azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Avropa Birliyinin qəbul etdiyi sənədlər

Brüssel, 22 may 1992-ci il

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ regionunda döyüşlərin son vaxtlar intensivləşməsi ilə bağlı dərin narahatlığını bildirir və hər hansı bir tərəfdən güc tətbiq edilməsini qəti şəkildə pisləyir. Birlik və ona üzv olan dövlətlər davamlı döyüşlər nəticəsində əhalinin yenidən üzləşdiyi əzab-əziyyətdən və insan tələfatından təəssüflənir.
Dağlıq Qarabağın erməni və Azərbaycan əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalqları, hər iki hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etdikləri nəticəsində, eyni səviyyəli mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna görə də Birlik və ona üzv olan dövlətlər qəbul edilmiş prinsip və öhdəliklərə zidd olaraq ərazi bütövlüyünə qarşı və ya, mülki əhalinin daimi yaşayış yerlərindən qovulması da daxil olmaqla, siyasi məqsədlərə nail olmaq üçün gücə əsaslanan hərəkətləri pisləyir. Azərbaycan və erməni əhalisinin fundamental hüquqları mövcud sərhədlər məzmununda tam şəkildə bərpa edilməlidir.
Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana müraciət edərək, maksimal dərəcədə təmkinlik nümayiş etdirməyə və ATƏM prosesinə konstruktiv töhfə verməyə çağırır. Bu mənada Birlik və ona üzv olan dövlətlər bütün tərəfləri Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi istiqamətində iş aparmağa və Dağlıq Qarabağ icmalarının təmsil olunmaları şərtlərinə dair razılıq əldə etməyə dəvət edir ki, onsuz davamlı sülhün bərqərar olması mümkün deyil.