Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Erməni vandalizmi ::: 31 Mart Soyqırımı ::: Gəncə hadisələri :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

31 Mart Soyqırımı

Gəncə hadisələri

Bakıda törədilən qırğınlar Erməni Milli Şurasının “qələbəsi” sayılsa da, Müsəlman Milli Şurasının ağır məğlubiyyətə uğraması heç də daşnakların qələbəsi deyildi. Düzdür, Bakıda axıdılan günahsız qanlar nə qədər faciəli olsa da, o dövrdəki müvəqqəti məğlubiyyətlər azərbaycanlıları heç də həvəsdən salmadı, mübarizlik ruhunu qıra bilmədi.
Əksinə, “Mart günlərindən sonra azərbaycanlı rəhbərlər artıq muxtariyyətdən deyil, ayrılmaqdan danışır və öz ümidlərini rus inqilabına yox, Türkiyənin köməyinə bağlayırdılar” (“Qafqaz Azərbaycanı Respublikası”. Paris, 1919, s. 21).
Faciəli Mart qırğınından sonra Bakıda yerləşən Müsəlman Milli Şurası və azərbaycanlıların digər siyasi təşkilatları müvəqqəti olaraq Gəncəyə və Tiflisə köçmək məcburiyyətində qaldılar. Azərbaycanın müxtəlif ərazilərində daşnakların törətdikləri vəhşiliklərin dalğaları tədricən Gəncə və onun ətraf yerlərində də hiss olunmağa başlayırdı.
Əslində Gəncə və onun ətraf ərazilərində azərbaycanlıların qırğınlarını həyata keçirmək üçün - Bakının “bolşevik” daşnakları ilə Qarabağ erməniləri əl-ələ verməli, qüvvələrini vahid məqsədə yenəltməli idilər. Daha doğrusu, daşnaklar Göyçayı, Yevlağı, Goranboyu zəbt etdikləri vaxt Qarabağ erməniləri də cənubdan Gəncə istiqamətində öz planlarını həyata keçirəcəkdilər. Hətta o vaxtlar Azərbaycan demokratik qüvvələrinin məqsədini lağa qoyan daşnak lideri S. Şaumyan və digər erməni liderləri mətbuat səhifələrində azərbaycanlılara rişxəndlə bildirirdi ki, “Siz muxtariyyət deyil, xarabazar alacaqsınız”. S.Şaumyan və onun əlaltıları bununla demək istəyirdilər ki, azərbaycanlılar öz ulu torpaqlarında heç vaxt nə milli dövlət yarada biləcəklər, nə də Qafqazda muxtariyyət əldə edəcəklər.
Erməni daşnaklarının niyyətləri çox dərin qatlarda Azərbaycanı erməniləşdirmək arzusu ilə nəfəs alırdılar. Belə ki, 1918-ci ilin aprelində təşkil olunmuş Bakı quberniyası Xalq Komissarları Sovetinin rəhbərləri nəinki Azərbaycanın Türk xalqına öz müqəddəratını təyin etmək hüququnu - rəva görmür, hətta başçıları Şaumyan “Azərbaycan” sözünü qəbul etməkdən imtina edir. Əmiryanın redaktoru olduğu “Bakinski raboçi” qəzeti bu sözü məsxərəyə qoymaqdan belə çəkinmirdi. “Bakı və Bakı quberniyasında milli qüvvələrə divan tutduqdan sonra, Bakı Soveti özünün əsasən erməni hərbi hissələrindən ibarət olan dəstələrini Gəncə üzərinə hücuma hazırlayırdı”. (“Mart qırğını”. “Azərbaycan” qəzetinin xüsusi buraxılışı. № 11, Mart 1993).
