Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: İslam Konfransı Təşkilatı ::: İSLAM KONFRANSI TƏŞKİLATININ 13-14 MART, 2008-Cİ İLDƏ DAKARDA KEÇİRİLƏN 11-Cİ ZİRVƏ GÖRÜŞÜ Üzv ölkələrə, İKT üzvü olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım fəaliyyəti ilə bağlı 2/11-E (IS) saylı qə :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

İslam Konfransı Təşkilatı

İSLAM KONFRANSI TƏŞKİLATININ 13-14 MART, 2008-Cİ İLDƏ
DAKARDA KEÇİRİLƏN 11-Cİ ZİRVƏ GÖRÜŞÜ
Üzv ölkələrə, İKT üzvü olmayan ölkələrə və müsəlman icmalarına iqtisadi yardım fəaliyyəti ilə bağlı 2/11-E (IS) saylı qə

(B)Azərbaycan Respublikasına iqtisadi yardım haqqında qətnamə

İKT dövlət və hökumət başçılarının X Zirvə Toplantısının qəbul etdiyi 21/10-E (IS) saylı Qətnaməni xatırladaraq;
Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək;
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək;
Ermənistanın təcavüzü, Azərbaycan ərazisinin 20%-dək işğalı, 1 milyon azərbaycanlı əhalinin öz torpaqlarından zorla qovulması və beləliklə də qəddar etnik təmizləmə ilə nəticələnən Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qızışdırdığı təcavüzkar separatizmi ittiham edərək;
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycana dəymiş iqtisadi zərərin həcminin 60 mlrd. ABŞ dolları olduğunu nəzərə alaraq;
Bir sıra İKT üzvü olan dövlətlərin və müvafiq qurumların, BMT təsisatlarının, beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışladığını ifadə edərək, Eləcə də Baş katibin məruzəsini nəzərə alaraq:
1. Üzv dövlətləri və islam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.
2. Beynəlxalq təşkilatları Azərbaycanı maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.