azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

BMT-nin qəbul etdiyi sənədlər

BMT Təhlükəsizlik Şurası sədrinin 26 avqust 1992-ci il tarixli bəyanatı

Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmələrdən sonra Şuranın sədri Şuranın adından "Dağlıq Qarabağda vəziyyətə dair" sərlövhəli bəndlə əlaqədar aşağıdakıları bəyan etmişdir:
Dağlıq Qarabağda vəziyyətin pisləşməsi, çoxlu insan tələfatına və geniş miqyasda maddi zərərə səbəb olması haqqında məlumatlar Təhlükəsizlik Şurasının üzvlərini dərindən narahat etmişdir.
Təhlükəsizlik Şurasının üzvləri bütün tərəfləri və digər əlaqədar tərəfləri atəşi dərhal dayandırmağa və ATƏM çərçivəsində Dağlıq Qarabağ məsələsinə dair Minsk Konfransının səylərinə, habelə Romada keçirilən hazırlıq danışıqlarına yardım göstərməyə qətiyyətlə çağırırlar. Onlar bütün tərəfləri və digər əlaqədar tərəfləri ATƏM ilə sıx əməkdaşlıq etməyə və öz mübahisələrinin dinc yolla aradan. qaldırılmasına mümkün qədər tez nail olmaq məqsədilə danışıqlarda müsbət mövqelərdən iştirak etməyə təkidlə çağırırlar. Onlar qeyd etmişlər ki, Baş katib faktları müəyyən etmək üçün həmin bölgəyə nümayəndələr göndərmiş və ATƏM-in yuxarıda adı çəkilən danışıqlarına nümayəndələr göndərməyə hazırdır. Şuranın üzvləri Dağlıq Qarabağda vəziyyətin inkişafı ilə əlaqədar olaraq həmin rayonlarda Birləşmiş Millətlər Təşkilatının rolunu sonralar lazımi vaxtda müzakirə edəcəklər.