azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Tanınmış şəxsiyyətləri

Zəhra Şahtaxtinskaya

Zəhra Şahtaxtinskaya Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub. Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur.

Bir çox elmi əsərin, dərsliyin müəllifidir. Lenin ordeni ilə təltif edilmişdir.

1977-ci ildə Bakıda vəfat edib.