələrinin heç bir xahişinə, yalvarışına baxmayaraq vəhşicəsinə onları qırır. Erməni qoşunlarının əlinə keçən müsəlmanlara daha ağır işgəncələr verilir, uşaqları, qadınları və qocaları ağlasığmaz işgəncələrlə öldürür, cavan qadınlara və qız uşaqlarına isə dəyməyib əsir götürürlər.
Erməni quldurları qırğından xilas olub qaçan müsəlman əhalisini izləyib öldürürdü. Göyçə, qırğınından xilas olan əhalinin çox bir qismi Gəncə qəzasının ərazisinə pənah gətirir, başlarına açılan soyqırımını danışırdılar.
Beləliklə, tarixi mənbələr aydın göstərir ki, bu dövrdə Ararat respublikası Göyçə rayonunda bütün müsəlman kəndlərini məhv etmişdi. Yeni Bayazid qəzasında isə 84 müsəlman kəndi bütünlüklə dağıdılmış, əhalisi amansızcasına qırğına məruz qalmışdı. Aprel ayının 13-20 arasında bu qəzada Daşkənd, Qoşabulaq, Baş Şorca, Zod, Bayük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Cay, Əhmədli, İnəkdağ, Qara İman, Kəsəmən, Baş Kənd, Kiçik Məzrə, Böyük Məzrə, Şişqaya və 15 mindən çox ev-eşiyi olan başqa kəndlər taleyin ağzına atılaraq sərgərdan vəziyyətinə düşdülər.
Ermənistanda yaşamış, həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın, erməni vəhşiliklərinin şahidi olmuş Hüseyn Abbas oğlu Dərvişzadə xatırlayır ki, 1919-cu ildə Yerevandakı qırğın zamanı şəhərin bütün müsəlman camaatı qaçıb Göy məscidə dolmuşdu. Məsciddə o qədər adam var idi ki, qadınlar, ailələr bir-birindən həya etdikləri üçün aralarına pərdə tutmuşdular. Bu dövrdə vəziyyət o qədər qorxulu idi ki, adamlar məsciddən çıxmaq istəmirdilər. Hamı elə güman edirdi ki, ermənilər əgər şəhərədaxil olarlarsa, Allah evinə sığınmış müsəlmanlara qarşı heç bir soyqırım həyata keçirməzlər. Lakin ermənilər həmin məscidi yandırıb hamını tələf etdilər.
Dünya görmüş, əsrimizin yaşıdı olan Hüseyn baba bildirir ki, daşnaklar Üçkilsə, yəni indiki Eçmiədzinin Qarxun kəndinin əhalisinin başına daha müsibətli oyunlar açmışdılar. Azərbaycana gedən qatarın dörd vaqonunda qaçıb gizlənmiş müsəlman əhalisinin hamısı bir nəfər kimi daşnaklar tərəfdən vəhşiliklə öldürülmüşdü. Həmin vaxt İrəvanın köhnə qəbiristanlığında dəfn edilmək üçün gətirilən meyidləri basdırmağı çatdırmırdılar. Bu vəziyyəti belə görən İran konsulu Mirzə Cavad xan meyidləri basdırmaq üçün öz əsgərlərinə göstəriş verməli oldu. Əsgərlər böyük bir çala qazaraq bu qırğının bütün qurbanlarını bir çalada basdırdılar.
Bundan əlavə, Sərdarabad ərazisində ermənilərin törətdikləri vəhşiliklər o dövrdə ağızdan-ağıza gəzirdi. Ermənilər Xeybəyli, Bağçağıq kəndlərinin əhalisinə qarşı elə vəhşiliklər törətmişdilər ki, bu hadisənin şahidi olmuş və çox çətinliklə qırğından xilas olub, İrəvanda sığınacaq tapan müsəlmanları sakitcə dinləmək mümkün deyildi. Bu azğın cəlladlar, insan cildinə girmiş vəhşilər körpə uşaqların başlarını kəsib həyətlərdəki payalara keçirtmişdilər. Bəzi kəndlərdə isə körpə uşaqlar payalara taxılmışdı.
Erməni-müsəlman qırğını başa çatdıqdan sonra sağ qalan əhalinin bir qismi tədricən öz yurdlarına qayıtmara başladılar. Əhalinin böyük əksəriyyəti bu qırğın zamanı məhv edilmişdi. Sağ qalanların müəyyən qismi isə öz qədim dədə-baba yurdlarına qayıtmadı, Türkiyənin şəhər və kəndlərində, habelə Azərbaycanın muxtəlif bölgələrində məskunlaşdılar.
1923-cü ildə “Zarya Vostok” qəzeti bu hadisələri təhlil edərək bildirirdi ki, ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamışdı, özü də bu, dövlət səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənara çıxmış bir siyasət idi. Yalnız Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918-ci il-noyabr 1920-ci il) Azərbaycan əhalisinin 60 faizini qırmışdır.
Göründüyü kimi, gürcü mətbuat səhifələrində göstərilən bu rəqəmin üzərinə qaçqın vəziyyətinə salınmış, soyuqda-şaxtada dağlarda məhv olmuş müsəlman əhalisinidə əlavə etsək, çox dəhşətli bir mənzərə yaranır. Ermənilər 1918-ci ildə bu qədim Oğuz yurdunda tarixən yaşayan, öz qoynunda xaçpərəstlərə yer verən İrəvan ərazisindən ümumiyyətlə, müsəlman əhalisinin qovulması, öz dədə-baba torpağını tərk etmələri üçün bütün sivilizasiyalı dövlətlər tərəfindən ittiham olunan soyqırımı siyasətini həyata keçirmişlər. Bu gün bütün dünyaya özlərini mədəni bir xalq kimi tanıtdırmaq üçün quzu cildinə girmiş bu yırtıcı vəhşilər öz törətdikləri cinayətlərdən danışmayaraq türklər tərəfindən guya soyqırımına məruz qaldıqlarını aləmə car çəkir, mötəbər məclislərdə, dövlət parlamentlərində məsələ qaldırırlar. Lakin dünya ictimanyyəti onuda bilməlidir ki, ermənilərin həyata keçirtdiyi bu siyasət sayəsində təkcə Türkiyədə 2,5 milyondan çox türk öldürülmüşdür. İrəvanda, Naxçıvanda, Şamaxıda, Qubada, Bakıda və Azərbaycanın digər şəhər və kəndlərində ermənilər tərəfindən qırılmış zavallı insanları da bu siyahıya, yəni bu rəqəmin üzərinə gəlsək, onda özlərini sivilizasiyalı adlandıran və dünya ictimaiyyətinin gözünə kül üfürməyə çalışan erməni vəhşilərinin bəşəriyyətə qarşı, insanlığa qarşı necə böyük təhlükə törətdiyi tam aydınlaşır.

VƏLİ HƏBİBOĞLU

V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.

1918-ci il qırğınları. Tarixi araşdırmalar
B.: “Öyrətmən”. 1995. 90 səh.