Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Müsahibə ::: Flora xanım millət vəkili kimi hər bir seçicinin yanındadır – ÖZƏL 26 Oktyabr 2015 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Müsahibə

Flora xanım millət vəkili kimi hər bir seçicinin yanındadır – ÖZƏL 26 Oktyabr 2015

Qısa bioqrafiya: Flora Qasımova Xankəndində anadan olub. İşğaldan əvvəl Nizami Gəncəvi adına 4 saylı məktəbdə təhsil alıb. İndiki Azərbaycan Pedaqoji Unuversitetini bitirib, Xankəndi şəhərinə qayıdaraq həmin məktəbdə riyaziyyat müəllimi, tədris hissə müdiri işləyib. Həmin dövrdə Keçmiş Dağlıq Qarabağ Vilayət Sovetinin deputatı seçilib. Sonralar həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin hərbi işi ilə əlaqədar Bakıya köçüb, bir müddət DİN-nin Pasport Qeydiyyat idarəsində katibliyin rəisi, 2010-cu ildə 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Bu ilin noyabr ayının 1-də keçiriləcək parlament seçkilərində Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınıb.

Görüşəndə ilk öncə şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq milli müstəqilliyimizin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin ruhuna rəhmət dilədim. Bildirdim ki, Şirin kimi insanlar ölümləri ilə Qarabağ savaşında neçə-neçə qəhrəmanlar yetişdiriblər. Sözün bu yerində Babəkin tarixi bir sözü yadıma düşür. “Azadlıq uğrunda bir nəfər şəhid olursa sabah üç nəfər ayağa qalxır”.Bu mənada düşünmək olar ki, Şirin Mirzəyevin keçdiyi həyat yolu, onun qəhrəmanlığıbundan sonra da neçə-neçə Mübarizlər yetişdirəcək.

Xatirələrini danışdıqca Flora xanımda milli qəhrəmanın xanımına layiq bir qətiyyət hiss etdim. Bildirdi ki, Qarabağ məsələsinin qlobal səbəbi Azərbaycanın çox mühüm geosiyasi müstəvidə yerləşməsi, böyük dövlətlərin maraqlarının bu regionda toqquşması və sair bu kimi faktlarla bağlıdır. Belə bir mürəkkəb şəraitdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət bizə böyük ümidlər verir. Ulu tanrının və Ali Baş Komandanımızın köməkliyi ilə biz mütləq o torpaqlara qayıdacağıq. Bunun üçün hər birimiz qulluq mövqeyindən asılı olmayaraq cənab Prezidentimizinətrafında daha da sıx birləşməliyik.

Müsahibim söhbətini davam etdirərək sonra bildirir ki, Azərbaycan tarixən müxtəlif xalqların birgə yaşadığı ərazi olub və bu indidə belədir.Fikrimizi bir qədər də dəqiqləşdirsək belə demək mümkündür ki, müstəqillik dövründə müsbət meyillər nəinki qorunub saxlanılmış, həm də inkişaf etdirilmişdir. Çox təəsüflər olsun ki, nankor, nanəcib ermənilər bunu başa düşmək istəməyiblər. Çörəyimizi yeyib, torpaqlarımızda gəzib, üzümüzə ağ oldular.

Utanmadan Stepanakertin yubileyini qeyd edirlər. Onlar adı bolşevik dövründə qoyulmuş Stepanakertin adını da dəyişməyə cürət etmirlər.Cünki bütün tarixi mənbəələrdə bu yerin adı Xankəndi kimi çəkilir və Azərbaycanın Qarabağ xanlığının istirahət etdiyi tarixi əraziləridir.

Sonra qeyd etdi ki, Heydər Əliyev Sovet dönəmində bu cür məsələləri daim diqqət mərkəzində saxlayırdı. Xankəndində baş verən separatçı hadisələrin qarşısı dərhal alınırdı. Ermənilər ulu öndərimizin dəmir iradəsi qarşısında aciz idilər.

