MİLLƏT VƏKİLİMİZ
Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz
122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı
Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.
1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.
1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.
1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.
1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.
Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.
Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.
Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.
Deputat xankəndli gənclərlə görüş keçirib
16.06.2012
Bu gün 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova xankəndli gənclərlə görüş keçirib. Görüşdə həmçinin Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nadir Rəşidov və 122 saylı Xankəndi seçki dairəsinin sədri Rasim Haciyev də iştirak edib.
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında keçirilən görüşdə deputat Flora Qasımova Qarabağ hadisələrinin, Xankəndi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Böyük Qayıdışa hazırlığın aparılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır. Əvvəlki görüşlərdə də xankəndli gənclərin vahid mərkəzdə birləşməsi, təşkilatlanması üçün gənclər təşkilatının yaradılmasının zəruriliyi nəzərə alınaraq Xankəndi gənclər təşkilatının təsis iclası keçirilib, təşkilata sədr, müavin və şura üzvləri seçilib.
Sonda gəncləri narahat edən problemlərlə maraqlanan deputat onların təkliflərini dinləmiş, gənclərə öz tövsiyyələrini verib.
Səbuhi GÜNDÜZ
Xankendi.az