Ermənilərin Bakıda törətdikləri vəhşiliklər tədricən Azərbaycanın digər bölgələrində də təkrar olundu. Xüsusilə Şamaxı, Quba, Göyçay, Kürdəmir, Salyan və Lənkəran ərazilərində... Adları çəkilən yerlərdə azərbaycanlı qırğınlarını həyata keçirmək üçün S.Şaumyan və onun əlaltıları xüsusi planlar cızmışdılar.
Bakıdan sonra Şamaxı şəhərini odlara düçar edən ermənilər (erməni məhəlləsindən və iki kilsədən savayı Gəncə istiqamətində irəliləməyə başladılar.
M. Ə. Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” kitabında erməni daşnaklarının o vaxtkı əməlləri barədə yazır: “Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Səlyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsasında yaxılan xanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qocaları, yağmaya gedən mal və məvaiminin təsviri qeyri-qabili təsəvvür bir faciə təşkil edir” (M. Ə. Rəsulzadə, “Azərbaycan Cümhuriyyəti”. Bakı, “Elm”, 1990, səh. 37).
Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası əsasən ermənilərdən ibarət bolşevik silahlı dəstələrini Hacıqabul, Kürdəmir və Göyçay, eləcə də Salyan və Lənkəran istiqamətlərinə göndərərək, yerli əhalini-azərbaycanlıları qırmaq barədə göstərişlər hazırlamışdı.
Məsələn, əsas məqsədi bu idi ki, “Bakı Komissarları Sovetinin rəhbəri erməni Şaumyanın başçılıq etdiyi bolşevik təşkilatları azərbaycanlılarla öz milli haqq hesablarını bolşevizm pərdəsi altında çəksinlər”. (Əhməd Təbrizli. “Dağlıq Qarabağ tarixi və ona dair sənədlər”. 1 c. Strasburq, 1989).
Şamaxı və Göyçay istiqamətində göndərilən erməni silahlı dəstələrinə S. Şaumyanın ən yaxın dostları Stepan Lalayan və Tatevos Əmirov başçılıq edirdilər.
Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək üçün ermənilər çox böyük hazırlıq işləri aparırdılar.
Məsələn, V.İ.Leninin tövsiyyəsi və himayədarlığı ilə Bakıya xüsusi səlahiyyətlə fövqəladə bolşevik komissarı təyin olunan S. Şaumyan Bakı Sovetinin sədri kimi belə bir göstəriş verdi ki, Bakıda olduğu kimi, Gəncədə də hərbi alayların ixtiyarında olan bütün silahlar ermənilərin əlində cəmləşdirilsin, Əslində o vaxtlar Zaqafqaziya Seymi belə bir qərar çıxarmışdı ki, Gəncədə yerləşən 216-cı və Bakıda yerləşən 219-cu alaylar özlərinin bütün silahlarını və sürsatlarını müvafiq olaraq yeni yaradılan Gəncə və Bakı musəlman alaylarına versinlər. Amma ermənilər bu işə heç cür yol vermək istəmirdilər. Onlar hər cür hiylə və üsuldan istifadə edərək 216 və 219-cu alayların silahlarını öz əllərinə keçirməyə müvəffəq oldular.
Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqlara səbəb oldu. Azərbaycanlarla ermənilər arasında qanlı toqquşmalar başlandı. Vəziyyətin getdikcə ağırlaşması həm Bakıda, həm də Tiflisdə ciddi narahatçılıq doğurdu. Yaranmış gərginlikdən çıxış yolu tapmaq məqsədilə Zaqafqaziya Seymindən müsəlman və erməni Milli Şuralarından, habelə “Müsavat” partiyasından səlahiyyətli nümayəndələr Gəncəyə göndərildi... Danışıqlardan sonra azərbaycanlılar Milli Ordunun yaradılması işində xeyli fəallıq göstərdilər. Ermənilərin hər cür maneçiliklərinə, fitnə-fəsadlarına baxmayaraq, qısa müddət ərzində həm Gəncədə, həm də Azərbaycanın digər yerlərində Milli Ordunun yaradılması sahəsində bir sıra konkret işlər görüldü.
Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlincə, həm də aşkar çoxlu əks-tədbirlərə əl atdılar. Daha doğrusu, “Daşnaklar yatmayıb xəlvətcə öz işlərini işləyirdilər. Həştərxandan, Petrovskidən, Krasnovodskidən gələn ermənilər bu bəhanə ilə Bakıda saxlanılırdılər ki, guya müsəlmanlar yollarda onlara hücum edirlər. İrandan və Krasnovodskidən paroxodlarda Şura hökuməti adına gətirilən mühümmati-hərbiyyə və qeyri şeylər, həqiqətdə isə daşnakların əlinə keçirdi. Bu şeylər etibarlı yerlərə yığılırdı. O cümlədən, Maitaşovun zavoduna və qeyri yerlərə.
Bunların hamısı ilə bərabər, eyni zamanda, Şaumyan və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri vaqe oldu (“Azərbaycan”, 31 mart 1919-cu il).
Şamaxıda ermənilərin törətdikləri vəhşiliklərlə bağlı S.Şaumyanın daşnaklara müraciətilə hazırladığı məktub Gəncə komendantının əlinə keçdi. Həmin məktubdan açıq-aydın görünürdü ki, həm Şaumyan, həm də Avakyan ən qatı daşnakdırlar.
S.Şaumyan Bakı Xalq Komissarları Soveti adından 1918-ci ilin iyun ayının 6-da ermənilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu barədə əmr hazırladı və daşnak əsgərlərinə xüsusi tapşırıqlar verdi.
Şamaxı şəhərini və onun ətraf kəndlərini viran qoyan, müsəlman əhalisini ucdantutma qıran vəhşi daşnaklar Gəncə istiqamətində irəliləməyə başladılar. Ermənilər silahlı qüvvələri əgər Bakıdan Şamaxıya üç günə gedib çıxmışdılarsa, onlar iki gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan tapdılar.
Vəziyyət çox ağırlaşırdı. Bütünlükdə həm yeni yaradılmış ADR-in, həm də bir millət kimi azərbaycanlıların taleyi məsələsi ortaya çıxmışdı. Faciənin qarşısını almaq üçün qəti tədbirlər görmək vaxtı çatmışdı. Həmin günlər barədə qocaman müəllim M. Axundovun xatirələri çox maraqlıdır. O yazır: “Bu vaxt bizim milyonçular İrana müraciət edib kömək istəyirdilər. İran isə ancaq üçüncü müraciətdən sonra cavab verir ki, biz sizin daxili işinizə qarışmırıq. Bundan sonra H.Z.Tağıyev Türkiyəyə, Ənvər paşaya müraciət edir. Ənvər paşa dərhal İstanbul müdafiəsindən seçmə Türk diviziyalarını çıxarıb Azərbaycana köməyə göndərir. Bu zaman Tovuzda atamgil qiymətdən ağır, çəkidən yüngül əşyaları yığıb qaçmağa hazırlaşırlar. Bir azdan xəbər çatır ki, Türklər eşalonla köməyə gəlirlər Atamgil əllərində duz-çörək, gözlərində yaş türkləri qarşılamaq üçün vağzala çıxırlar.
Türk diviziyaları Göyçayda ermənilərin qarşısını kəsir, onları qova-qova Bakıya daxil olurlar. Hər stansiyada bir zabit, 5-6 əsgər qoyurlar ki, yerli azərbaycanlılardan özünü müdafiə dastələri yaratsınlar.
Amma Türk diviziyalarının yerinə qoyulmuş ərəb diviziyalarının ingilislərə satıldığını görən Mustafa Kamal Paşa Atatürk Azərbaycandan diviziyaları geri çağırır (Bundan başqa ovyektiv və subyektiv səbəblər də olmuşdur. - Red). Beləliklə türklərin Göyçə gölünü və Dərbəndi Azərbaycana qaytarmaq planları yarımçıq qalır (“Vətən səsi”, 26 mart, 1993-cu il).
