Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: İslam Konfransı Təşkilatı ::: Azərbaycan Respublikasına İqtisadi Yardım barədə 16/7-E IS saylı qətnamə :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

İslam Konfransı Təşkilatı

Azərbaycan Respublikasına İqtisadi Yardım barədə 16/7-E IS saylı
qətnamə

İslam Konfransı ölkələri xarici işlər nazirlərinin Mərakeş Krallığının Kasablanka şəhərində 13-15 dekabr 1994-cü il tarixdə keçirilmiş (Qardaşlıq və Dirçəliş) toplantısı qonşu Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar yaranmış vəziyyəti yada salaraq;
Ölkənin tarixinin çox ağır və kritik anında İslam Konfransı Təşkilatı üzvü olan ölkələrin Azərbaycan hökuməti və xalqı ilə yekdil həmrəyliyini təsdiqləyərək;
Bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edərək;
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində silahlı əməliyyatları, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını, təxminən bir milyon azərbaycanlının öz vətənindən zorla çıxarılması, təcavüz nəticəsində insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyərək;
Azərbaycan hökuməti və xalqı ilə İslam Konfransı Təşkilatına üzv dövlətlərin həmrəyliyini konkret şəkildə nümayiş etdirmək zərurətini lazım bilərək;
İKT-yə üzv olan bəzi ölkələrin və İKT-nin müvafiq qurumlarını, BMT qurumları və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi yardımı alqışlayaraq;
1. Dünya birliyindən Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son qoymaq, onların Azərbaycan ərazisindən qeydşərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ciddi və təsirli tədbirlər görülməsini tələb edir.
2. İKT-nin üzv dövlətlərinə və İslami qurumlara müraciət edir ki, Azərbaycan xalqının iztirab və əzablarını yüngülləşdirmək üçün Azərbaycan hökuməti və xalqına iqtisadi və humanitar yardım göstərsinlər.
3. Beynəlxalq təşkilatları Azərbaycana təcili humanitar və maliyyə yardımı göstərməyə çağırır.