Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Müsahibə ::: 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımovanın "Qarabağ" qəzetinə müsahibəsi (№ 11-611), 1 İyul 2015 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Müsahibə

122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımovanın "Qarabağ" qəzetinə müsahibəsi (№ 11-611), 1 İyul 2015

Flora Qasımova: “Qarabağ məsələsində Azərbaycan yalnız öz gücünə güvənməlidir”.

Adətən yubileylərdə, ad günlərində insanın qəlbini xoş duyğular bürüyür, xüsusən də dəyər verdiklərin sənə diqqət ayırıb yada salanda... Şəxsi ad günü olmasa da, bu günlər bizim üçün mühüm olan bir yubiley ərəfəsindəyik. Bizi qucağında böyüdən torpağın adının daşıyıcısı və bizim qucağımızda min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığımız “QARABAĞ”ın 25 yaşı tamam olur. Kövrək, nisgilli, eyni zamanda qürurverici xatirələrim çözələnib gedir. “Qarabağ”a gah 25 yaşlı döyüşkən ruhlu cəngavər kimi baxıram, gah da yaşı bilinməyən qocaman dərd dəyirmanı kimi...

- Taleyinə nələri görmək, nələrdən danışmaq yazılıbmış ay “Qarabağ”?

Belə önəmli gündə qəmli notlar üzərində köklənmək istəməsəm də, “Qarabağın” yaddaşına iz salan qəhrəmanlarını, qeyrətli Vətən övladlarını xatırlamamaq mümkün deyil. Elə insanlar var ki, onlarla görüşüb bir-iki dəqiqə dərdləşməyin özü böyük təsəlli, dinclikdir.

Qəzetimizin yubileyi ərəfəsində Milli Məclisin deputatı Flora xanım Qasımovanı görmək istədim. Çünki Flora xanım bizim üçün deputatlığından əvvəl bir zamanlar şücaəti ilə qəzetimizin səhifələrini bəzəyən Azərbaycanın Milli Qəhrəmanı, mərhum Şirin Mirzəyevin yadigarı – həyat yoldaşıdır. Flora xanım bizim üçün həm də ona görə əzizdir ki, o, zamanın bütün dönəmlərində səmimiliyini, sadəliyini, xeyirxahlığını qoruyub saxlamış, nəslinin – kökünün tərbiyəsindən qopmamış insandır...

- Flora xanım, quş qanadlı illər “Qarabağ”ı 25 yaşa çatdırdı, ammahəsrətimizə neçə yaş vermək olar, deyə bilmirəm. Hərdən mənə elə gəlir ki, biz çox-çox qocaman dərd ünvanıyıq...

- Yaxşı bilirəm ki, siz hər səhər evdən çıxıb “Qarabağ”a gedirəm söyləyəndə hansı əzabları çəkirsiniz. Kaş ki, bir gün hamılıqla Qarabağa gedirik! – deyə bilərdik. Sizin redaksiyada çalışan zərif cinsin nümayəndələrinin gözlərindəki kədərin əridiyini, sifətinin güldüyünü görəydik. Vaxtilə “Qarabağ”ın ilk aylarında olduğu kimi, Qarabağlı günlər yaşayaydıq. Acılar olsun ki, yandırılan kəndlərimizin, səhərlərimizin batan harayı kimi bizim də səsimiz eşidilməz oldu. Gözümüz görə-görə, ürəyimiz əzilə-əzilə Qarabağımız əlimizdən alındı. Bizi candan-qandan ayırdılar. Hansı qarabağlı istəməz ki, dünyanın bəxtəvər çağında olduğu kimi, yenidən öz doğulduğu yerə - Şuşasına, Xankəndinə, Ağdamına, Füzulisinə, Zəngilanına, Qubadlısına, Cəbrayılına, Kəlbəcərinə, Laçınına getməyə, elini, obasını görməyə? Qarış-qarış gəzdiyim dilbər guşələrdən ötrü ürəyimin başı göynəyir. Dərələrdən, dağlardan aşaraqdoğma Xankəndimə getmək istəyirəm. Dağlar dumanlı, yollar isə bağlıdır...

- Flora xanım, sizcə, bu yolların açılışı daha çox kimlərdən asılıdır: 20 ildə o başa-bu başa Ermənistanla Azərbaycan arasında yol ölçən ATƏT-in Minsk Qrupundanmı?

