Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: Avropa Şurası Parlament Assambleyası ::: Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair bəyannaməsi (15 aprel 1993-cü il) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Avropa Şurası Parlament Assambleyası

Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsinin
gərginləşməsinə dair bəyannaməsi
(15 aprel 1993-cü il)

Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi və, xüsusilə, döyüş ərazisinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır. Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası Sədrinin bütün hərbi əməliyyatların dərhal dayandırılması tələbini dəstəkləyir və regionun sülh və təhlükəsizliyinə təhlükə yaradan bütün qüvvələrin çıxarılmasına çağırır.
Münaqişənin uzunmüddətli həllinin yalnız beynəlxalq hüquq və Avropa Şurası və ATƏM-in prinsip və öhdəliklərinə hörmət, xüsusilə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, azlıqların müdafiəsi və insane hüquqları və əsas azadlıqlarına hörmət edilməsi vasitəsilə əldə oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:
- döyüş ərazisinin Azərbaycanın Kəlbəcər rayonunadək genişlənməsinin bütün regionun demokratik gələcəyi və sabitliyinə təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə dair ciddi narahatçılığını ifadə edir;
- bu vəziyyətin ATƏM çərçivəsində siyasi danışıqlar prosesinə təhlükə olması faktına təəssüflənir;
- güc vasitəsilə həllin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməyəcəyini bəyan edir;
- həmçinin mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə regiona və xüsusilə, münaqişənin təsir etdiyi bütün ərazilərə beynəlxalq humanitar yardım səylərinin maneəsiz buraxılmasına çağırır;
- münaqişə tərəflərindən sülh yolu ilə tənzimlənməyə daha artıq təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir;
- hərbi əməliyyatlara son qoyulmasının yeganə yolunun, gücdən istifadə etməkdən imtina etməklə yanaşı, ATƏM-in Minsk qrupu çərçivəsində danışıqların vicdanla aparılması olduğunu qeyd edir.

(Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir
müavinlərinin 492-ci iclasında qəbul edilmişdir)