Deprecated: mysql_connect(): The mysql extension is deprecated and will be removed in the future: use mysqli or PDO instead in /data/xankendi/public_html/class/DB.class.php on line 20

Warning: session_start(): Cannot send session cookie - headers already sent by (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12

Warning: session_start(): Cannot send session cache limiter - headers already sent (output started at /data/xankendi/public_html/class/DB.class.php:20) in /data/xankendi/public_html/class/session.class.php on line 12
Xankəndi ::: MİLLƏT VƏKİLİMİZ ::: Millət vəkili seçiciləri ilə görüşüb 04 İyun 2012 :::
azen
  • Xankəndinin küçələri
  • Şuşadan Xankəndinin görünüşü
  • Qarabağımızın təbiətindən görüntü
  • II Dünya Müharibəsinə abidə
  • Bakı-Xankəndi-Şuşa yolu

MİLLƏT VƏKİLİMİZ

Bloqda 122 saylı Xankəndi seçki dairəsindən Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın seçicilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı görüşlərin keçirilməsi və qəbulların aparılması istiqamətində fəaliyyətini izləyəcək və həyata keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat ala biləcəksiniz

 

  122 saylı Xankəndi seçki dairəsindən IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımovanın tərcümeyi halı

 

Qasımova Flora Qasım qızı 27.12.1947-ci ildə Stepanakert şəhərində anadan olub.

1965-ci ildə Stepanakert şəhər N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1970-ci ildən 1975-ci ilədək Stepanakert şəhər 4 saylı ortaməktəbdə riyaziyyat müəlliməsi, tədris hissə müdiri işləyib.1975-1976-cı illərdə Azərbaycan KP Stepanakert şəhər Komitəsindətəlimatçı vəzifəsində çalışıb.

1973-1975-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Sovetinə deputat seçilib.

1976-cı ildə ailə həyatı qurub. Həyat yoldaşının işi ilə əlaqədar 1977-1981-ci illərdə Bakı şəhərində 247 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyib. 1981-ci ildə yenidən Stepanakert şəhərinə qayıdaraq 4saylı orta məktəbdə müəllimə işləyib. 1988-1994-cü illərdə Bakı şəhərində 56 və 61 saylı orta məktəblərdə müəllimə işləyib.

1994-cü ildən 2005-ci ilədək Azərbaycan Respublikası DİN-nin Pasport Qeydiyyat İdarəsində Katibliyin rəisi vəzifəsində çalışıb.

Həyat yoldaşı Mirzəyev Şirin Vəli oğlu, peşəkar hərbçi olub, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın MilliQəhrəmanıdır.

Oğlu Mirzəyev Elsevər Şirin oğlu, Daxili İşlər Orqanlarında çalışır.

Qızı Mirzəyeva Aynur Şirin qızı, Azərbaycan Dillər Universitetini bitirib, İngilis dili müəlliməsidir.

Millət vəkili seçiciləri ilə görüşüb
04 İyun 2012

04.06.2012

Dünən 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova Xankəndl şəhərinin ziyalıları ilə görüş keçirmişdir.

Görüşdə respublikamızın müxtəlif bölgələrində yaşayan xankəndlilərin təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməsi, soydaşlarımızın vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi işinə xankəndlilərin də fəal iştirak edərək diaspor təşkilatları arasında əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə olunmuşdur.

Xankəndi şəhərində anadan olan ziyalıların bir araya gəldiyi tədbirdə 1945-ci ildən keçmiş DQMV-nin mərkəzi şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 4 saylı orta məktəbə 1973-cü ildən ta məlum hadisələr başalayana qədər rəhbərlik etmiş Sabir Əliyevn 80 illik yubileyi də qeyd olunmuş və xüsusi olaraq vurğulanmışdır ki, erməni millətçilərinin təzyiqləri altında fəaliyyət göstərməsinə baxmayaraq Dağlıq Qarabağ azərbaycanlılarının maariflənməsində bu məktəbin xüsusi xidmətləri olmuşdur. Tədbir iştirakçıları hazırda məzunlarının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyi Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı orta məktəbin fəalyyətinin bərpa olunması, Qarabağ uğrunda gedən döyüşlərdə məzunları sırasından onlarla şəhid verən bu məktəb haqqında kitab yazılmasının vacibliyi haqqında fikirlər söyləmişlər.

Hikmət Xudiyev