Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Müsahibə ::: “22 ildir doğum şəhadətnamələrində Xankəndi adı yazılmır” 03 İyun 2014 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Müsahibə

“22 ildir doğum şəhadətnamələrində Xankəndi adı yazılmır” 03 İyun 2014

Modern.az-ın müsahibi “Xankəndi” Məcburi Köçkünlərinə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyevadır.

– Necə oldu ki, “Xankəndi” Qeyri-Hökumət Təşkilatı yaratmağı qərara aldınız?

– Qeyri-hökumət təşkilatın yaradılması ideyası Xankəndi 122-ci dairədən seçilmiş millət vəkili Flora Qasımovadan gəldi. 1988-ci ildən etibarən Xankəndi boşaldılıb və indiyə qədər heç bir təşkilatlarda təmsil olunmayıb. Onun adına heç bir ictimai qurum da yoxdur. Məhz Flora Qasımova deputat seçilən kimi ilk təşəbbüs kimi qeyri-hökumət təşkilatının yaradılması təklifini irəli sürdü və bunu həyata da keçirdik. Hələ təşkilatın yaradılmasına tam razılıq alınmasa da, artıq biz bir sıra işlər həyata keçirirdik. Bu təşkilat yaradılana qədər Xankəndi əhalisi ilə görüşlərimiz, əhalinin sayının dəqiqləşdirilməsi, yerli əhalinin harada məskunlaşması haqqında məlumatlar dəqiqləşməmişdi.

– Hansı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirsiniz?

– “Şuşa” İctimai Birliyi, “Xocalı” İctimai Birliyi, Əlillər Cəmiyyəti və digər təşkilatlarla qarşılıqlı əlaqələrimiz var.

Birliyi yaradan zaman qarşıya qoyulan əsas prinsip nədən ibarət oldu?

– Əsas prinsip gənclərimizə Xankəndini tanıtdırmaq və onları bu yöndə maarifləndirməkdir. Çünki, bir çox gənclərimiz bu barədə məlumatsızdırlar. Buna görə də, bir çox ali məktəblərdə gənclərlə Xankəndi barədə söhbətlərimiz olub. Mən o gəncləri qınamıram, əgər heç yerdə belə məlumatlar getməyibsə, onlar göz açıb Xankəndini görməyiblərsə...Bəziləri heç bilmir ki, əvvəl necə adlanıb, harda yerləşir. Əsas işimiz bu yöndə maarifləndirmə işləri aparmaqdır

– Birliyinizin rəsmi saytı varmı?

– “Xankəndi.az” saytımız var, mütəmadi olaraq xəbərlərimiz yenilənir. Orada Xankəndlilər, sayı, yerləşmə arealı haqqında məlumatlar öz əksini tapır.

– Ən yaşlı xankəndlilər haqqında məlumatlarınız varmı?

– Bəli. Bir sıra araşdırmalar apardıq və yaşlı Xankəndi sakinlərilə əlaqələr yaratmağa nail olduq. Bunlardan 92 yaşlı Şükufə müəllimə, 97 yaşlı Qaçay müəllimin adını çəkə bilərəm. Hazırda hər ikisi də Bakıda yaşayır. Onların varlığı ermənilərə bir mesajdır, doğum şəhadətnaməsindən tutmuş şəxsiyyət vəsiqəsinə qədər bütün göstəricilərini əldə etdik, hətta çəkiliş də apardıq. 94 yaşlı Xankəndi sakini Kərim baba ilə görüşdük. Daha çox Bakıda və Gəncədə məskunlaşan Xankəndi sakinlərlə görüşüb, müsahibələr etdik. Azərbaycan Dövlət Televiziyası da orada çəkiliş apardı. İndiyə qədər gördüyümüz işlərin hamısı demək olar ki, ümumi xarakter daşıyıb.

– Xankəndi haqqında arxiv materialların toplanmasında kimlərin köməyi olub?

