azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

MİLLƏT VƏKİLİMİZ

Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz

 

  122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı

 

Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.

1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.

1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.

1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.

1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.

Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.

Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.

Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.

122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova Xankəndi şəhərindən məcburi köçkün Nəzakət Əhmədovanın ailəsi ilə görüşüb, onların yaşayış şəraiti ilə yaxından tanış
09.05.2015-ci il tarixdə 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımovanın deputat həmkarları və jurnalistlərlə birlikdə Xocavənd rayonu Nərgiztəpə yüksəkliyinə səfəri...
122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova Gəncədə və Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində seçiciləri ilə görüş keçirmişdir. Gəncə şəhəri, Kəpəz rayonu Yeni qəsəbə 2 - də keçirilən görüşdə Kərkicahan
Bəs onların haqqı nə vaxt ödəniləcək? Millət vəkili Flora Qasımova parlamentin son iclasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla şəhid ailələrinə və Qarabağ əlillərinə çatacaq sığorta pulunun verilməsi məsələsini qaldırıb:

Hörmətli Sədr! Hörmətli Millət vəkilləri!

Əvvəla, Yaz sessiyasının başlanması münasibətilə Sizə işlərinizdə uğurlar arzu edirəm. 2 Fevral Azərbaycan gəncləri günü münasibətilə gənclərimizi təbrik edirəm. Arzu edirəm ki,

Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Xankendi şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 23-cü ildönümü qeyd edildi.Tədbir iştirakçıları Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərək Şəhidlərin məzarları üzərinə gül qoydular.Onların ruhlarına dualar
Maarif fədaisi, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin ilk direktoru Abdulla Qədirovun xatirə gecəsi keçirilib. Tədbirdə 122 saylı Xankəndi seçki dairəsindən deputat Flora Qasımova, A.Qədirovun ailə üzvləri, deputat köməkçisi Səbuhi Səmədov, məcburi
Xarici ölkələrin nümayəndələrinin işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi birinci hal deyil. Bunu Modern. az-a açıqlamasında Xankəndindən olan deputat Flora Qasımova deyib. O, xarici nümayəndələrin Dağlıq Qarabağa tez-tez səfər etmələrinin
“Qafqazinfo”nun məlumatına görə ,millət vəkili qeyd edib ki, işğal olunmuş ərazilərimizlə bağlı içıq üzü görmüş bir sıra nəşrlərdə və həyata keçirilən layihələrdə bütün işğal olunmuş rayonların işğal tarixi göstirilsə də, Xankəndinin işğal tarixinin göstərilməməsi ciddi narahatlıq
122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova yeni tədris ilinin başlanması ilə əlaqədar Goranboy rayonunda, Aşağı Ağcakənd