- Adlarını saydıqlarınızın heç birinin Qarabağın alınması üçün faydası yoxdur. Azərbaycan bütün yüksək məqamlara öz gücü ilə nail olduğu kimi, Qarabağ məsələsini də yalnız öz gücünün, siyasətinin hesabına həll edə bilər. Doğrusu, son illərin uğurlarını ölkəmizin dünya arenasında nüfuzunu, iqtisadi sosial-mədəni inkişafını nəzərə alaraq inanıram ki, xalqımız mütləq əzəli torpaqlarının sahibi olacaq. Bu gün Azərbaycanda möhtəşəm idman yarışları – “Bakı-2015” I Avropa Oyunları gedir. Dünyanın 50-dən artıq ölkəsindən həm idmançılar, həm də digər mütəxəssislər, jurnalistlər gəlib. Açılış mərasimində bir sıra yüksək səviyyəli dövlət başçılarının və dövlət rəsmilərinin təşrif buyurması da ölkəmizin böyük nüfuz sahibi olmağının göstəricisidir. Bundan əvvəl də artıq dünya dövlətləri Azərbaycanın qazından, neftindən, iqtisadi gücündən, mədəniyyətindən, qonaqpərvərliyindən məlumatlı idilər. Allah ölkəmizə çox böyük sərvətlər qismət edib. Amma bu sərvətlərlə bərabər, bizə erməni adlı bədxah, paxıl qonşu da qismət edib. 23 ildir Qarabağın yeraltı-yerüstü sərvətləri düşmənlərimiz tərəfindən talanır. Kəlbəcərin qızıl yataqlarından, mineral sularından, Ağdərənin, eləcə də Qarabağın işğalda qalan ərazilərində 72 adda qiymətli elementdən ermənilər atalarının malı kimi bol-bol bəhrələnir, dünya satışına çıxarırlar.

Bu gün tərəqqiyə, inkişafa can atan Azərbaycanda hərtərəfli abadlıq-quruculuq işləri gedir. Biz müəyyən tədbirlərlə bağlı tez-tez ölkəmizin müxtəlif bölgələrində oluruq. Şəmkirə gedəndə yolboyu səliqə ilə düzülmüş taxıl zəmilərini, rayonun yaraşıqlı görkəmini gördükcə həm qürurlandım, həm də özümdən asılı olmayaraq qeyri-adi gözümdən yaş axdı. Düşündüm ki, ötən bu illərdə Qarabağın o münbit torpaqlarında nələr yaratmaq olardı?! İşğalda olmasaydı, dövlətimiz bütün yeniliklərə o ərazidən başlayardı...

Vaxt gələcək bütün qaranlıq məqamlar açılacaq. Qarabağ savaşında xalq məğlub olmadı. Bacarıqsız, səriştəsiz rəhbərlər məğlub oldu. Bu müharibədə ölkəmizə milyardlarla ziyan dəyib. Kim ödəyəcək onu: acından ölən Ermənistanmı? Mən Xankəndi ərazisindən deputat seçilmişəm. Xankəndlilər 40-a yaxın rayona səpələnib. Onların hamısını axtarmaqproblemləri ilə tanış olmaq asan olmur...

- Flora xanım, üzünüzə demək olmasın, Xankəndi camaatısizdən çox razılıq edir, növbəti seçkilər zamanı yenidən Sizi görmək istəyirlər... Açığını deyək ki, əməli işiniz var ortada. Sizin təşəbbüsünüzlə tikilən N.Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində olmuşam. həqiqətən müasir standartlara tam cavab verən bir təhsil ocağıdır.

- Ondan əvvəl Xankəndinin əvvəlki indeksi ilə rabitə şöbəsi, Xankəndi.az saytı açdırmışıq. Xankəndililərə dəstək məqsədilə qeyri-hökumət təşkilatı yaratmışıq. Yeri gəlmişkən, həmin təşkilatın dəstəyi ilə “Xankəndi” adlı sənədli film çəkilib. Xankəndinin həqiqətlərini özündə dolğun əks etdirən filmdə erməniləri ifşa edən dəqiq faktlar var. Filmin xarici dilə tərcümə edilməsini və yayımlanmasını da nəzərdə tutmuşuq. Sağlıq olsun, planlarımız çoxdur...

- Allah sizə cansağlığı versin, siz savaşların içində bərkiyən ürəyi təpərli, qeyrətli bir xanım olmaqla bərabər, biimçün həm də bir qəhrəmanın yadigarısınız.

- Çox sağ ol Zəkurə, əsl mən sizə çox sağ olun deyirəm ki, bütün maddi-mənəvi çətinliklərə baxmayaraq indiyə qədər “Qarabağ” qəzetini yaşada bilmisiniz. Sanıram ki, bu qəzet Qarabağın özü olmasa da, həqiqətləri danışan dilidir, sözüdür! Və o sözün işığında yurd yerlərimiz, qəhrəmanlarımız, təəssüf ki, həm də satqınlarımız olduqca aydın görünür. Mən sizin əməkdaşların əksəriyyətini elə döyüşçü hesab edirəm. Başda Çingiz müəllim olmaqla sən də, rəhmətlik Sarvan da, Kərim də hamınız əsgər şinelindən keçmiş jurnalistlərsiniz.

- Həmişə olduğu kimi, səmimi söhbət üçün təşəkkür edirəm, Flora xanım! Qarabağda görüşmək arzusu ilə...

Zəkurə QÜDRƏTQIZI