Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Ümumi məlumat ::: Tanınmış şəxsiyyətləri ::: Haqverdiyev Meshədi Zeynal :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Tanınmış şəxsiyyətləri

Haqverdiyev Meshədi Zeynal

Haqverdiyev Meshədi Zeynal

Məşədi Zeynal 1851-ci ildə Şuşa qəzasının Kərkicahan kəndində dünyaya gəlmişdir. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdı oğlu kimi məşhur mədəniyyət xadimlərinin mühitində boya-başa çatmış, Azərbaycanın musiqi həyatında görkəmli rol oynamış tarzənlərindən biri olmuşdur.

Məşədi Zeynal məşhur tarzən Əli Əsgərdən dərs almışdı. O hələ gənc ikən Şuşa məclislərinin yaraşığı olmuş, təkcə dinləyicinin deyil, musiqiçilərin də diqqətini özünə cəlb etmişdi. Məşədi Zeynal sədəfli tarında Çəkməçi Məhəmmədi, Əbdülbaqi Zülalovu, Məşədi Məhəmməd Fərzəliyevi, Şahnaz Abbası, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını uzun illər xalq məclislərində və "Şərq konsertləri"ndə müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə Məşədi Zeynal da çıxış etmiş, böyük məharət göstərmişdir.

Məşədi Zeynal Azərbaycan klassik musiqi xadimləri arasında şərəfli yerlərdən birini tutur. O, klassik tar məktəbinin fədailərindən biri idi. Məşədi Zeynal bütün ömrü boyu Azərbaycan musiqisinin inkişafı uğrunda çalışmışdır. O, varlıların, kübar ailələrin deyil, geniş xalq kütləsinin zövqünü, mənəvi ehtiyacını ödəmək üçün çalmış, ömrünün son günlərinədək sevimli tarından ayrılmamışdır.

Görkəmli tarzən Məşədi Zeynal 1918-ci ildə Bakıda vəfat etmişdir.