Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: Sənədlər ::: BMT-nin qəbul etdiyi sənədlər ::: BMT Təhlükəsizlik Şurası sədrinin 27 oktyabr 1992-ci il tarixli bəyanatı :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

BMT-nin qəbul etdiyi sənədlər

BMT Təhlükəsizlik Şurası sədrinin 27 oktyabr 1992-ci il tarixli bəyanatı

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr apararaq Şuranın sədri Şuranın adından onun 1992-ci il sentyabrın 27-də keçirilmiş 3127-ci iclasında "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar aşağıdakıları bəyan etmişdir:
Təhlükəsizlik Şurası 1992-ci il sentyabrın 21-də Sofidə atəşkəs barədə sazişin bağlanılmasına baxmayaraq Dağlıq Qarabağda və onun ətrafında ciddi vəziyyətin qalmasından, eləcə də bununla əlaqədar insan tələfatı və maddi itkilər olmasından dərin narahatdır.
Təhlükəsizlik Şurası özünün 1992-ci il 26 avqust (S/24493) tarixli "Dağlıq Qarabağda vəziyyətə dair bəyanatının məzmunu, xüsusilə də ATƏM-in Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Konfransının səylərinə dəstəyini təsdiq edir. O, qətiyyətlə bütün tərəfləri və bu məsələyə aid olan digərlərini dərhal atəşi dayandırmağa və blokadanın bütün növlərini aradan qaldırmağa çağırır. O, Minsk Konfransının işinin dərhal yenidən başlanılmasına və sədrin təklif etdiyi qayda və prosedurlar əsasında siyasi danışıqların açılmasına çağırır. O, təkidlə bu məsələyə aidiyyəti olan bütün tərəfləri və digərlərini onların mübahisələrinin tezliklə hərtərəfli imzalanmasını əldə etmək üçün ATƏM-lə sıx əməkdaşlığa və konfransın işində əsaslı iştirak etməyə çağırır.
Təhlükəsizlik Şurası Baş katibin Birləşmiş Millətlər Təşkilatının ATƏM-in səylərinin dəstəklənməsi planına, eləcə də humanitar yardım göstərilməsinə nə kimi töhfə verə biləcəyi məsələsinin öyrənilməsi üçün bu regiona öz nümayəndəsini göndərməyə dair niyyətindən məmnun olduğunu bildirir.