Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: Avropa Birliyinin qəbul etdiyi sənədlər ::: Brüssel, 3 sentyabr 1993-cü il Dağlıq Qarabağa dair bəyanat :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Avropa Birliyinin qəbul etdiyi sənədlər

Brüssel, 3 sentyabr 1993-cü il
Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda getdikcə genişlənən Azərbaycan ərazisini işğal edən yerli erməni qoşunlarının hücumlarını pisləyir. Onlar təəssüf hissi ilə qeyd edirlər ki, bu hərəkətlər döyüş bölgəsini genişləndirməklə daha böyük Azərbaycan ərazisini əhatə edir, Azərbaycanda çox ciddi qaçqın problemi meydana gətirir və qonşu ölkələri qatmaqla regional təhlükəsizliyi getdikcə azaldır.
Birlik və ona üzv olan dövlətlər region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə olan dəstəklərini bir daha bəyan edirlər.
Birlik və ona üzv olan dövlətlər Azərbaycan Hökuməti və Dağlıq Qarabağın rəhbərliyi arasında 31 avqust 1993-cü il tarixində əldə edilmiş müvəqqəti atəşkəsin davam etdirilməsi üçün ATƏM-in Minsk Qrupu çərçivəsində göstərilən səyləri tam dəstəkləyir. Birlik və ona üzv olan dövlətlər hər iki münaqişə tərəfini iyun ayının sonunda prinsip etibarı ilə razılaşdırılmış cədvəli yerinə yetirməyi mümkün edən hər hansı bir formada əlavə dialoqa başlamağa çağırırlar.
Birlik və ona üzv olan dövlətlər həmçinin Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələrinin BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə hörmət etdiyini və Kəlbəcər, Ağdam, Fizuli və Cəbrayıl rayonlarından geri çəkiləcəklərini görəcəklərinə ümid edirlər. Birlik və ona üzv olan dövlətlərin əlində Azərbaycanın bu ərazilərdən irimiqyaslı hücumlar həyata keçirmək iqtidarında olduğuna dair heç bir dəlil yoxdur.
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ ermənilərinin BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə və ATƏM-in Minsk Qrupunun təkliflərinə əməl etmələri üçün Ermənistan hökumətini özünün həlledici təsirindən istifadə etməyə çağırır. Birlik və ona üzv olan dövlətlər Ermənistana müraciət edərək Azərbaycan ərazisində hücumlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin bu cür hücumlarını daha da genişləndirmək üçün onlara maddi yardımın verilməməyini təmin etməyə çağırır.