azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Avropa Birliyinin qəbul etdiyi sənədlər

Bülleten Aİ 01-1994 (fr): 1. 3. 7
Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (7/20)

Azərbaycan
1. 3. 7. Avropa İttifaqının Sədrliyi adından Azərbaycandakı vəziyyət ilə bağlı 17 yanvar tarixində Afina və Brüssel şəhərlərində yayılmış kommünike:
“Avropa İttifaqı dekabr ayının ortalarından etibarən Dağlıq Qarabağ regionunda irimiqyaslı döyüşlərin yenidən başlanması ilə bağlı dərin narahatlıq hissi keçirir. Avropa İttifaqı mövcud tərəfləri təmkinlilik nümayiş etdirməyə və artıq müharibə nəticəsində əziyyət çəkmiş insanlara yenidən əzab verməməyə çağırır.
Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirir və münaqişənin sülh yolu ilə nizamlanmasına dəvət edir. Məsələnin beynəlxalq xarakter alması təhlükəsini nəzərə alaraq, Avropa İttifaqı aidiyyəti olan tərəfləri döyüşləri dayandırmağa və BMT TŞ müvafiq qətnamələrinə əməl etməyə çağırır. Avropa İttifaqı tam şəkildə dəstəklədiyi, ATƏM-in Mİnsk Qrupu çərçivəsində münaqişə tərəfləri arasında aparılan danışıqları ən qısa zamanda yenidən başlamağa çağırır.”