MİLLƏT VƏKİLİMİZ
Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz
122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı
Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.
1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.
1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.
1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.
1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.
Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.
Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.
Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.
Deputat bilik günündə müəllim və şagirdlərlə görüşüb
15.09.2012
122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova yeni tədris ilinin başlanması ilə əlaqədar Goranboy rayonunda, Aşağı Ağcakənd qəsəbəsində və Gəncədə müəllim və şagirdlərlə görüş keçirmişdir.
Gəncə şəhərində yerləşən N.Şahmuradov adına Xocalı rayonu Kərkicahan qəsəbə tam orta məktəbində müəllim və şagird heyəti ilə görüşən deputat ölkə rəhbərliyinin təhsilə olan diqqət və qayğısından söz açmış, onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirmək istiqamətində öz tövsiyyələrini verib. Daha sonra tədbir məktəblilərin hazırladığı kompozisiya ilə davam edib. Tədbir yekunlaşdıqdan sonra deputat Flora Qasımova qəsəbə nümayəndəliyində seçiciləri qəbul edib, onları narahat edən problemlərlə maraqlanıb.
Xankendi.az