– Bunu Xankəndi sakinlərinin köməyilə həyata keçirdik. Ayrı-ayrı evlərdən ailə albomlarını toplayıb lazımi fotoları əldə etdik. Bu fotolar sayəsində səyyar sərgilərin təşkilini həyata keçirdik. Daha sonra Nizami Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbinin açılışına nail olduq. İlk qurumumuz məhz Ramanıda olan bu məktəbimizdir. Xankəndi sakinlərinin ev arxivlərindən toplanmış şəkillər əsasında 15 stend hazırladıq. Bu stendlərin əsasında Slavyan Universitetində, Xarici Dillər Universitetində , Gəncə Dövlət Aqrar Universitetində, eləcə də, bir çox yerdən olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərin mədəniyyət evlərində sərgilər keçirdik. İlk sərgini bu il aprel ayının 24-də keçirdik, buna səbəb qondarma “soyqırım günü”idi. Biz məhz həmin ərəfədə sərgi keçirilməsinin doğru olduğunu düşündük. Həmin stendlərdə bir ailənin 7 və digər bir ailənin 8 üzvünün amansız qətl olunması öz əksini tapıb. Bu ermənilərə bir mesaj idi ki, ermənilər özü erməni əsilli Azərbaycan vətəndaşıdırlar. Onlar bizim torpaqlarımızda məskunlaşmışdılar. Digər bir sərgimiz Heydər Əliyevin doğum günü ərəfəsində oldu.

Publisist-jurnalist Aydın Qarabağlının kitabı əsasında onunla görüş keçirdik. Həmin kitabda 1800-cü ildən yaşayan nəsil şəcərəsinin tam toplusu öz əksini tapıb. Şəcərə indiyə qədər də davam edir.

– Xankəndi icra hakimiyyəti, qadınlar şurası , nümayəndəliyi yoxdur. Birlik olaraq qarşıda duran məqsədləriniz nələrdən ibarətdir?

– Təşkilatın yaranmasında əsas məqsəd maarifçilik olub. Çünki, əksər cavanlarımız heç Xankəndinin adını da bilmir, bunun üçün təbliğat, maarifçilik işləri aparmalıyıq. Təbii ki, icra strukturları da yaratmaq lazımdır. Xankəndi icra hakimiyyətindən daha çox nümayəndəlik yaradılmasına nail olmaq istərdik.

– Xankəndindən çıxan insanlar indi daha çox hansı ərazilərimizdə məskunlaşıblar?

– Daha çox Bakıda, Pirşağıda, Qızılqumda, Biləcəridə və s. Təsəvvür edin ki, 15 min əhali 53 rayonda yerləşib. Pərakəndə şəkildəyik, çox çətindir. Nümayəndəlik olsa, Xankəndlilərin tam sayı da bəlli olar.

– Xankəndlilərin əsas problemləri nədir?

– Şuşa, Xocalı, Kəlbəcər, Ağdam sakinlərinə edilən güzəştlər xankəndlilərə verilmir. Xankəndlilər yalnız kommunal xərclərdən azaddırlar. Bəzi şeylərdə xankəndlilərin sayı itir. Xankəndi heç bir doğum şəhadətnaməsində yazılmırsa, biz hansı Xankəndindən danışa bilərik.

– Hazırda nə qədər xankəndili var?

– Hazırda 15 mindən çox xankəndili var. Əvvəl şəhər adından cəmi 37 şəhid gedirdi. Lakin Birlik yaradılandan sonra araşdırmalar aparıldı və məlum oldu ki, 107 şəhidimiz var. Onu da deyim ki, araşdırmalarımız davam edir. Hətta bir çox Xankəndindən olan şəhidlərin anadan olduğu yer olaraq başqa şəhər göstərilib. Bir neçə şəhid anası bundan narazılığını da dilə gətirib. Artıq 75 şəhidin şəkillərini əldə etdik və stend də hazırladıq. Lakin şəklini tapa bilmədiklərimizin də ev arxivlərindən tapmağa çalışırıq. İki Milli Qəhrəmanımız var. Şirin Mirzəyev, Nizami Məmmədov, fəxri fərman almış Fərhad Atakişiyev, Natiq və Namiq Şahmuradov qardaşları. Onlar son damla qanına qədər vuruşublar.

Gülşən RAUFQIZI