Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: İslam Konfransı Təşkilatı ::: İSLAM KONFRANSI TƏŞKİLATININ 13-14 MART, 2008-Cİ İLDƏ DAKARDA KEÇİRİLƏN 11-Cİ ZİRVƏ GÖRÜŞÜ İslamın müqəddəs yerlərinin qorunması haqqında 2/11-C (IS) saylı qətnamə :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

İslam Konfransı Təşkilatı

İSLAM KONFRANSI TƏŞKİLATININ 13-14 MART, 2008-Cİ İLDƏ
DAKARDA KEÇİRİLƏN 11-Cİ ZİRVƏ GÖRÜŞÜ
İslamın müqəddəs yerlərinin qorunması haqqında 2/11-C (IS) saylı qətnamə

(C)Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması.

Ermənistan tərəfindən işğal edilmiş ərazilərdəki Azərbaycan tarixi, mədəniyyəti, arxeologiyası, etnoqrafiyasının İslam irsinin ayrılmaz hissəsi olduğunu və qorunulmasının zəruriliyini vurğulayaraq;
BMT Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını, habelə Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrini bir daha təsdiq edərək;
Ermənistan tərəfindən etnik təmizləmə məqsədilə Azərbaycanda məscidlərin və digər müqəddəs islam məbədlərinin tam və vəhşicəsinə dağıdılmasının vandalizm aktı olduğunu bir daha təsdiq edərək;
Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən islam irsinə vurulmuş böyük zərərin - nadir islam mədəniyyəti və memarlıq abidələrinin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya qismən dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmalarının çıxarılması və məhv edilməsi faktları nəzərə alaraq;
Azərbaycan xalqı və hökumətinin bununla əlaqədar narahatlığını tam bölüşərək; 1. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini kəskin şəkildə ittiham edir.
2. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini qəti surətdə tələb edir.
3. Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə islam mədəni dəyərlərinin qorunmasına regional və beynəlxalq səviyyədə yönəldilmiş səylərini dəstəklədiyini bir daha təsdiq edir.
4. Azərbaycanın ona dəymiş ziyanın müqabilində təzminat almaq hüququna malik olduğunu hesab edir və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam məsuliyyət daşıdığını təsdiq edir.
5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.
6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsi, İKT və digər ixtisaslaşmış qurumlar və onların bölmələri arasında koordinasiyanın həyata keçirilməsi ilə əlaqədar İKT Baş Katibinə, həmçinin həmin təşkilatlara, xüsusilə İslam İnkişaf Bankı, İSESCO-ya Azərbaycan Respublikasında islam tarixi abidələrinin qorunması layihələrinin icrası proqramına sayğı ilə yanaşdıqları üçün minnətdarlığını ifadə edir.