70-ci illərin əvvəlində müdrik şəxsiyyətin siyasi iradəsi iləXankəndindəAzərbaycan Pedaqoji İnstitutunun filialı, sonra isə SSRİ-nin 50 illiyi adına müstəqil fəaliyyət göstərən Pedaqoji İnstitutun yaradılmasıHeydər Əliyevin uzaq görən siyasətinin nəticəsi idi. Pedaqoji İnstitutda azərbaycanlı tələbələrin təhsil alması, burada işləyən müəllimlərin ailələri hesabına Xankəndində azərbaycanlıların sayı xeyli artırdı. İşğaldan qabaq bizim şəhərdə 15 min azərbaycanlı yaşayırdı. Bir anlıq təəssüf hissindən sonra sözünə davam edərək Flora xanım qeyd edir ki, əminəm ki, müstəqliik illərinin əvvəllərində ulu öndər Azərbaycana rəhbərlik etsəydi Dağlıq Qarabağ hadisələri baş verməzdi.

Bütün bunları deməkdə məqsədim odur ki, Qarabağın tarixi unudulmamalıdır. Xüsusən gənc nəslin Qarabağ yanğısı ilə yetişməsində ciddi ideoloji iş aparılmalıdır. Hər birimiz bu sahədə öz əməyimizi ortaya qoymalıyıq. Bir sözlə elə etmək lazımdır ki, yağı düşmən birdə belə fikrə düşməsin. Bildirdiki, hazırda Xankəndindən10 mindən yuxarı məcburi köçkünlərimiz respublikanın 32 rayon və şəhərində məskunlaşıblar.Ölkə başçısının apardığı siyasətə uyğun olaraq onlar lazımi qayğı ilə əhatə olunurlar. Təşəbbüsümlə Ramana qəsəbəsində o vaxtlar Xankəndində fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 saylı orta məktəbi bərpa etmişik. Xankəndindən olan uşaqlar orada təhsil alır. İşsiz qalan müəllimlərimiz işlə təmin olunub.

Düşünürəm ki, bütün bunlar hələ azdır. Xankəndindən olan məcburi köçkünlərimizi öz ətrafında birləşdirən icra strukturları yaradılmalıdır. Deyə bilərəm ki, bu, artıq vətəndaşlarımız tərəfindən qaldırılan sosial sifarişdir. Bununla bağlı seçicilərimin təklifləri əsasında Milli Məclisdə məsələ qaldırmışam. Həmkarlarım da mənimlə eyni fikirdədirlər. Milli Məclisin sədri məsələyə müsbət münasibət bildirib. Xankəndi Şəhər İcra Hakimiyyətinin yaradılması barədə qaldırılan məsələni bundan sonra da davam etdirmək fikrindəyəm.

Milli Məclis üzvüyünə namizədliyi qeydə alınmış Flora Qasımova seçki qabağı keçirdiyi görüşlərindən də danışır. Bildiyim qədər Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda böyük xidmətlər göstərmiş bu ailənin xanımı əsl ziyalı, qayğıkeş bir insan kimi seçiciləri tərəfindən daim rəğbətlə qarşılanır.

Deputat kimi bundan əvvəlki fəaliiyəti dövründə də daim seçicilərinin yanında olduğundan onların qayğılarını dərindən bilir və onların həlli yolunda yorulmadan iş aparır. Məhz elə bu səbəbdəndir ki, görüşlərdə əksəriyyət seçicilər vurğulayırlar ki, Flora Qasımovanı yenidən Milli Məclisə üzv seçəcəklər.

Təmkini, peşəkarlığı və siyasi təcrübəsi ilə seçilən, arqumentlərini tutarlı faktlarla əsaslandıran, yaşının müdrik dövrünü yaşayan Flora xanımınən böyük arzusu isə seçiciləri iləXankəndində görüşməkdir.

Bu yolda Sizə uğurlar arzulayırıq Flora xanım!

Namiq Quliyev

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının bələdiyyələrlə iş departamentinin direktoru, politoloq

İdeologiya.az