Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: Avropa Birliyinin qəbul etdiyi sənədlər ::: Bülleten Aİ 09-1994 Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (5/6) :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Avropa Birliyinin qəbul etdiyi sənədlər

Bülleten Aİ 09-1994
Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (5/6)

Dağlıq Qarabağ
1.3.5. Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 15 sentyabr tarixində Brüssel və Bon şəhərlərində yayılmış kommünike:
“Avropa İttifaqı son günlərdə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ rəhbərləri tərəfindən ATƏM-in Minsk Qrupunun Sədri səfir Eliassonun regiona səfəri zamanı verilmiş bəyanatları böyük məmnuniyyətlə qarşılayır. Həmin bəyanatlarda tərəflər münaqişənin nizamlanmasına dair razılığın əldə edilməsinə qədər atəşkəsə riayət edəcəkləri ilə bağlı niyyətlərini vurğulamışlar. Bundan əlavə, Avropa İttifaqı məsələ ilə əlaqədar Ermənistan və Azərbaycan hökumətləri, habelə Stepanakert rəhbərliyi tərəfindən verilmiş rəsmi bəyanatları alqışlayır.
Avropa İttifaqı hesab edir ki, atəşkəsin gücləndirilməsi və məsələnin siyasi nizamlanması yolunda bu addım mühüm əhəmiyyətə malikdir. Avropa İttifaqı ATƏM-in Minsk Qrupuna sözügedən bəyanatlarla nəticələnən səylərinə görə minnətdarlığını bildirir və Qrupun Dağlıq Qarabağ regionunda sülhün bərqərar olunması naminə mühüm fəaliyyətini dəstəkləyir. Avropa İttifaqı Minsk Konfransının tezliklə çağırıla biləcəyinə səmimi şəkildə ümid edir.
Nəhayət, Avropa İttifaqı ümid edir ki, münaqişə tərəfləri özlərinin ictimaiyyət üçün nəzərdə tutulmuş bəyanatlarında təmkinlilik nümayiş etdiriləcəkdir. Bundan əlavə, Avropa İttifaqı danışıqlar prosesi üçün münbit və psixoloji nöqteyi nəzərdən əlverişli şəraitin yaradılması üçün tərəflər arasında təmasların davam etdirilməsini tövsiyə edir.
Bu kommünike dörd dövlətin mövqeyini bildirir.