Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: İslam Konfransı Təşkilatı ::: Azərbaycan Respublikasına İqtisadi yardım haqqında 21/30-E saylı QƏTNAMƏ* :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

İslam Konfransı Təşkilatı

Azərbaycan Respublikasına İqtisadi yardım haqqında
21/30-E saylı QƏTNAMƏ*

İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27-29 rabi-ul avval 1424-cü hicri il (28-30 may 2003-cü ilə müvafiqdir) kecirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı İKT Dövlət və Hökumət başçılarının IX Zirvə Konfransının qəbul etdiyi 21/9-E(_S) saylı qətnaməsini xatırlayaraq;
Eləcə də İKT Xarici işlər nazirlərinin XXIX Toplantısının 21/29-E saylı qətnaməsini xatırlayaraq; Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək;
BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək;
Ermənistanın Azərbaycanın Yuxarı Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20 faizinin işğalı, həmçinin qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində 1 milyonadək azərbaycanlının öz doğma yurdlarından zorla qovulmağa məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu təcavüz əməllərini pisləyərək;
İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;
Bir sıra İKT-yə üzv dövlətlərin və müvafiq qurumların, BMT təsisatlarının və beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışlayaraq və qiymətləndirərək;
Eləcə də, Baş Katibin məruzəsini nəzərə alaraq:
1. Üzv dövlətləri və İslam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.
2. Beynəlxalq təşkilatları Azərbaycanı təcili maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.
3. İKT Xarici işlər nazirlərinin XXXI Toplantısına bu haqda məruzə təqdim etməsini Baş Katibdən xahiş edir.

* Qətnamə (16/22-E) ilk dəfə İKT Xarici işlər nazirlərinin 1994-cü ildə Kasablankada keçirilmiş XXII Toplantısında və İKT Dövlət və Hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII Zirvə konfransında (16/7-E(İS)) qəbul edilmiş və o vaxtdan etibarən cüzi texniki dəyişikliklərlə İKT Xarici işlər nazirlərinin 1995-ci ildə Konakridə keçirilmiş XXIII Toplantısında (17/23-E), İKT Xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV Toplantısında (18/24-E), İKT Dövlət və Hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII Zirvə konfransında (18/8-E(İS)), İKT Xarici işlər nazirlərinin 1998-cı ildə Dohada keçirilmiş XXV Toplantısında (18/25-E), İKT Xarici işlər nazirlərinin 1999-cı ildə Uaqaduquda keçirilmiş XXVI Toplantısında (19/26-E), İKT Xarici işlər nazirlərinin 2000-cı ildə Kuala-Lumpurda keçirilmiş XXVII Toplantısında (20/27-E), İKT Dövlət və Hökumət başçılarının 2000-ci ildə Dohada keçirilmiş IX Zirvə konfransında (21/9-E(İS)), İKT Xarici işlər nazirlərinin 2001-ci ildə Bamakoda keçirilmiş XXVIII Toplantısında (21/28-E) və İKT Xarici işlər nazirlərinin 2002-ci ildə Xartumda keçirilmiş XXIX Toplantısında (21/29-E) qəbul edilmişdir