Tanınmış şəxsiyyətləri
Tağıyeva Mirvari Məmməd qızı
Tağıyeva Mirvari Məmməd qızı 20 yanvar 1918-ci ildə Xankəndində anadan olmuşdur. 1969-cu ildə tibb elmləri doktoru, 1970-ci ildə isə professor fəxri adlarına layiq görülmüşdür. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci hospital-cərrahiyə kafedrasında assistent, dosent, 1979 ildən fakültə və hospital-cərrahiyyə kafedrasının professoru olmuşdur. Tədqiqatı, əsasən, öd yollarının fəsadlarına, qara ciyər və qarın boşluğu orqanlarının cərrahi müalicəsinə həsr olunmuşdur.