Doğrudan da həmir ağır günlərdə qardaş Türkiyəni kömək əli vaxtında yetişməsəydi Azərbaycan torpağının və azərbaycanlıların taleyinin necə olacağını, bütün bunların nə ilə nəticələnəcəyini təsəvvür belə etmək çətindir.
1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikası yarandı. İyun ayının 4-də, bir həftə sonra Azərbaycan Respublikası ilə Turkiyə dövləti (Osmanlı İmperiyası) arasında dostluq və qarşılıqlı yardım barədə müqavilə bağlandı.
ADR hökuməti, daha doğrusü, Milli Şura Tiflisdə təxminən üç həftəlik fəaliyyətdən sonra iyun ayının 16-da Gəncə şəhərinə köçdü.
Azərbaycan milli dövlətinin yaradılması və hökumətin müvəqqəti olaraq Gəncədə yerləşməsi bu qədim şəhərdə ermənilərin daha geniş şəkildə əl-qol açmalarına imkan vermədi, onların hazırladıqları bir çox murdar planlarını alt-üst etdi.
1918-ci ilin yayında qatı daşnak generalı Andronik Ozanyan Avropada baş verən hadisələrdən, yəni türk, ingilis, alman və rus münasibətlərinin kəskinləşdiyi vaxtda Azərbaycan torpaqlarını zəbt-etməyə, azərbaycanlıları qılıncdan keçirtməyə başladı. O öz dəstələri ilə Gəncə vilayətinin sərhədlərini keçərək Zəngəzura hücum etdi. Bu zaman Gəncə vilayətinin bəzi kəndləri də talan edilərək yandırıldı.
Sonrakı hadisələr təxminən belə davam etdi. Azərbaycana Türkiyədən silahlı qoşun hissələrinin köməyə gəldiyini görən daşnaklar müttəfiqlər sorağında çox yollara əl atdılar. Lakin S.Şaumyan və onun tərəfdarları iyul ayının sonunda istefa verməyə məcbur oldular. Bakıda hakimiyyəti eser-menşevik və yeni daşnaklardan ibarət Sentrokaspi diktaturası ələ aldı.
Az keçməmiş özünün çox gücsüz olduğunu başa düşən, Sentrokaspi ingilisləri kömək üçün Bakıya dəvət etdi. Lakin Odlar yurdunda ağalıq etmək arzusu ilə yaşayan yad və qondarma hökuməti nə ingilislər qoruya bildi, nə də özünün 14-cü maddəsi ilə gənc ADR-ə arxadan zərbə vuran Brest-Litovsk müqaviləsi.
Avqust ayının ikinci yarısında Azərbaycan dövlətinin qoşunları, eləcə də Türkiyədən öz qan qardaşlarını müdafiə etmək üçün gəlmiş türk hərbi dəstələri Bakı üzərinə qəti hücum planları hazırladılar.
1918-ci il sentyabrın 15-də general leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında Azərbaycan korpusu və üç gün sonra isə Nuru paşanın başçılığı ilə Türk qoşun hissələri Azərbaycan Demokratik Respublikasının paytaxtı Bakını menşevik, eser və daşnaklardan ibarət oyuncaq Sentrokaspi hökumətindən təmizlədi. İngilislər elə sentyabrın 15-də Bakını tərk etdilər. Öz xalqına sadiq döyüş sərkərdələrinin və kifayət qədər silahın olması bu ağır müharibədə igid Azərbaycan əsgərlərinə qələbə qazandırdı. 15 min nəfərlik qoşunla düşmənin 50 minlik ordusu tamamilə darmadağın olundu.
Azərbaycan hökuməti Bakıya köçdü.

VAQİF ARZUMANLI

V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov.

1918-ci il qırğınları. Tarixi araşdırmalar
B.: “Öyrətmən”. 1995. 90 səh.