azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

Avropa Birliyinin qəbul etdiyi sənədlər

Dağlıq Qarabağ münaqişəsinə dair Avropa İttifaqının mövqeyi

Avropa İttifaqı Sədrliyinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma “prezident seçkiləri”ni pisləyən və münaqişənin sülh yolu ilə həll edilməsinin əsası kimi Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsi.

Dağlıq Qarabağda qarşıdan gələn “Prezident seçkiləri”nə dair Avropa İttifaqı adından Sədrliyin Bəyannaməsi
Brüssel, 2 avqust 2002-ci il
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edir və bir daha bəyan edir ki, o, Dağlıq Qarabağın müstəqilliyini tanımır. Avropa İttifaqı həmişə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan üçün məqbul sayılan sabit siyasi razılaşmanın əldə edilməsinin zəruriliyini vurğulamışdır. Avropa İttifaqı 11 avqust 2002-ci il tarixində Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri”ni qanuni hesab edə bilməz. Avropa İttifaqı bu seçkilərin sülh prosesinə təsir edəcəyinə inanmır.
Avropa İttifaqı ilə əlaqədə olan Mərkəzi və Şərqi Avropa ölkələri, Kipr, Malta və Türkiyə, Avropa Azad Ticarət Assosiasiyasına üzv olan İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi Məkanı üzvləri olan ölkələr bu bəyannaməyə qoşulurlar.