azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Avropa Birliyinin qəbul etdiyi sənədlər

Brüssel, 18 iyun 1992-ci il
Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən döyüşlər ilə bağlı dərin narahatlığını bildirir. Birlik və ona üzv olan dövlətlər böhranın həllinə qətiyyən kömək etməyən hər hansı gücün tətbiq edilməsini ciddi şəkildə pisləyir. Onlar böhrana qatılan tərəfləri təmkinliliyə dəvət edir və növbəti əzab-əziyyət və ya insan tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır. Birlik və ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri nüfuzlarından istifadə edərək baş verən dəhşətli zorakılığa son qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır.
Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir daha müraciət edərək ATƏM-ə daxil olarkən götürdükləri öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə çağırır. Onlar tərəfləri regionda sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏM-in himayəsi altında Minsk Konfransının tezliklə keçirilməsinin zəruri şərtlərinin yaradılması üçün Romada ilkin fövqəladə görüş çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırır.