Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: İslam Konfransı Təşkilatı ::: İKT XARİCİ İŞLƏR NAZİRLƏRİNİN 19-21 İYUN, 2006-CI İLDƏ BAKIDA KEÇİRİLƏN 33-CÜ SESSİYASI Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəni :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

İslam Konfransı Təşkilatı

İKT XARİCİ İŞLƏR NAZİRLƏRİNİN 19-21 İYUN, 2006-CI İLDƏ
BAKIDA KEÇİRİLƏN 33-CÜ SESSİYASI
Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində islam tarixi və mədəni

İKT dövlət və hökumət başçılarının Zirvə toplantılarının və digər İKT konfranslarının, xüsusilə İKT dövlət və hökumət başçılarının X Zirvə toplantısının qəbul etdiyi qətnamələri xatırladaraq,
İKT Nizamnaməsinin islam irsinin qorunması və müdafiəsi barədə səylərin birləşdirilməsinə dair məqsəd və prinsiplərindən çıxış edərək,
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdəki Azərbaycan tarixi, mədəniyyəti, arxeologiyası, etnoqrafiyasının Azərbaycan tarixi və mədəniyyətinin ayrılmaz hissəsi olduğunu dərk edərək,
BMT Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını, habelə Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək,
Ermənistan tərəfindən etnik təmizləmə məqsədilə Azərbaycanda məscidlərin və digər müqəddəs islam məbədlərinin tam və vəhşicəsinə dağıdılmasının vandalizm aktı olduğunu təsdiq edərək,
Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən islam irsinə vurulmuş böyük zərərin - nadir islam mədəniyyəti və memarlıq abidələrinin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya qismən dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların çıxarılması və məhv edilməsi faktları nəzərə alaraq,
Azərbaycan xalqı və hökumətinin bununla əlaqədar narahatlığını tam bölüşərək,
Bu məsələyə dair İslam Konfransı Təşkilatı Baş Katibinin hesabatını nəzərdən keçirərək,
1. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.
2. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini qəti surətdə tələb edir.
3. Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə islam mədəni dəyərlərinin qorunmasına regional və beynəlxalq səviyyədə yönəldilmiş səylərini dəstəklədiyini ifadə edir.
4. Azərbaycanın ona dəymiş ziyanın müqabilində təzminat almaq hüququna malik olduğunu və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam məsuliyyət daşıdığını təsdiq edir.
5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.
6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi, İKT və digər ixtisaslaşmış qurumlar və onların bölmələri arasında koordinasiyanın həyata keçirilməsi ilə əlaqədar İKT Baş Katibinə, həmçinin həmin təşkilatlara, xüsusilə İslam İnkişaf Bankı, İSESCO-ya Azərbaycan Respublikasında islam tarixi abidələrinin qorunması layihələrinin icrası proqramına sayğı ilə yanaşdıqları üçün minnətdarlığını ifadə edir.